Erməni terrorizmi — erməni millətçi qruplarının və təşkilatlarının sistematik təhdid və fərdi intiqam aktlarından biri. Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terrorizminin geniş qanadı və şəbəkəsidir.Gunter M. Contemparary Armenian Тerrorisм. Теrorism: An international journal, vol.8, N 3, 1986, р.24.

"Erməni terrorizmi" termini ilk dəfə ABŞ-də 1982-ci il avqust ayında nəşr olunan ABŞ Dövlət Departamentinin aylıq bülletenində rəsmən istifadə edilmişdir.Corsun, Andrew, Armenian Terrorism: A Profile, U.S. Department of State Bulletin, No. 82, (Washington, D.C., August 1982), pp.31–35.

Zəmin Erməni terrorizminin təşkilatlanması "erməni məsələsi" deyilən məsələnin yaranması ilə bağlı olmuşdur.

Tarixi Osmanlı İmperiyasında erməni terrorizminin inkişafında onun əsasən Suriya və Livanda, eləcə də ABŞ-də yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı.

Nemezis əməliyyatı

Terrorun üçüncü dalğası (1970–1980-ci illər)

Erməni terrorist təşkilatları Təşkilatın adı Yarandığı il Qərargahı Terror fəaliyyətiArmenakan1885Van, Osmanlı İmperiyasıTürkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.Sosial Demokrat Hnçak partiyası1887İrəvan, Rusiya imperiyasıQurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rus" və "İran" Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir: "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir".Daşnaksütun1890Tiflis, Rusiya imperiyasıƏsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişdir. "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış ESƏD qrupu 1980–82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib; Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların hazırda bu istiqamətdə fəaliyyəti davam edir.Erməni soyqırım ədalət komandosları1972Vyana, Avstriya1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılıb. Təşkilatın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.Francis P. Hyland. Armenian terrorism: the past, the present, the prospects. Westview Press, 1991. ISBN 0-8133-8124-X, 9780813381244, p. 77Yeni erməni müqaviməti1973Fransa1977-ci ildən Belçika, Fransa, İsveçrə və İtaliyada Türkiyəyə qarşı bir sıra terror aktları törətmişdir.ASALA1975Beyrut, LivanTəşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.Erməni gizli azadlıq ordusu1975Dəməşq, SuriyaFələstin hərbi bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.Erməni inqilab ordusu1979Təşkilat 1983-cü ildə Brüsseldə Türkiyə səfirliyinin attaşesi Dursun Aksoyun qətlində, Lissabonda Türkiyə səfirliyinə hücumu və 1985-ci ildə Ottavada Türkiyə səfirliyinə hücum aktının məsuliyyətini öz üzərinə götürmüşdür.Michael M. Gunter, "Pursuing the Just Cause of Their People": A Study of Contemporary Armenian Terrorism (New York: Greenwood Press, 1986).Erməni azadlıq cəbhəsi1979"ASALA"-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.Orli qrupu1981FransaFransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.İntiharçılar eskadronu1981Paris, Fransa1981-ci ildə təşkilat Türkiyənin Fransadakı baş konsulluğunu zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin keçmiş rəhbəri Yan Kaşkayan həbs edilmişdir.Erməni birliyi1988Moskva, SSRİ"ASALA" ilə sıx əlaqələri vardır, keçmiş Sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.Gənc ermənilər ittifaqı1990FransaTəşkilat diplomatların oğurlanması ilə məşğul olur.9 iyun qrupu1991İsveçrəTəşkilat həbsdə olan erməni terrorçularının azad olunmasına çalışır.Erməni azadlıq hərəkatı1991FransaTerror fəaliyyətini "ASALA" ilə sıx əlaqədə həyata keçirir.Geqaron2001"ASALA" tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərinə türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.Apostol2001Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktların keçirilməsidir.İsveçrə qrupuAvropanın bir çox ölkəsində fəaliyyət göstərən bu təşkilat Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür.Demokratik cəbhəABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi türk dövlətinin parçalanmasıdır.

Terror aktlarının xronologiyası

TarixRegionƏməliyyatMənbə20 yanvar 1975 Beyrut, LivanÜmumdünya kilsə şurasının mənzil qərargahının partladılması.7 fevral 1975 Beyrut, LivanTürkiyə informasiya və turizm bürolarının ofisində quraşdırılmış bombanı zərərsizləşdirmək istərkən, bomba işə düşmüş və bir nəfər livanlı polis ağır xəsarət almışdır. ASALA terror aktına görə məsuliyyəti öz boynuna götürmüşdür.20 fevral 1975 Beyrut, LivanTürkiyə avia şirkətinin ofisinin qarşısında partlayıcı qurğu işə düşərək, ofisin binasına ciddi ziyan vurub.14 oktyabr 1975 Paris, FransaTürkiyənin Fransadakı səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilir, ESƏD məsuliyyəti öz boynuna götürür, lakin sonra ASALA bu terror aktını onun təşkil etdiyini bildirir. Mütəxəssislərin fikrincə bu aksiyanın təşkilində hər iki terror təşkilatı iştirak etmişdir.22 oktyabr 1975 Vyana, AvstriyaTürkiyə səfirliyinə daxil olan üç nəfər erməni terrorçu səfir Danış Tunalıgili avtomatik silahla qətlə yetiriblər.28 oktyabr 1978 Beyrut, LivanTürkiyə səfirliyi raketlərlə atəşə tutulub.1976–1979 Türkiyəİqtisadi və hərbi xarakterli obyektlərdə diversiyalar və obyektlərə hücumlar.16 fevral 1976 Beyrut, LivanTürkiyə səfirliyinin birinci katibi Oktar Sirit, ASALA terrorçusu tərəfindən qətlə yetiriblər.17 may 1976 Frankfurt, Köln, Essen, AFRTürk konsulluqlarında partlayışlar.2 mart 1977 Beyrut, LivanTürkiyə səfirliyinin hərbi və inzibati məsələlər üzrə attaşesi, Nahit Karakay və İlhan Özbabakanın avtomobilləri partladılıb.6 iyun 1977 Sürix, İsveçrəGüclü partlayış nəticəsində, milliyyəti türk olan Hüseyn Bülbülə məxsus mağaza tam dağıdılıb.2 iyun 1978 Madrid, İspaniyaAvtomatik silahla silahlanmış üç erməni terrorçusu, türk səfiri Zəki Küneralpın maşınını atəşə tutur, bunun nəticəsində səfirin həyat yoldaşı, Neqla Küneralp, maşında olan keçmiş səfir, Bəşir Balsoğlu həlak olur, milliyətcə ispan olan sürücü Antonio Torres aldığı yaralardan xəstəxanada keçinir.17 dekabr 1978 Cenevrə, İsveçrəCenevrədə yerləşən türk aviaşirkətlərindən birinin ofisində, partlayıcı qurğu işə düşür, partlayış nəticəsində xəsarət alan olmasa da ofisə ciddi ziyan dəyir.7 avqust 1979 AFR, FrankfurtTürk aviaşirkətinin ofisində partlayış baş verir, partlayış nəticəsində küçədən keçən alman vətəndaşı yaralanır.22 avqust 1979 İsveçrə, CenevrəTürkiyənin Cenevrədəki konsulu Niyazi Adalının maşınına qoyulmuş partlayıcı qurğu işə düşür, bunun nəticəsində küçədən keçən bir neçə isveşrəli yaralanır.4 oktyabr 1979 Danimarka, KopenhagenTürk aviaşirkətinin ofisi yaxınlığında baş vermiş partlayış nəticəsində, ofisə ciddi ziyan dəyir, iki nəfər danimarkalı isə yaralanır.12 oktyabr 1979 Niderland, HaaqaTürkiyənin bu ölkədəki səfiri Özdəmir Benlərin oğlu 27 yaşlı Əhməd Benlər öz maşınında qətlə yetirilir, bu qətlə qörə məsuliyyəti ASALA və ESƏD öz üzərinə götürür.30 oktyabr 1979 İtaliya, MilanTürk avia şirkəninn ofisində partlayış.8 noyabr 1979 İtaliya, RomaPartlayış nəticəsində, Türkiyə səfirliyinin binasına ciddi ziyan dəymişdir.18 noyabr 1979 Fransa, ParisParisdə üç aviaşirkətin ofisinin qarşısında partlayışlar baş verir, bunun nəticəsində Türk hava yolları, KLM və Lufthanza şirkətinin ofislərinə ciddi ziyan dəyir, iki fransız polis isə yaralanır.25 noyabr 1979 İspaniya, MadridBritaniya hava yolları şirkətinin və amerikan aviaşirkətlərindən birinin ofisini qarşısında partlayış baş verir, partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürür və bunu Roma papası II İoann Pavelə onun Türkiyəyə nəzərdə tutulan səfərdən vaz keçməsi üçün xəbərdarlıq olduğunu elan edir.17 dekabr 1979 Böyük Britaniya, LondonTürk aviaşirkətinin Londondakı ofisinin qarşısında partlayış baş verir, partlayış nəticəsində, binaya ciddi ziyan dəyir.22 dekabr 1979 Fransa, ParisTürkiyə səfirliyinin turizm məsələləri üzrə attaşesi, Elmaz Şolpan Parisin mərkəzində qətlə yetirilmişdir. Bir neçə erməni terror qrupu məsuliyyəti öz üzərinə götürmüşdür, həmçinin də ASALA.22 dekabr 1979 Niderland, AmsterdamTürk hava yolları şirkətinin ofisinin qarşısında partlayış baş verir, bunun nəticəsində binaya ciddi ziyan dəyir.23 dekabr 1979 İtaliya, RomaKilsələr şurasının qarşısında partlayış baş verir.23 dekabr 1979 İtaliya, RomaŞəhərdə Fransa və ABŞ aviaşirkətlərinin ofislərinin qarşısında üç partlayış baş verir, partlayışlar nəticəsində küçədən keçən bir çox adam yaralanır. Terror aktına görə məsuliyyəti öz boynuna götürən ASALA bunun "ermənlərə qarşı apardığı siyasətə görə Fransa hokümətinə cavab olduğunu elan edir".10 yanvar 1980 İran, TehranTürkiyə aviaşirkətinin bürosunun qarşısında partlayış baş verir.18 fevral 1980 İtaliya, Roma"Lüfthanza", "Svis Eyr" və "El Al" şirkətlərinin ofisləri partladılmışdır. ASALA terror aktlarına görə məsuliyyəti öz boynuna götürür və terror aktlarının səbəbini belə izah edir: "Lüfthanza" – "türk faşizminə yardım edən alman hökumətinin cəzalandırılması məqsədi ilə" "Svis Eyr" — "gunahsız ermənləri həbsxanaya salmaması üçün İsveçrə hökumətinə xəbərdarlıq"