Amtkel gölü və ya Amtkeli gölü (; ; ) — de fakto tanınan Abxaziyanın Gulripşi rayonunda yerləşən göl. Göl 3 oktyabr 1891-ci ildə Şxapaş dağının cənub-qərb yamacının zəlzələ nəticəsində uçaraq Amtkel çayının qabağını kəsərək yaranmışdır.
Coğrafiya Amtkeli gölü eyniadlı çay ilə qidalanır. Göldən çıxan tək çay Campaladır. Gölün su tutumu məhdud olsa da, may aylarında qar əriməsi nəticəsində gölün orta dərinliyi 40 metrə çata bilir. Göl dəniz səviyyəsindən 512 m yuxarıda yerləşir, maksimum dərinliyi 65 metr, uzunluğu isə 0,4–2,4 km arasında dəyişir. Gölün sahəsi 0,58 km2-dır.
Mənşəyinə baxmayaraq gölün sualtı yamacları dikdir.
İyul və avqust aylarında gölün temperaturu 20 °C olur. Qışda nadir hallarda gölün üstü buz tutur.
Flora və fauna Göldə spirlin, bığlı balıq, şüaüzgəcli, qızılxallı kimi balıqlar yaşayır.
Yaşayış məntəqələri Gölün yaxınlığında Azanta kəndi yerləşir. Kəndin sakinləri gölün sahilində balıqçılıqla məşğul olurlar.
İstinadlar
Kateqoriya:Gürcüstan gölləri Kateqoriya:Abxaziya gölləri Kateqoriya:Qafqaz gölləri Kateqoriya:Dağ gölləri Kateqoriya:Torpaq sürüşməsi gölləri