Undara Vulkanik Milli Parkı () — Avstraliyanın Şimali Qvinslend bölgəsində yerləşən, vulkan tunelləri və qiymətli xammalı ilə məşhur milli park.

Haqqında

Milli park ay daşı, topaz, peridot, qızıl, qranat, beril, kvars ilə zəngindir. Milli parkda dünyanın ən uzun lava tunelləri yerləşir. Milli parka ən yaxın şəhərlər Taunsvill, Mount Suprayz və Kernsdir.

Milli park Makbrayd vulkanik rayonunda yerləşdiyindən burada 164 vulkan, konus və krater vardır. Lava tunelləri uzunluğuna görə dünyada birincidir. "Undara" sözü aborigen mənşəli söz olub "uzun yol" deməkdir.

Bu ərazilərdə vulkanik aktivlik 190.000 milyon il əvvəl baş vermişdir. 55 km2 sahini örtən 23 milyon m3 lava yer üzünə püskürmüşdür.

Bayliss mağarasındakı lava tunellərindən birinin uzunluğu 100 km-dən çoxdur. Bu mağaranın ümumi uzunluğu 1,300 km, genişliyi 22 metr və hündürlüyü 11 metrdir. Mağarada karbon-dioksidin miqdarı 5,9 % olduğundan mağara "Pis havalı mağara" adı ilə tanınır.

Qalereya

İstinadlar

Xarici keçidlər

Milli park haqqında video 40px|

Kateqoriya:Avstraliya milli parkları Kateqoriya:1993-cü ildə yaradılmış qoruq əraziləri