Sofiya Hellkvist ( və ya rəsmi adı: ; d. 6 dekabr 1984, Elvdalen, İsveç) — Varmland Düşesi. İsveç şahzadəsi Karl Filip Edmund Bertilin həyat yoldaşı; keçmiş erotik qlamur model və realiti-şou iştirakçısı.
Həyatı Sofiya Hellkvist 1984-cü ilin dekabrın 6-da İsveçin mərkəzindəki Elvdalendə, orta sinif mənsubu olan ailədə anadan olub və "adi vətəndaş" sayılır.Bu gün gözəl toy var: şahzadə modellə evlənir . milli.az, 13.06.2015
Məktəbi Stokholmda başa vurandan sonra, Nyu-Yorkdakı biznes və ingilis dili məktəbində oxuyub. Daha sonra yoqa kurslarında təhsil alıb, Stokholm Universitetində qlobal etika, uşaqlar və gənclərin hüquqlarını öyrənib.
Model karyerası da olan Sofiya 20 yaşında ikən "Paradise Hotel" realiti-şousuna qatılmışdır.
Kral ailəsinin üzvü 13 iyun 2015-ci ildə İsveçin paytaxtı Stokholmdakı kral sarayında, XVIII əsrə aid Slottsçyurk kilsəsində ölkə kralı 16-cı Karlın oğlu, 36 yaşlı şahzadə Karl Filipp Edmund Bertil ilə toyu olmuşdur. Beləliklə ölkədəki krallıq tarixində ilk dəfə Sofiya Hellkvistin timsalında sadə xalq nümayəndəsi krallıq ailəsinə qəbul edilmiş və şahzadə titulu almışdır.Rüya gerçek oldu . milliyet.com.tr, 14.06.2015
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İsveçdə doğulanlar Kateqoriya:1984-cü ildə doğulanlar Kateqoriya:6 dekabrda doğulanlar Kateqoriya:Bernadotlar Kateqoriya:Yoqa müəllimləri Kateqoriya:Fotomodellər Kateqoriya:İsveç şahzadələri