Adeleyd yarımadası () - Kanadanın şimal-qərbində yerləşən iri yarımada. Bəzən onu Аdelaidа adlandırırlar. Yarımada Nunavut vilayətinin materik hissəsində yerləşir. Ondan qərbdə Kuin-Mod körfəzi yerləşir. Yarımadanı Kinq-Vilyam adasından Simpson boğazı (eni 3,5 km) ayırır. Şərq sahillərini isə Çanti körfəzi yuyurKanada Xəritəsi SSRİ, 1988 il. Cənub hissəsində Şerman körfəzi yerləşir (Sherman BasinNational Geographic. Atlas of the World (eighth edition). Canada). Onun böyük hissəsi su ilə əhatələnmişdir. Dar bərzəx vastəsi ilə materikə birləşir. Yarımada ərazisində çoxlu sayda kiçik adsız göllər vardır.

1848-ci ildə yarımada ərazisində Con Franklin təşkil etdiyi Britaniya arktik ekspedisiyasının sonuncu nümayəndələri həlak olmuşdur.

İstinadlar

Kateqoriya:Kanada yarımadaları Kateqoriya:Nunavut coğrafiyası