Bəxtiyar Vahabzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Şəhriyar və Əbdürrəhim bəy Haqverdiyev küçələrinə paralel küçə. Küçə Azərbaycan şairi, dramaturq və ədəbiyyatşünası Bəxtiyar Vahabzadənin adını daşıyır. Küçənin adı 2011-ci ilə qədər Firudin Ağayev olmuşdur. Küçənin uzunluğu 817 mt, eni isə İnşaatçılar prospektindən Hüseyn Cavid prospektinə qədər 10 mt, Hüseyn Cavid prospektindən Mətbuat prospektinə qədər isə 13,4 mt-dir.
Haqqında "Azəryolservis" ASC tərəfindən küçənin əsaslı təmiri 2015-ci ilin may ayında qutarmışıdır. Küçədə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib, səki daşı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.
Yeraltı keçidlər Küçədə Elmlər Akademiyası metrostansiyasının ikinci çıxışı inşa edilmişdir. 4 istiqamətə yönələn çıxış həm də ərazidə keçid rolunu oynayır və beləcə, ətraf zonada piyadaların təhlükəsizliyi ilə birlikdə, sərnişinlərin rahatlığı da təmin olunmuşdur. Bəxtiyar Vahabzadə küçəsinə 3 istiqamətdə çıxışı vardır. Biri Bakı Dövlət Universitetinin arxasında olmaqla Mətbuat prospektindən istifadə edən sərnişinlərin metroya yolunu asanlaşdırmağa xidmət edir. Bu küçədə birinci keçidə paralel daha 2 keçid yerləşir. Stansiyaya giriş-çıxış, habelə keçid kimi istismar olunmasının funksionallığı baxımından çox vacib olmuşdur. Çıxışlardan daha biri Bakı Dövlət Universitetinin əsas giriş qapısı ilə üzbəüz yerləşən Zahid Xəlilov küçəsinə – Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun yaxınlığına düşür.
Kəsişdiyi küçələr Küçə İnşaatçılar prospekti ilə kəsişmədən başlayaraq Mətbuat prospektində bitir.
Kazım Kazımzadə küçəsi Şəfayət Mehdiyev küçəsi Hüseyn Cavid prospekti Əhməd Cəmil küçəsi Zahid Xəlilov küçəsi
Mühüm ünvanlar № ? — Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti № ? — Büyükfirat restoranı № ? — AMEA Radiasiya Problemləri İnstitutu № ? — AMEA İnformasiya Texnologiyaları İnstitutu № 9 — AMEA Riyaziyyat və Mexanika İnstitutu № 9 — AMEA İdarəetmə Sistemləri İnstitutu № ? — Bakı Dövlət Universiteti
Ədəbiyyat
İstinadlar
Xarici keçidlər
Bəxtiyar Vahabzadə, Bakı AZ1141, Azerbaycan
Kateqoriya:Bakı küçələri Kateqoriya:Bəxtiyar Vahabzadə