Abram Benyaminoviç Roxlin () — menşevik dövlət xadimi, Sentrokaspi Diktaturası dövründə ərzaq komissarı idi.

Həyatı 1881-ci ildə, Lutsk şəhərində anadan olmuşdur. Menşevik təşkilatının üzvü olmuş, duma sözçüsü olmuşdur. 1930-cu illərdə kommunal sektorda çalışmışdır. 27 sentyabr 1937-ci ildə həbs olunmuş, 1941-ci ildə güllələnmişdi. Qəbri Moskvadadır.

Ailəsi Henriyetta Emmanuilovna Levenson (ö. 1923) ilə evli idi. Henriyettanın atası Emmanuel Solomonoviç Levenson Bakı "Nəşriyyatçılar İttifaqı"nın əsasını qoymuşdu. Bir övladları olmuşdur: Vladimir Roxlin — riyaziyyatçı alim.

İstinadlar

Kateqoriya:Yəhudilər Kateqoriya:Repressiya qurbanları