Almaniya Həmkarlar İttifaqları Konfederasiyası () — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Konfederasiyanın baş qərargahı Berlində yerləşir.

Tarixi thumbnail|Konfederasiyanın 50 illiyinə həsr olunmuş poçt markası 1933-cü ilə qədər Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının ilk ümumi komissiyası 14 mart 1892-ci ildə Halbertştad şəhərində yaradılmışdır. Həmin vaxt onun 300.000 üzvü var idi. 1919-cu ildə iyunun 30-dan iyulun 5-dək Nürnberq şəhərində keçirilən qurultayda Ümum Alman Həmkarlar İttifaqları Konfederasiyasının əsası qoyulmuşdur. Konfederasiyanın sıralarında 3 milyon üzvü olan 52 birlik birləşirdi. 1933-cü il mayın 2-də isə ölkədəki bütün həmkarlar ittifaqları nasist rejimi tərəfindən buraxılmışdır.

1946-1949-cu illər 1946-1949-cu illərdə alman həmkarlar ittifaqları yenidən təsis olundu. 1946-cı il oktyabrın 9-11-də Almaniyanın Sovet işğalı zonasında yerləşən indiki Berlin şəhərində Azad Alman Həmkarlar İttifaqları Konfederasiyası, 1947-ci ilin aprel ayının 25-də isə müttəfiqlərin işğalı zonasında Alman Həmkarlar İttifaqları Konfederasiyası təsis edildi. Hər iki konfederasiya 1990-cı ildə Almaniya Həmkarlar İttifaqları Konfederasiyası ilə birləşdi. Həmin konfederasiya 1949-cu il oktyabr ayının 12-də Münhen şəhərində təsis olunub.

Fəaliyyəti thumbnail|Məşhur simalarından Villi Rixterə həsr olunmuş poçt markası thumbnail|Berlindəki mənzil-qərargahı Konfederasiya 4 ildən bir Federal Qurultay keçirir. Bu qurultayda həmkarlar ittifaqının aparacağı siyasi xətti müəyyən edilir və 5 federal icraedici seçilir.

Konfederasiyanın üzvü olan federasiyaların rəhbərləri İcraiyyə Komitəsini formalaşdırırlar. Konfederasiyanın İcraiyyə Komitəsi bu quruma daxil olan üzv birliklərin prezidentləri ilə birlikdə təsis edilir. İcraiyyə Komitəsinin üzvləri, regional təşkilatların prezidentləri və üzv birliklərdən 70 nəfərdən ibarət nümayəndə heyəti ilə birlikdə Federal Şura yaradılır. Şura ildə bir dəfə toplanaraq, milli məsələlərə dair qərarlar qəbul edir.

Konfederasiyanın həmçinin "Almaniya Həmkarlar İttifaqları Konfederasiyası-Gənclik" adlanan () təşkilatı da var.

Tərkibi Konfederasiyası ölkədəki bütün çalışanları təmsil edir.

Almaniya Həmkarlar İttifaqları Konfederasiyası 8 sahə birliyindən ibarətdir.

Üzvlərinin sayı Üzvlərinin sayı (2017)Mitglieder in den DGB-Gewerkschaften 2017 . dgb.de Sahə birliyi Qadın Kişi Cəmi IG BAU 67,069 26.35% 187,456 73.65% 254,525 4.25% IG BCE 137,012 21.49% 500,611 78.51% 637,623 10.64% GEW 199,529 71.71% 78,714 28.29% 278,243 4.64% IGM 406,893 17.98% 1,855,768 82.02% 2,262,661 37.74% NGG 83,741 41.89% 116,180 58.11% 199,921 3.33% GdP 46,032 24.86% 139,121 75.14% 185,153 3.09% EVG 41,204 21.69% 148,771 78.31% 189,975 3.17% ver.di 1,038,221 52.24% 949,115 47.76% 1,987,336 33.15%Yekun DGB 2,019,701 33.69% 3,975,736 66.31% 5,995,437 100.00% 2017

Rəhbərləri Təşkilatın prezidenti Reyner Hofmandır. Ondan əvvəlki rəhbər Mixayıl Zommer 2010-cu ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti seçilmişdir.

Xarici əlaqələri Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və Həmkarlar İttifaqları Məşvərətçi Komitəsinin üzvüdür.

2009-cu ildə Berlin şəhərində Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 60 illiyi münasibətilə keçirilmiş qurultayda bir çox ölkələrdən nümayəndə heyəti iştirak etmişdir.

Həmçinin bax Ver.di

Ədəbiyyat

F.Deppe/G.Fülberth/H.J.Harrer: Geschichte der deutschen Gewerkschaftsbewegung ISBN 3-7609-0290-1

Mənbə Əsmər HƏSƏNLİ. Almaniya Həmkarlar İttifaqları Konfederasiyası . "Ülfət" qəzeti, 10.02.2012.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Almaniya həmkarlar ittifaqları Kateqoriya:1949-cu ildə yarananlar Kateqoriya:12 oktyabrda yarananlar