Türkelli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Xanəgah kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Xanəgah kəndinin ərazisində faktiki mövcud olan yaşayış məntəqəsi Türkelli adlandırılmış, Xanəgah kənd inzibati ərazi dairəsi tərkibində qalmaqla həmin yaşayış məntəqəsinə kənd ərazi vahidi statusu verilmiş və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Toponimikası Buravar silsiləsinin ətəyindədir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri Kateqoriya:2013-cü ildə yarananlar