Tina Qriqoryevna Karol (), doğum adı Tatyana Qriqoryevna Liberman (; d. 25 yanvar 1985, Orotukan, Yaqodin, Maqadan vilayəti, RSFSR, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (2017).
Həyatı Tina Karol 25 yanvar 1985-ci ildə Rusiyanın Maqadan vilayətində yerləşən Orkutan qəsəbəsində anadan olmuşdur.1992-ci ildə ailəsi ilə birlikdə Ukraynaya köçən Tina 2004-cü ildə Kiyev Ali Musiqi Məktəbini bitirmişdir."Novaya Volna-2005" müsabiqəsində iştirak etdikdən sonra Ukraynada populyarlıq qazanmışdır. 2006-cı ildə buraxdığı “Show me your love” albomu uğur qazanır və Ukrayna Tinanı 2006 Avroviziya Mahnı Müsabiqəsinə göndərməyi qərara alır. Yunanıstanın paytaxtı Afinada keçirilən müsabiqədə Tina “Show Me Your Love” (Azərbaycan dilində: "Mənə sevgini göstər") mahnısını ifa edir və 7-ci yerə layiq görülür. İndiyədək onun 3 albomu və 8 sinqlı işıq üzü görüb.
İstinadlar
Mənbə Tina Karol (Ukrayna,2006)
Xarici keçidlər Rəsmi sayt Fan saytı
Kateqoriya:Ukrayna müğənniləri Kateqoriya:Ukraynanın televiziya aparıcıları Kateqoriya:Ukrayna aktrisaları Kateqoriya:Ukrayna aktivistləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Romans ifaçıları Kateqoriya:Musiqi Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:Ukraynanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Pop müğənnilər Kateqoriya:Ukrainlər Kateqoriya:Ukrayna yəhudiləri Kateqoriya:Ukraynanın qadın yazıçıları Kateqoriya:XXI əsr qadın müğənniləri