İbrahim Sədri (Ərən) () - Türk təqdimatçı, bədii qiraətçi, aparıcı, şair və teatr aktyoru.

Həyatı İbrahim Sədri İstanbulda dünayaya göz açsa da əslən Ərzincanın, Yücbələn kəndindəndir. İlk və orta məktəbi İstanbulda almışdr. İstanbul Universitetində İdarəetmə fakültəsində oxuduqdan sonra, yeddi il teatrla məşğul olmuşdur. Öz ölkəsində turnelərə çıxaraq Anadolunu yaxından tanıma imkanı olmuşdur. Müxtəlif qəzet və jurnallarda şeirləri yayımlanmışdır. Radiolarda və televizayada aparıcılıq və proqramçılıq etmişdir. İndiyədək özəl bir televizyada proqramlar təşkil etməkdə davam edir. Şeir və teatr tamaşalarından ibarət kasetləri buraxılmaqdadır. Hətta bir neçə şeir kitabları da dərc olunur.

İbrahim Sədrinin şeirlərdən ibarət kasetlər silsiləsindən "Adam Kimi" () şeir kaseti 1998-ci ildə buraxıldı və bu onun karyerasının ən önəmli buraxılışı oldu. Bəzən "Mən səni heç sevmədim ki" ()kimi adlandırılan və dillər əzbəri olan bu şeir onu təkcə Türkiyədə deyil, Azərbaycanda da məşhurlaşdırdı. Həmin dövrlərdə Azərbaycanda yayımlanan türk kanallarında, xüsusən də STV (Samanyolu TV) kanalında uzun zaman musiqi listlərinin başında yer almışdır. "Adam Kimi" şeirindəki arxa fon musiqisi olduqca təsiredici və funksionaldır.

Özünü şair kimi görməyən İbrahim, sadəcə şeirlərinin olduğunu və bu şeirləri illərdir oxuduğunu söyləyir. Özünün gözəl bir qiraətçi və şeir oxuyan olduğunu deyir.

İnsanlar tərəfindən, İbrahim Sədrinin şeirlərinin müəyyən bir dövrün ruh quruluşunu əks etdirdiyi bildirilir. Şeirlərində, Türkiyədə 60-cı illərdə doğulan və 70-ci, 80-ci illərin qarışıqlıq ilə sakitlik arasında zidd olan həyat formalarını dərk edən gənclərin dünyagörüşlərini, yaşadıqlarını və keçirdikləri prosesləri ifadə edir. İbrahim Sədri bu dövrün qurşağına və yaşadıqlarına şahidlik etmək istədiyini tez-tez ifadə etmişdir. İbrahim Sədri hər nə qədər teatr, şeir, yumor və televiziya sahələrində işləmiş və işləyir olsa belə, özünü "teatrçı" olaraq gördüyünü ifadə etməklə bərabər, teatrı buraxmasını, teatrın təşkilatlanmamış olmasına və çörək qapısı olaraq kifayət qədər olmamasına bağlayır.

Televiziya proqramları 1994. Eşref Saati — Kanal 7 1995. İbrahim Efendi Konağı — Kanal 7 1996. Ve İbrahim Sadri — TGRT 1998. Aşağı Yukarı İbrahim Sadri — Kanal 6 1999. Adam Gibi İbrahim Sadri — TGRT 1999. İbrahim Sadri Bingo Show — Kanal 7 2002. Kırık Kalpler Kulübü — Flash TV 2004. Televizyon Milleti — ATV 2005. Miras — TRT 1 2012. İbrahim Sadri Masası — ATV

Kitabları 1999. Memleket Havaları 2000. Adam Gibi 2001. Paramız Yoksa da Haysiyetimiz Var 2008. Aşk 29 Harftir

Albomları 1989. Hüzün Şiirleri 1993. Ben Aşkı Satın Aldım 1994. Eylül Yağmuru 1996. Memleket Havaları 1998. Adam Gibi 1999. Öylesine Sevmiştim 2000. Bir Adın Kalmalı 2001. Birşey Söyle 2002. Ben Sana Mecburum 2003. Bırakıp Gittiğin Kadarız 2004. Sensiz Yarım 2005. Sebebi Sen - Kırmızı Araba 2007. İstasyon Şefi Eliyle 2009. Aşk 29 Harf 2011. Bugün Pazar (Single) 2011. Mehmet Akif Ersoy Şiirleri 2011. Yad 2012. Aldırma Reis (Single) 2014. Gideceksen Her şeyinle Git

Şeirləri Abuzer Adam Gibi Adın Batsın Afgan Destanı Aldırma Reis Ali Munzur Alnımızın Çatı Aney Anne Anne Ben Ölüyorum Ant Aşk Aşk Pazara Düştü Bekir Nihat Semahat Ben Aşkı Üveyikten Satın Aldım Ben Sana Nasıl Küseyim Beni Kavgada Gör Bırakıp Gittiğin Kadarız Bir Hilal Uğruna Bir Kedi İçin Vals Bir Oğlun Oldu Bir Şey Söyle Bir Yastıkta Bizim De Yaşadığımız Buyur Usta Çayır Çimen Çileler Çok Yaşa Pepsi Daralan Vakitler Devran Diyarbakır Türküsü Dünya Elimin Altında Dünya Ellerimizin Büyük Boşluğu Erzurum Eylül Yağmuru Gel Gör Beni Aşk Neyledi Geriye Dönen Adam Göç Gönül Yıkılması Gözlerin Cennetim Hanı Yağma Hayrettin Mohikan Haziran İstanbul'a Kar Yağıyordu Kaldırımlar Kimlik Kartı Kırık Hava Kırmızı Araba Kuş Hatıraları Masal Mehmetcik Memik Memleket Merhaba Mihriban Minibüslerin Arkasına Seni Ben yazdım Münih Treni Namın Yürüsün Nan Gibi Nerdesin Oku On Yedi Yaşım Öylesine Sevmek Paramız Yoksa da Haysiyetimiz var Sabri Abi Semah Seni Bir Aşk Sarıyor Sensiz Kalan Bu Şehir Serencam Sesler Ve Sokaklar Sevda Sokağı Seyreyle Gönül Siyah Kazak Siyah Gözlerine Beni De Götür Sonbahar Şimdi Dağlara Kar Yağar Şişelere Mandal Tarih Hatırlatma Tezi Taş Gazeli Vur Bitsin Yağmur Yağmur Tanesi Yakarış Yalan Yok İsmail Yol Yüz Yüze Sana Bana Vatanıma Ülkemin İnsanlarına Dair

Mənbə Kim Kimdir? www.biyografi.net Ibrahim Sadri kimdir? Ibrahim Sadrinin hayatı Ibrahim Sadri hakkında kısa bilgi Haberler Sevdası

Xarici keçidlər Adam Gibi (oriijinal)

Kateqoriya:Türkiyə şairləri