Birmingem UniversitetiBİRMİNGEM . ensiklopediya.gov.az () — İngiltərənin Birmingem şəhərində Vest-Midlends vilayətində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.thumbnail|Barber Təsviri İncəsənət İnstitutunun binası

Reytinqi "Times Higher Education Supplement — QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Birmingem Universiteti 100 ən yaxşı ali məktəb arasında 66-cı yerdə olmuşdur.

"Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Birmingem Universiteti 145-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 59-cu yerdə qərarlaşmışdır.

Məşhur məzunları Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Manuçöhr Mirzə Fərman – İran şahzadəsi; Seeiso Lesoto – Cənubi Afrika şahzadəsi; Stenli Bolduin – Böyük Britaniyanın sabiq baş naziri; Nevill Çemberlin – Böyük Britaniyanın sabiq baş naziri; Qladston Perri Kristi – Bahama adalarının baş naziri; Baronessa Amos – BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinatoru; Riçard Hu – Sinqapurun sabiq maliyyə naziri; Henri Oriem Okello – Uqandanın xarici işlər naziri; Baron Bxattaçaria – Lordlar Palatasının üzvü; Frensis Vilyam Aston – kimya üzrə Nobel mükafatı laureatı; Ser Norman Havort – kimya üzrə Nobel mükafatı laureatı; Lord Robert Sesil – sülh üzrə Nobel mükafatı laureatı; Piter Bullok – sülh üzrə Nobel mükafatı laureatı; Piter Medouor – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı; Moris Uilkins – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı; Pol Nurs – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı; Con Veyn – tibb üzrə Nobel mükafatı laureatı.

Mənbə Lamiyə Əliyeva, Dünya universitetləri: Birmingem Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 18.02.2011, № 07.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İngiltərə universitetləri Kateqoriya:Birminhemdə təhsil Kateqoriya:1825-ci ildə yarananlar Kateqoriya:Universitas 21 Kateqoriya:Rassell qrupu