Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi.
Həyatı Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi.S.Ə.Rəhimzadə. Şərh-i cəngha, s.123.Aləmara (Sahib), s.49-50 Cünabədi yazır:
Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi.Aləmara (Sahib), s.50 Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi. Əmirlər qayıdan kimi gecə ikən qızılbaş qoşunu öz düşərgəsini xəlvətcə tərk edib oradan uzaqlaşdı.Aləmara (Sahib), s.51-52О.А.Эфендиев. Об- разование азербайджанского государства Сефевидов, c.85 Xacə Əbdi bəy yazır:
İsgəndər bəy Münşi Türkman yazır:
Səhəri gün Barani İsmayılın Çuxursəəd tərəfə getdiyini anlayıb, onları təqib etdi və qızılbaş qoşununu haqlaya bildi.Lakin məğlub oldu və geri çəkildi.Xülasətüt-təvarix, s.53;Cahangüşa-yi xaqan, s.104Əhsənüt-təvarix (Seddon), s.35.
Hüseynin 7-8 minlik qoşunu ilə İsmayılın 3 min qızılbaşı arasında döyüş “Qaraqoyunluların" məğlubiyyəti və onlardan 4 min nəfərin həlak olması ilə nəticələndi.Aləmara (Sahib), s.52
Hüseyn Baranlının bu döyüşdə öldürüldüyü bildirilsə də, digər məlumata görə, o, qəti olaraq 1500-cü ilin payızında Gəncə yaxınlığında Əlvənd Mirzə tərəfindən darmadağın edilmişdi.С.А.Мамедов. Азербайджан по источникам, c.161Tarix-i cahanara, v.195a.
İstinadlar
Ədəbiyyat
(İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi).Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.) Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü - şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi). - Bakı: Elm, 1996-200s.
Həmçinin bax Hüseyn Baranlının I Səlimə , Azərbaycan türkcəsində ərizəsi
Xarici keçidlər
Kateqoriya:Qaraqoyunlular