200px|thumbnail|right|I Şah Abbas Səfəvinin gənc oğlanla eşqbazlığıBomati, Yves; Nahavandi, Houchang (1998). Shah Abbas, empereur de Perse 1587–1629 [Shah Abbas, Emperor of Persia, 1587–1629] (in French). Paris, France: Perrin. ISBN 2-2620-1131-1, rəssam:Məhəmməd Qasım, 1627-ci il, Luvr muzeyi, Paris. Azərbaycanda homoseksuallığın tarixi — müxtəlif dövrlərdə Azərbaycan cəmiyyətində (İran Azərbaycanı və Arran) homoseksuallıqla bağlı məlumatları əhatə edir. Antik və orta əsrlər dövrlərinə aid məlumatlar əsasən hakim təbəqə və saraylara aid olsa da, sonrakı dövrlərdə geniş xalq kütlələri arasında da bu cür münasibətlərin olması haqqında məlumatlar vardır.
Qədim dövr Azərbaycan ərazisində ən qədim dövrlərdə eynicinsli münasibətlər haqqında məlumat verən qədim mənbələr yoxdur. Azərbaycan zərdüştiliyin geniş yayıldığı ərazilərdən biri olmuşdur.Wigram, W. A. (2004), An introduction to the history of the Assyrian Church, or, The Church of the Sassanid Persian Empire, 100–640 A. D, Gorgias Press, p. 34–35, ISBN 1593331037 Zərdüştlük dinində homoseksuallıq ölümlə cəzalandırılırdı.THE ZOROASTRIAN FAITH AND HOMOSEXUALITY , religioustolerance.org, İstifadə tarixi: 21 aprel 2015
E.ə. VII əsrdə Azərbaycan ərazisinə skiflər köç edir.V. Ömərov — Qədim Azərbaycan İşquz dövlətinin yaranması və süqutu, Səs qəzeti, 2012 2 avqust, səh. 14. Skiflərin Azərbaycanda qurduğu dövlət tarixi mənbələrdə İşquz adlandırılır.Погребова М. Н. Кавказ и Средняя Азия в древности и средневековье. // Памятники скифской культуры в Закавказье. — М., 1981. С. 42–58. Heradot skiflər haqqında yazırdı: "Skiflərdə qadına bənzər kişilər Afroditin verdiyi istedadla mükəmməl hörgülər hazırlayırdılar". Digər ədəbiyyatlarda bu ənənənin şamanlardan keçdiyi deyilir.George E. Haggerty — Gay Histories and Cultures: An Encyclopedia , vol.2, 2000, səh. 786
Orta əsrlər
Qafqaz Albaniyasında IV əsrdən etibarən Qafqaz Albaniyasında xristianlıq rəsmi dövlət dini elan olunur. Ölkənin bir hissəsində zərdüştülük, Romanın vassalı Ərməniyyə torpaqlarına yaxın ərazidə yerləşən dağlıq ərazilərdə isə xristianlıq hakim mövqe tutmağa başlayır.The History of the Caucasian Albanians by Movsēs Dasxuranc'i. Translated by Charles Dowsett. London: Oxford University Press, 1961, pp. 3–4 "Introduction" Hər iki dinin homoseksuallığı qadağan etməsinə baxmayaraq, bəzi tayfalarda bu cür əlaqələr qalmaqda idi. Bu haqqda Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" əsərində məlumat verir:
"Alban ölkəsinin tarixi"ndə VII əsrdə Albaniya çarı olmuş Cavanşirin qətl edilməsindən əvvəlki dövrə aid hadisələr belə təsvir edilir:
Ərəb xilafəti dövründə 200px|thumb|left|Dörd adam yaraşıqlı gəncə baxarkən. I Yassar dövrü VIII əsrdən Azərbaycan və Arranın Ərəb Xilafətinin tərkibinə daxil olması ilə bu ərazilərdə İslam dini yayılmağa başlayır. İslam dini eynicinsli əlaqələri birmənalı olaraq qadağan etsə də, hakim dairələrdə və saraylara bu cür əlaqələrin gizli olaraq davam etdirilməsi haqqında bəzi məlumatlar dövrümüzə çatmışdır. Dövrün məşhur tarixçisi İsgəndər böyük oğlu üçün yazdığı "Şahzadələr üçün güzgü" əsərində "qadın və ya gənc oğlan olsun, fərqi yoxdur, həzz almağından qalma. Qışda oğlanlarla, yayda isə qadınlarla vaxtını keçir" deyirdi.Eşcinselliğin Toplumsal Tarihi" – Halit Erdem Oksaçan, İstanbul, 2012, səh. 148
Ərəblərin hakimiyyətinə qarşı yönəlmiş Xürrəmilər hərəkatı öz ilkin prinsiplərini Məzdəkilər hərəkatından götürmüş daha böyük kütləni təsiri altına ala bilmişdir. Xürrəmilər fərqli yaşam tərzləriylə də seçilirdilər. Şəhvətin azad və sərbəst olduğu bu cəmiyyətdə məclislərdə sərxoş olanacan şərablar içilməsi və qrup sekslər yaşanması haqqında əksər ərəb tarixçilərinin əsərlərində məlumatlar vardır.C. Bayramlı — Babək və Hürrəmilik (yalanlar və gerçəklər), Bakı, Kitab aləmi, 2011, səh. 209–211, 248–254Vəlixanlı N. M. Ərəb Xilafəti və Azərbaycan . Bakı: Azərnəşr, 1992, s. 71–73 Bu cür məclislərdə eynicinsli əlaqələrin yaşanması haqqında da ehtimallar vardır.Arthur Goldschmidt, Lawrence Davidson, "A concise history of the Middle East", Westview Press; Eighth Edition (July 21, 2005), pp. 245–248
1225-ci ildə hakimiyyətdən oğlu Fəribürz tərəfindən devrilən Şirvanşahlar dövləti hökmdarı I Güştasp haqqında İslam tarixçisi İbn əl-Əsir yazır: "H.622 (1225)-ci ildə Şirvanşaha qarşı onun oğlu üsyan qaldırdı, onu şahlıqdan məhrum etdi və ölkədən qovdu, özü şahlıq etməyə başladı. Üsyana səbəb bu idi ki, Şirvanşah iyrənc həyat tərzi keçirirdi, çox qəbahətli və ədalətsiz adam idi. O, tez-tez təbəələrinin var-dövlətinə və mülklərinə əl uzadır, həmçinin, deyirlər ki, hətta qadınların və oğlan uşaqlarının namusuna təcavüz edirdi. Onun xalqa zülmü çoxalmışdı və ona görə də qoşunun bir hissəsi onun oğlu ilə əlbir olaraq, atasını ölkədən qovdu".*Aşurbəyli S. Şirvanşahlar dövləti (VI –XVI əsrlər). Avrasiya press, Bakı 2006. I Fərrux Yasar dövründə, 1468-ci ildə hazırlanmış Şamaxı antologiya əlyazısında (kalliqraf Şərafəddin Hüseyn Sultani, Britaniya muzeyi, London) fars şairi Əbdürrəhman Camiin şeirinə həsr edilmiş "Dörd adam yaraşıqlı gəncə baxarkən" miniatürü vardır.
Monqol, Türkman sülalələri və Səfəvilərin hakimiyyəti dövründə IXX əsrlərdən Azərbaycanda türk-monqol sülalələrinin kütləvi şəkildə məskunlaşması başlayır.V. Ömərov — Azərbaycan dövləti ərəb xilafəti tərkibində , Səs qəzeti, 12 sentyabr 2012 Azərbaycanın da tərkibinə daxil olduğu Böyük Monqol imperiyasının Çingiz xan tərəfindən yazdırılmış yasasının 48-ci maddəsində "eyni cinsli münasibətə təşəbbüs edən kişilər öldürülsün" deyə qeyd edilirdi.Genghis Khan’s constitutional ban on homosexuality revealed , pinknews.co.uk, İstifadə tarixi: 28 aprel 2015
Səfəvilərin hakimiyyəti dövrü homoseksuallığın saraylardan kənara çıxması ilə əlamətdardır.Willem Floor — A Social History of Sexual Relations in Iran, 2008, səh. 322 Erkən Səfəvilər zamanında fahişə oğlanlar üçün böyük şəhərlərdə xüsusi evlər mövcud idi. Bu evlərin bəziləri qanuni fəaliyyət göstərir və onlardan vergi alınırdı.Willem Floor — A Social History of Sexual Relations in Iran, 2008, səh. 341–342 Doktor Şəms "Fars ədəbiyyatında Oğlançılıq" kitabında yazır: "Səfəvi şahı İsmayıl Təbrizə ikinci gəlişində 8 gözəl oğlanı Həşt-Behişt sarayına apardı və onlara çox ayıb hərəkətlər etdi, sonra onları öz şahzadələrinə verdi. Bundan bir az öncə də, o, 10 belə oğlanı saraya gətirmək üçün əmr vermişdi."S. Shamisā — Shāhedbāzi dar adabiyāt-e fārsi , Enteshārā t-e Ferdous, Tehran, 1381 (2002), səh.217
I Şah Abbasın 15991601-ci illərdə Böyük Moskva knyazlığı və Avropa ölkələrinə göndərdiyi diplomatik nümayəndə heyətinin I Katibi olan, Qərbdə Don Juan de Persiya adıyla tanınan Oruc bəy Bayat 1604-cü ildə İspaniyada nəşr etdirdiyi xatirələrində yazır: "Əlbəttə çoxları kimi durub hamambaşı fars Aləmdarın yanına gedə, bir abbasıya erməni, rumlu oğlanlarla nəfsimi öldürə, ya da Culfa adlanan erməni məhəlləsində Maronun say-seçmə qızlarıyala şərab içib gecəyarıyacan hər şey unuda bilərdim" Don Juan of Persia, a Shiah catolic, 1560–1604, edited by Sir E. Denison Ross and Eillen Power, London, 1926, səh. 198
Yeni dövr
Çar Rusiyası dövründə left|200px|thumb|Mütribin portreti. Əzim Əzimzadə, çəkildiyi il bilinmir Romanovların hakimiyyətdə olduğu Çar Rusiyasında orta əsrlərdən bəri gizli həyat keçirən homoseksuallar, kilsənin də gücünün zəifləməsindən istifadə edərək fəallaşmağa başlamışdılar. Azərbaycana dəfələrlə yürüşlər təşkil edən I Pyotr hələ, 1716-cı ildə çarlıqda ilk dəfə homoseksuallıqla bağlı qanun imzalamışdı. Qanuna görə, orduda homoseksuallıq qadağan edilirdi.
Azərbaycan xanlıqlarının növbəylə ləğv edilirək Rusiya İmperiyasının tərkibinə qatılmasından sonra çar I Nikolay 1832-ci ildə kişilər arasında homoseksuallığı ləğv edən 995 nömrəli qanunu imzaladı. Qanun iki oğlan arasındakı anal seksi qadağan edirdi. Qanunu pozanlar 3–5 il müddətində Sibirə sürgün edilməli idi. Çara yaxın olan insanlar, xüsusilə sənət adamları arasında homoseksualların say çoxluğu təşkil etməsi bu qanunu sadəcə olaraq yazıda saxladı. Həmin dövrdə homoseksuallıq ədəbiyyatın əsas mövzularından olsa da, dövlətə qarşı çıxanlar homoseksual damğasıyla cəzalandırılırdılar. Çar Rusiyasında başlayan böyük üsyanlar 19051907-ci illərdə imperiyanın ciddi islahatlar aparmasına səbəb oldu. Bu dövr Rusiyanın gümüş dövrü olaraq qəbul edilirsə də, homoseksuallığın Rusiyadakı qızıl dövrü hesab edilə bilər. Öz orientasiyasını açıq şəkildə göstərən çoxsaylı elm və sənət adamları, incəsənət xadimləri, ədiblər məhz bu dönəmdə böyük əsərlər yaratdılar.
Azərbaycanda tarixən sosial və mədəni yığıncaqların keçirildiyi, kişilər və qadınlar üçün ayrı olan hamamlarda kişilər arasında homoseksual əlaqənin baş verməsi Cəlil Məmmədquluzadə tərəfindən yazılan qısa satirik hekayədə öz əksini tapmışdır. XIX əsrdə androgen gözəllikləri ilə məşhur olan kişi rəqqaslar mütriblər ancaq kişilərin iştirak etdiyi toylarda rəqs edirdilər və seks işçisi kimi də istifadə olunurdular. Uşaq yaşından öyrədilən mütriblər saqqalları böyüyənə qədər fəaliyyətlərini davam etdirirdilər. Hüseynqulu Sarabski "Qədim Bakı" əsərində onların Xalabacı rəqsini ifa etməsini qeyd edirdi. XX əsrin əvvəllərində Bakıda yaşamış Banin qeyd edir ki, aktiv geylərə adətən hörmət göstərilir, passiv geylər isə bəyənilmirdi.
Lakin, bütün qadağalara baxmayaraq, Azərbaycanda homoseksuallıqla bağlı bəzi məlumatlar həmin dövrün mətbuatı vasitəsiylə dövrümüzə çatmışdır. 1906-cı ildən nəşrə başlayan "Molla Nəsrəddin" jurnalında bu məsələyə münasibət bildirilərək qeyd edilir: "Ay camaat, totux-motux oğlan uşaqlarınızı qoruyun, qoymayın yad əllərə düşsün". Jurnalın 2 oktyabr 1907-ci ildə çap edilmiş 37-ci nömrəsində həmin dövr üçün oğlanbazlığın hansı miqyasda yayıldığı açıq-aşkar göstərilmişdir: "… indiyədək heç kəs deməyibdi ki, uşaqbazlıq pis şeydir, mən də cürət eləmirəm deyəm ki, uşaqbazlıq pis şeydir. …Biz ancaq müsəlman millətlərini tanıyırıq və bundan savayı bir şey görmürük. Amma xudavəndi-aləm yuxarıdan aşağı baxanda millətlərin hamısını əl içi kimi görür və əlbət ki yaxşı da tanıyır. Və xudavəndi-aləm görür ki, cəmi millətlərin heç birinin içində oğlanbazlıq adət deyil, savayı biz müsəlman millətindən."Molla nəzrəddin, XXXVII nömrə , 2 okyabr 1907 "Təzə həyat" qəzetinin 117-ci nömrəsində isə qeyd ki, "Bakıda bir neçə müsəlman lotusu bir nəfər məktəb uşağını zor ilə basıblar faytona və istəyiblər götürüb qaçsın, necə ki, qız uşağını müsəlmanlar götürüb qaçırlar. Nədir bunun səbəbi? Məgər müsəlman içində arvad azdır ki, müsəlmanlar evlənmək istəyəndə arvad tapa bilməyib gedib oğlan uşağı alırlar. Söz yox ki, belə deyil, çünki biz görürük qeyri-millətlərin kişiləri bir arvad tapıb alanda bizim kişilər dördünü alırlar və hələ dördünə qane olmayıb hərdənbir məşğuliyyət üçün bir-iki saatlığa siğə də eləyirlər. …"Təzə həyat qəzeti, 117-ci nömrə Cəlil Məmmədquluzadə isə 12 may 1902-ci ildə "Molla Nəsrəddin" jurnalında nəşr edilmiş "Nə qədər fikirləşirəm, heç başa düşmürəm" adlı felyetonunda Azərbaycan cəmiyyətində homoseksuallıqla bağlı başqa bir halı təsvir edir.Gecə oxusu: nə qədər fikirləşirəm, heç başa düşmürəm . milli.az, 20 oktyabr 2012, İStifadə tarixi: 11 iyul 2012
1905–1917-ci illərdə mövcud olmuş "Difai" hərəkatının Qarabağ Birlik Məclisinin proqramında 19-cu maddəyə görə homoseksual əlaqədə olanlar xüsusi cərimə ilə ciddi cəzalandırılmalı idi.Əzizov Eldar Əziz oğlu — Difai: XX əsrin əvvəllərində.
Azərbaycan SSR-də