Əbülfəs Mürsəl oğlu Qarayev () — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının mədəniyyət naziri (2006–2020), fəlsəfə elmləri namizədi.
Həyatı Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973–1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.
1980–1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985–1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.
1989–1992-ci illərdə — Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvar ayında "1918–1930-cu illərdə Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır.
1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992–1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim olub.
1993–1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir vəzifələrində çalışıb.
1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilmişdir. 21 may 2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilmişdir.
Tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilmişdir, 1980–1991-ci illərdə Sov. İKP üzvü olmuşdur, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
Ailəlidir, bir övladı var.
Mükafatları 60px 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 1 avqust 2019 60px "Şöhrət" ordeni — 11 noyabr 2016Müvafiq sərəncamla Azərbaycan mədəniyyətinin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə Əbülfəz Qarayev "Şöhrət" ordeni ilə təltif edilib. sputnik.az 60px "Avstriya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük fəxri xaçı — 30 mart 2012 60px "İncəsənət və ədəbiyyat" ordeni komandoru (Fransa) — 27 fevral 2012 60px 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni (Ukrayna) — 18 avqust 2009
İstinadlar
Kateqoriya:Qarayevlər Kateqoriya:Azərbaycanın mədəniyyət nazirləri Kateqoriya:Bakı şəhəri 23 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Fəlsəfə elmləri namizədləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri