Qay Yulius Sezar (; ), Romalı hərbçi, siyasi lider. Qeysər titulunun sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır.

Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius Kato və Markus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius Krassus və Gnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə Pompey və Senatla münasibətləri korlandı. e.ə. 49-cu ildə Rubikon çayını keçməsilə başlayan müharibə nəticəsində Romanın tək hakimi halına gəldi. İdarəetməni ələ almasından sonra Roma cəmiyyətini və idarəetməsini əhatə edən geniş islahatlara başladı. Ömürlük diktator (diktator perpetuus) elan edildi və respublika bürokratiyasını özünə tabe etdirdi. Ancaq Sezarın köhne dostlarından Markus Junius Brutusun rəhbərliyindəki və keçmiş respublikanı bərpa etməyi arzulayan bir qrup senator tərəfindən e.ə. 44-cü il, 15 martda öldürüldü. Sui-qəsdin ardından başlayan yeni müharibə Sezarın varisi Gaius Oktavianusun Roma dünyası üzərində avtoritar güc halına gəlməsinə səbəb oldu. Sezar öldürülməsindən iki il sonra, e.ə. 42-ci ildə Senat tərəfindən rəsmən müqəddəsləşdirildi və Roma tanrılarından biri elan edildi. Sezarın həyatı haqqında məlumatların çoxu hərbi səfərlərindən bəhs etdiyi və özü tərəfindən yazılmış olan "Şərhlər" (Commentarii) adlı xatirələrindən, Mark Tulli Siseron kimi siyasi rəqiblərinin məktublarından, Sallastiusun tarixi yazılarından və Katullusun şerləri kimi müasiri olan qaynaqlardan əldə edilmişdir. Həyatına dair ətraflı məlumat sonrakı əsrlərdə yaşamış olan İsgəndəriyyəli Appian, Qaius Svetoni Trakvill, Plutarx, Kassius Dio və Strabon kimi tarixçilər tərəfindən verilmişdir.

Həyatı

Həyatının erkən dövrü Sezar soylarının İlahə Veneranın oğlu Troyalı şahzadə Aeneasın oğlu Iulusdan gəldiyini iddia edən və partisi sinfindən bir ailə olan Yulius gensinə mənsubdur. "Sezar" koqnomeni, Böyük Pliniyə görə qeysər kəsiyi ilə doğulmuş olan babasından gəlir. Sezarın saçının çox sıx olması (latınca caesaries). Gözlərinin parlaq boz olması (latınca oculis caesiis) Döyüşdə fil öldürməsi (Məğribli dilində caesai) Sezarın zərb etdirdiyi sikkələr üzərində fil təsvir edilməsi son versiyanı daha inandırıcı edir. Antik şəcərələrinə baxmayaraq Yulius Sezar siyasi olaraq o qədər də güclü ailədən deyildi və ailə üzvlərindən sadəcə 3-ü konsul seçilə bilmişdi. Sezarın eyni adı daşıyan atası Respublikanın seçki ilə təyin edilən üst səviyyə magistraları arasında ikinci sırada olan pretorluq məqamına qədər yüksələ bilmiş, bəlkə də məşhur qayını Qayus Marius sayəsində Asiya əyaləti valiliyi etmişdir. Anası Aurelia Kotta bir necə konsul yetişdirmiş güclü ailədən gəlirdi. Sezarın müəllimi olaraq dövrün alimi və linqivisti, Qalliya kökənli Markus Antonius Qnipho təyin edilmişdi. Sezarın hər ikisinin də adı Julia olan iki bacısı var idi. Sezarın uşaqlığı ilə bağlı məlumatlar çox azdır. Suetonius və Plutarxın bioqrafiyalarında Sezarın hekayəsi gəncliyindən başlayır və hər iki əsərdə də giriş paraqrafları itmişdir. Sezarın yetkinlik dövrləri qarışıqlıq dövrünə təsadüf etmişdi. Romanın müttəfiqlərinə verilən Roma vətəndaşlığı haqqının geri alınmasıın səbəb olduğu qarışıqlıq Roma və italyan müttəfiqləri arasında Sosial Müharibəyə səbəb olarkən, Pont hökmdarı VI Mitridat Romanın şərq əyalətlərini təhdid etməyə başlamışdı. Roma siyasətçiləri iki xəttə bölünmüşdü. Optimates adındakı birinci xətt Senat içərisində aristokratik idarəetməni müdafiə edərkən, populares xətti birbaşa seçkiləri müdafiə edirdi. Sezarın əmisi Marius popularis xəttinə mənsubkən rəqibi Lucius Kornelius Sulla optimas idi. Həm Sulla, həm də Mariusun Sosial Müharibə dövründə VI Mitridata qarşı ordunu idarə etmək istəməsinə baxmayaraq, şans ilk başda Sulla tərəfdən olmuşdu. Lakin Sulla ordunun idarəçiliyini ələ almaq üçün şəhər xaricinə çıxdığında bir tribun tərəfindən qəbul etdirilən qanun ilə komandanlıq Mariusa verildi. Sullanın cavab tədbiri ordu ilə Romaya geri dönmək və komandanlığını elan edərək, Mariusu sürgünə göndərməyə cəhd etmək oldu, lakin o səfərə çıxanda Marius çoxdan müvəqqəti ordunun başına keçmişdi. Marius və müttəfiqi Lucius Kornelius Cinna şəhəri ələ keçirdilər, Sulla "xalq düşməni" elan edildi. Sullanın tərəfdarlarına qanlı divan tutuldu. Marius e.ə. 86-cı ildə vəfat etdi. Lakin onun rəhbərlik etdiyi cərəyan hələ də güclü formada qalmaqda idi. e.ə. 85-ci ildə Sezarın atası bilinməyən səbəbdən ayaqqabılarını geyərkən vəfat etdi. Hələ 16 yaşında olan Sezar ailənin rəhbəri oldu. Sonrakı il əmisi Mariusun Sulla ilə mübarizəsi zamanı ölən, köhnə Yupiter yüksək rahibi Merulanın yerinə yeni Flaman Dialis olaraq təyin edildi. Ardıyca bu vəzifəyə seçilən şəxslərin patrisi olması məcburiyyətinə əlavə olaraq, bu şəxsin patrisi ilə evli olması məcburiyyəti formasındakı adəti, uşaqlığından bəri nişanlı olduğu, Equestrian bir ailədən gələn Kossutia adındakı qızdan ayrılaraq Cınnanın qızı ilə evlənməsi ilə yıxdı. VI Mitridat ilə sülh bağlayan Sulla artıq geri dönərək Mariusun tərəfdarlarına qarşı müharibəyə davam edə bilərdi. Bütün Roma boyunca davam edən toqquşmaların ardıyca, e.ə. 82-ci ildə Kolline keçidi döyüşünü qazanaraq Romanı ələ keçirdi və özünü diktator elan etdi. Hər nə qədər bu məqama təyin edilən şəxs 6 ay diktator kimi qala bilsə də, Sulla üçün müddət təyin edilməmişdi. Mariusun heykəlləri dağıdıldı və məzarı açılaraq, cəsədi Tiber çayına atıldı. Digər rəqibi Cinna isə öz əsgərlərinin üsyanı nəticəsində əvvəlcədən öldürülmüşdü. Sullanın tədbirləri nəticəsində ona qarşı müxalif olanlardan yüzlərləsi öldürüldü və ya sürgünə göndərildi. Sezar Mariusun qardaşı oğlu və Cinnanın kürəkəni olaraq artıq hədəfdə idi. Əvvəl əmisindən qalan mirasdan, sonra həyat yoldaşının cehizindən və son olaraq da rahiblik vəzifəsindən məhrum edildi, ancaq həyat yoldaşından boşanmağı rədd edincə qaçmağa məcbur oldu. Özünə qarşı olan təhdidlərdən, aralarında Sullanın dəstəkçilərinin və Vestal bakirələrinin də olduğu ailə üzvlərinin vasitəsi sayəsində, Sullanın istəksizcə də olsa geri addim atması ilə qurtula bildi. Sullanın "Sezarda çoxlu sayda Marius gördüyünü" dediyi iddia olunur.

thumb|Qay Yuli Sezar

Karyerasının erkən dövrü Sezar Romaya geri dönmək yerinə orduya qoşuldu və Asiyada Markus Minucius Thermus və Kilikiyada Serviliusun əmrində xidmət etdi. Midilli mühasirəsində göstərdiyi üstün xidmətlərinə görə Korona Civika ilə mükafatlandırıldı. Kral IV Nikomedesin donanmasını müşayiət edərək təhlükəsizliyini təmin etmək üçün getdiyi Vifiniyada, kralın sarayında uzun müddət qalınca, bütün həyatı boyunca onu izləyəcək Nikomedeslə münasibət yaşaması barədə şayiələr yayıldı. Rahiblik vəzifəsindən qovulması ironik formada ona hərbi karyera qurmanın yolunu açmışdı, çünki adətlərə görə bir Flaman Dialisin atlara toxunması, öz yatağından başqa bir yataqda 3 gündən çox ya da Roma xaricində bir gündən çox yatması, bir orduya tərəf baxması qadağan idi. İki il diktator olan Sulla e.ə. 80-ci ildə istefa verdi və yenidən konsulyar hökumət qurub, bir il konsul olaraq çalışdıqdan sonra siyasətdən birdəfəlik getdi. Sezar sonradan Sullanın diktatorluq vəzifəsindən ayrılmasını ələ salacaq və Sulla siyasətin əlifbasını belə bilmir deyəcəkdi. Sulla iki il sonra, e.ə. 78-ci ildə öldü və cənazəsi mərasimi ilə dəfn edildi. Sullanın öldüyünü eşidən Sezar, özü üçün artıq kifayət qədər təhlükəsiz yer olduğuna inandığı Romaya geri döndü. Bütün mülkiyyəti müsadirə edildiyinə görə Romanın kənarında, alt təbəqə insanlarının yaşadığı Suburada sadə bir evə köçdü. Sezarın geri dönüşü Markus Aemilius Lepidus tərəfindən Sulla sisteminə qarşı çevriliş cəhdi olaraq dəyərləndirildi ancaq Sezar Lepidusun liderliyinə inanmadığından bu plana qatılqmaqdan qaçdı. Yenidən hüquqşünaslıq etməyə başladı. Möhtəşəm natiqlik qabiliyyəti ilə yanaşı, həyəcanlı jestləri, incə səsi, korrupsiyada boğulan köhnə valilərin cəza mühakimələrindəki insafsızlığı sayəsində Romada məşhur biri oldu. Ritorikasını mükəmməlləşdirmək üçün e.ə. 75-ci ildə Siseronun da müəllimi olan Apollonius Molonun yanına — Rodosa getdi. Sezar Egey dənizində olarkən Kilikiyalı dəniz quldurları tərəfindən qaçırıldı və Oniki adalardan biri olan Kiçik Farmakos adasında saxlanıldı. Quldurlar Sezarın əvəzində 20 talant qızıl istəmək qərarı aldıqdan sonra Sezar 50 talant qızıl istəmələri üçün israr etdi. Pulun ödənməsindən sonra sərbəst buraxılan Sezar donanma topladı və quldurları tutaraq, Berqamoya həbs etdirdi. Asiya əyaləti canişini quldurları edam etməyi rədd edərək, onları qul kimi satmağı üstün tutdu. Lakin Sezar, onları dustaq olduğu zaman söz verdiyi kimi çarmıxa çəkdirdi. Ardiyca Rodosa doğru getdi, lakin Pont krallığından gələn təhlükəyə görə orduya çağırıldı. Romaya döndükdən sonra, Roma siyasi həyatında cursus honorumun ilk pilləsi olan tribun seçildi. Spartaka qarşı olan müharibə (e.ə. 73-e.ə. 71)bu dövrdə olmuşdur, lakin Sezarın bu müharibədə hər hansı bir rol oynayıb-oynamadığına dair məlumat yoxdur. e.ə. 69-cu ildə Kvestor seçildi, eyni il qohumu və əmisi Mariusun dul həyat yoldaşı Julianın dəfn mərasimində bir nitq söylədi. Öz həyat yoldaşı da həmin il öləcəkdi. Sezan cənazənin ardından Antistius Vetusun əmrində Kvestorluq vəzifəsini yerinə yetirmək üçün Hispaniyaya getdi. Orada olduğu zaman Böyük isgəndərin heykəli ilə qarşılaşdığı və indi İsgəndərin dünyanı tutduğu yaşda olduğunu və onun müqayisə edildiyində çox az şeyi bacardığı reallığını narahatlıqla qarşıladığı deyilir. Vəzifəsindən erkən ayrılma istəyi qəbul edildikdən sonra Roma siyasi həyatına geri döndü. Geri döndüyündə Sullanın nəvəsi Pompeiya ilə evləndi. Ardıyca Aedilis seçilən Sezar, hələ də hakimiyyətdə olan Sulla tərəfdarı hakimiyyətin ziddinə olaraq, əmisi Mariusun zəfərlərinə həsr edilmiş abidələri restavrasiya etdirdi. Bundan başqa Sullanın qadağalarından faydalananlara qarşı məhkəməyə şikayət etdi, eyni vəzifəni paylaşdığı Markus Calpurnius Bibulusu kölgədə buraxacaq qədər pul ianəsi ilə ictimai işləri və oyunlar təşkil etdi. Bundan başqa iki uğursuz çevriliş cəhdi ilə də qarşı-qarşıya qaldı. thumb|Vyana Sənət Tarixi Muzeyində olan heykəli

Yüksəlişi