Natiq Nadir oğlu Bağırov () — Sambo və cüdo üzrə dünya və Avropa mükafatçısı,

Həyatı 1964-cu il sentyabrın 7-də Bakı şəhərində anadan olmuşdur.

1971-1981-ci illərdə Bakı şəhəri 211 saylı orta məktəbdə təhsil almışdır.

1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft mədənləri fakultəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu bitirmişdir.

1983-cu ildə SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

1986-1987-ci illərdə “Qiproneftqaz” ETİ-də mühəndis vəzifəsində calışmışdır.

1987-ci ildə Belarus Respublikasının İdman Komitəsinin dəvəti ilə Minsk şəhərinə kocmuş, orada idmançı və məşqci kimi fəaliyyət gostərmişdir. İdman Nazirliyində mütəxəssis vəzifəsində calışmışdır.

1992-1993-cu illərdə İtaliyada məşqci kimi fəaliyyət gostərmişdir.

1995-ci ildə Belarus hokuməti tərəfindən Əməkdar idman ustası adı ilə təltif olunmuşdur.

1996-1997-ci illərdə Xorvatiyada işləmiş, sambo və dzu-do üzrə 4 dəfə dunya, 5 dəfə Avropa cempionu olmuşdur.

2002-ci ildən Belarus Respublikasının dzu-do üzrə Milli komandasının baş məşqcisi vəzifəsində işləyir.

1996-2002-ci illərdə Minsk şəhərində Beynəlxalq Humanitar-İqtisadi İnstitutunun “Beynəlxalq munasibətlər” üzrə mütəxəssisi, ingilis və alman dillərinin referent-tərcuməcisi mütəxəssisi ixtisasını almışdır.

1997-ci ildə Minsk şəhərində fəaliyyət gostərən “Qobustan” Mədəni-Maarif İctimai Birliyinin sədri secilmişdir.

2002-ci ilin noyabr ayından Belarus Azərbaycan İcmaları Konqresinin sədridir.

2004-cu ildə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti secilmişdir.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Şohrət” ordeni ilə təltif edilmişdir.

Filmoqrafiya Didərginlər (film, 1990) Zirvəyə doğru (film, 2007)

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Sambo üzrə dünya çempionları Kateqoriya:Sambo üzrə Avropa çempionları Kateqoriya:Belarus azərbaycanlıları Kateqoriya:Belarus cüdoçuları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:SSRİ samboçuları