Haşt-Bəhəşt (, ) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır.
Qalereya
İstinadlar
Ədəbiyyat
M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012. S. Babaie with R. Haug, Isfahan. X. Monuments. 2. Palaces, Encyclopædia Iranica, 2007-2012.
Xarici istinadlar
"ArchNet" saytında saray haqqında məlumat
Kateqoriya:İran sarayları Kateqoriya:İsfahan Kateqoriya:Səfəvi sarayları