Mir Cəlal () — yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), laureatı (1968).

Həyatı left|thumb|Mir Cəlal Paşayevin yaşadığı binanın üzərində xatirə lövhəsi Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir.

Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almışdır. 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur, — "Kommunist", "Gənc işçi" qəzetlərində işləmişdir. İlk kitabı "Sağlam yollarda" çapdan çıxmışdır.

Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmişdir (1932–1935). "Füzulinin poetikası" mövzusunda namizədlik dissertasiyası (1940), "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyası (1947) müdafiə etmişdir.

Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqət çəkib. Ədibin "Klassik irs və müasirləri"nə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və s. kimi əsərləri yüksək qiymətləndirilib.

1928-ci ildən ədəbi fəaliyyətə başlamışdır. "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932–1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961-ci ildən).

Sovet yazıçıları briqadası tərkibində Ağ dəniz — Baltik kanalında yaradıcılıq ezamiyyətində (1935), Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940, 1950, 1960), SSRİ yazıçılarının II, III, IV qurultaylarında (1954, 1959, 1967) olmuşdur. 1978-ci il sentyabrın 28-də vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın babasıdır.

Mükafatları Mir Cəlal Paşayev aşağıdakı mükafatlarla təltif olunmuşdur: "Qafqazın müdafiəsinə görə" medal — 1944 "Əmək igidliyinə görə" medalı — 1944, 1960 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946 "Şərəf nişanı" ordeni — 1954, 1958 "Qabaqcıl maarif xadimi" nişanı — 1958 "Qırmızı əmək bayrağı" ordeni — 1967 Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1968 "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1969 "Oktyabr inqilabı" ordeni — 1978 Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (2 dəfə)

Rəsmi sənədlər Yazıçı Mir Cəlal Əli oğlu Paşayevin "Şərəf nişanı" ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı (1958-05-07)Kommunist.- 1958.- 8 noyabr.- № 107.- S. 1 S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin işcilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fərmanı (1969-10-31)Azərbaycan müəllimi.- 1969.- 5 noyabr.- № 88.- S. 1. Yazıçı Mir Cəlalın (Paşayev Mir Cəlal Əli oğlunun) "Oktyabr inqilabı" ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı (1978-04-25)Azərbaycan.- 1978.- № 4.- S. 169. Mir Cəlal Paşayevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (1998-04-16)Azərbaycan.- 1998.- 17 aprel.- S. 1 Xızı şəhər Mədəniyyət Sarayına Mir Cəlal Paşayevin adının verilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı (2008-06-09) YUNESKO-nun 2008–2009-cu illərdə şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2008-01-31)Azərbaycan.- 2008.- 1 fevral.- S. 1.

Xatirəsinin əbədiləşdirilməsi Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəb (1962) "Mir Cəlal Paşayev" gəmisi (2006) Gəncə şəhər Mir Cəlal Paşayev Muzeyi. Azərbaycan nəsrinin nümayəndəsi, Əməkdar Elm xadimi, yazıçı-alim Mir Cəlal Əli oğlu Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə yaradılmış muzeyin 2007-ci il sentyabr ayının 29-da rəsmi açılışı olmuşdur. Muzey kompleksində 2009-cu ilin aprel ayında Elmi-Ədəbi Tədqiqat Şöbəsi fəaliyyətə başlamışdır Bakıda İçərişəhərdə "Ədibin evi" ev-muzeyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi Gəncədə Mir Cəlal Paşayevin adını daşıyan küçə Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Əli oğlu Paşayevin 100 illiyinə həsr olunmuş poçt markası. 2025-ci ilin 15 fevral tarixində Azərbaycanın İraqdakı səfirliyinin təşkilatçılığı ilə Bağdadın "Beyt Əl-Vattar" irs evində görkəmli Azərbaycan yazıçısı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" əsərinin ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" 2024-cü il 25 yanvar tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyinin sifarişi ilə tərcümə edilib və İordaniyanın "Əl-Əzminə" nəşriyyatında nəfis tərtibatda çap edilib. Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" əsərinin ərəb dilində nəşri ilə tədbirdən bir ay öncə tanış olan və əsəri dərindən araşdıran İraqın füzulişünas alimləri, o cümlədən Əl-Mustansariyyə Universitetinin professoru doktor Sübhi Nasir, İmam Kazım Universitetinin professoru doktor Nazlı Əl-Ciburi, İraq yazıçıları və ədəbiyyatşünasları birliyinin sədri professor Əli Favaz, tanınmış ədəbiyyatşünas alim və tənqidçi-alim Sadiq Əl-Cəməl, Bağdad Universitetinin professorları Yıldız Mustafa və Ğada Hadi, Kərkükün "Türkməneli" qəzetinin redaktoru Sabah Kərküki təqdimat mərasimində çıxış ediblər. İraqın füzulişünas alimləri "Füzuli sənətkarlığı" əsərinin böyük klassikin irsini dərindən öyrənənlər üçün zəngin mənbə olduğunu vurğulayıblar. Alimlər Mir Cəlal Paşayevin bu əsərlə Füzuli yaradıcılığına yüksək fəlsəfi-estetik meyarlarla yanaşdığını, Füzulini dərindən bildiyini və buna görə də gözəl təhlil etdiyini diqqətə çatdırıblar.

Əsərləri

Kitabları 200px|thumb|Mir Cəlalın "Dirilən adam" əsəri Sağlam yollarda: oçerklər. Bakı: Azərnəşr, 1932, 46 səh. Boy (novellalar və oçerklər). Bakı: Azərnəşr, 1935, 123 səh. Dirilən adam. Bakı: Azərnəşr, 1936, 204 səh. Bostan oğrusu. Bakı: Azərnəşr, 1937, 46səh. Axundun iştəhası. Bakı: Azərnəşr, 1938, Gözünaydın. Bakı: Azərnəşr, 1939, 477 səh. Füzulinin poetik xüsusiyyətləri. Bakı: Azərb. SSR EA nəşri, 1940, 96 səh. Bir gəncin manifesti. Bakı: Uşaqgəncnəşr, 1940, 258 səh. Bir gəncin manifesti. Bakı: Azərbaycan LKGİM nəşri, 1940, 258 səh. Xalqın ürək sözü. Bakı: Azərnəşr, 1941, 18 səh. Vətən (hekayələr). Bakı: Azərnəşr, 1942, 38 səh. İlyas. Bakı: Uşaqgəncnəşr, 1942, 24 səh. İsrafil. Bakı: Uşaqgəncnəşr, 1942, 26 səh. Şərbət. Bakarı. Bakı: Azərnəşr, 1942, 12 səh. Vətən yaraları. Bakı: Azərnəşr, 1943, 11 səh. Muştuluq: hekayə. Bakı: Azərnəşr, 1943, 12 səh. Vətən: hekayələr. Bakı: Azərnəşr, 1944, 152 səh. Həyat hekayələri. Bakı: Uşaqgəncnəşr, 1945, 156 səh. İki rəssam. Bakı: Uşaqgəncnəşr, 1947, 12 səh. Yeni kəndin adamları. Bakı: Azərnəşr, 1948, 44 səh. Yaşıdlarım: povest. Bakı:Uşaqgəncnəşr, 1948.- 142 s. İlk vəsiqə. Bakı: Uşaqgəncnəşr, 1949, 24 səh. Bir gəncin manifesti: povest. Bakı: Uşaqgəncnəşr, 1949.- 230 s. Söyüd kölgəsi. Bakı: Uşaqgəncnəşr, 1951, 20 səh. Təzə şəhər: roman. Bakı: Azərnəşr, 1951, 264 səh. Bir gəncin manifesti. Bakı: Uşaqgəncnəşr, 1953, 201 səh. Sadə hekayələr. Bakı: Azərnəşr, 1955, 224 səh. Fitnə. Bakı: Uşaqgəncnəşr, 1955, təkrar nəşri: 1962, 1966. Yaşıdlarım. Bakı: Uşaqgəncnəşr, 1955, 226 səh. Yuxu və külək. Bakı: Uşaqgəncnəşr, 1956, 12 səh. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1956, 500 səh. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1957, 532 səh. Yolumuz hayanadır. Bakı: Uşaqgəncnəşr, 1957, 247 səh. Füzuli sənətkarlığı. Bakı: ADU-nun nəşri, 1958.- 276 s. İnsanlıq fəlsəfəsi. Bakı: Azərnəşr, 1961, 408 səh. Xatirə hekayələri. Bakı: Uşaqgəncnəşr, 1962.- 147 s. Bir gəncin manifesti. Yaşıdlar. Bakı: Azərnəşr, 1964, 452 səh. Yaşıdlar: povest. Bakı: Uşaqgəncnəşr, 1964.- 260 s. Bir gəncin manifesti. Bakı: Azərnəşr, 1965, 452 səh. Söyüd kölgəsində. Bakı: Maarif, 1965, 42 səh. Gülbəsləyən qız. Bakı: Azərnəşr, 1965, 334 səh. C. Məmmədquluzadənin realizmi haqqında. Bakı: ADU nəşriyyatı, 1966, 70 səh. Seçilmiş əsərləri (dörd cilddə), I c. Bakı: Azərnəşr, 1967, 519 səh. Seçilmiş əsərləri (dörd cilddə), II c. Bakı: Azərnəşr, 1967, 499 səh. Seçilmiş əsərləri (dörd cilddə). III c. Bakı: Azərnəşr, 1968, 526 səh. Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1968, 474 səh. Gülüş bədii silah kimi. Bakı: ADU nəşri, 1968, 40 səh. XX əsr Azərbaycan ədəbiyyatı (dərslik). Bakı: Maarif, 1969, 348 səh. (şərikli). Kərpickəsən. Bakı: Gənclik, 1969, 12 səh. Bir gəncin manifesti: roman. Bakı: Gənclik, 1970.- 253 s. Şəfəqdən qalxanlar. Bakı: Gənclik, 1972, 272 səh. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1972, 280 səh. (şərikli). Klassiklər və müasirləri. Bakı: Azərnəşr, 1973, 296 səh. Silah qardaşlan (hekayələr). Bakı: Gənclik, 1974, 293 səh. XX əsr Azərbaycan ədəbiyyatı: Ali məktəblər üçün dərslik. Bakı: Maarif, 1974.- 391 s. Xeyir və Şər. Bakı: Gənclik, 1976, 19 səh. Dağlardiləgəldi. Bakı: Gənclik, 1978, 176 səh. Dahi söz ustası. Bakı: Yazıçı, 1978, 90 səh. Dirilən adam. Bakı: Yazıçı, 1978, 414 səh. Bir gəncin manifesti. Bakı: Gənclik, 1980, 256 səh. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982, 428 səh.(şərikli). Yaşıdlar (roman və hekayələr). Bakı: Azərnəşr, 1984, 374 səh. Bir gəncin manifesti. Bakı: Yazıçı, 1984, 224 səh. Ləyaqət (hekayələr və povest). Bakı: Yazıçı, 1984, 360 səh. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1986, 463 səh. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1987, 445 səh. Ədəbiyyatşünaslığın əsasiarı (dərs vəsaiti). Bakı: Maarif, 1988, 279 səh. Füzuli sənətkarlığı.- II nəşri.- Bakı: Maarif, 1994.- 252 s. Azərbaycanda ədəbi məktəblər (1905–1917). Bakı: Ziya-Nurlan NPM, 2004.- 390 s. Ədəbiyyatşünaslığın əsasları: Ali məktəblər üçün dərslik.- Təkmilləşdirilmiş 3-cü nəşr.- Bakı: Çaşıoğlu, 2005.- 312 s. Seçilmiş əsərləri. Hekayələr və roman .- Bakı: Çaşıoğlu,2005.- 479 s. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005.- 384 s. (Müasir Azərbaycan ədəbiyyatı). Füzuli sənətkarlığı: monoqrafiya.- Bakı: Kaşqari Fondu, 2007.-357 s. Seçilmiş əsərləri: 3 cilddə .- Bakı: Çaşıoğlu, 2008.- K. I., K. II., K. III. Seçilmiş əsərləri: hekayələr, felyetonlar, şeirlər, oçerklər, tərcümələr, xatirələr: 5 cilddə — Bakı:Adiloğlu, 2013.- C. I:, C. II:, C. III:, C. IV:, C. V. Bir gəncin manifesti: roman.- V nəşri.- Bakı: Kitab Klubu, 2016.- 264 s. Yuxu və külək . Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi.- Bakı: Bərpanəşr, 2016.-11, s.: ill. İki rəssam: məzmunu Nizaminin "İsgəndərnamə" poemasındanalınmışdır: ortayaşlı uşaqlar üçün. Azərb. Resp. Mədəniyyət və TurizmNazirliyi, F. Köçərli ad. Respublika #Uşaq Kitabxanası.- 1947-ci il nəşri əsasında bərpanəşr.- Bakı: Renessans-A, 2017.- 12 s. Mirzə Ələkbər Sabirin sənət dünyası. Bakı: Elm və təhsil, 2017.- 127s.