Ceyms Oldric (; ) — Avstraliya və Britaniyalı yazıçı və jurnalistdir. Onun İkinci Dünya müharibəsi haqqında olan əsərləri bir çox ölkələrdə nəşr olunub və o, 30-dan çox kitabın müəllifidir. Onun yaradıcılığına müharibə, macəra romanları və uşaqlar üçün yazılmış kitablar aiddir.
Həyatı Görkəmli ingilis yazıçısı Ceyms Oldric 1918-ci ildə Avstraliyada anadan olmuşdur. 1939–1945-ci illərdə hərbi müxbir işləmiş, müxtəlif ölkələrdə, o cümlədən İranda Cənubi Azərbaycanda olmuşdur. Oldric 1942-ci ildə yazdığı "Şərəf işi", 1944-cü ildə yazdığı "Dəniz qartalı" romanlarında yunan xalqının faşizmə qarşı mübarizəsini təsvir etmişdir.
Yaradıcılığında Azərbaycan mövzusu əhəmiyyətli yer tutur. Ceyms Oldric 1949-cu ildə yazdığı Yaxın Şərq, o cümlədən İran, Cənubi Azərbaycan və kürd xalqlarının milli azadlıq hərəkatından, imperializmin müstəmləkəçilik siyasətinə qarşı mübarizəsindən bəhs edən "Diplomat" əsərinin və onun davamı olan 1974-cü ildə yazdığı "Əli silahlılar" romanının, "Qafqaz haqqında nəğmə" (1942) bədii reportajının müəllifidir.
"Diplomat" romanında Azərbaycan qəhrəmanlarının Cavad Qoçəli, Mirzə Cahansız və b. obrazlarını yaratmışdır. Müəllifin həmin romanı, bəzi hekayələri Azərbaycan dilinə tərcümə edilmişdir.
Oldric dəfələrlə SSRİ-də, o cümlədən Azərbaycanda olmuşdur. O,1953-cü ildə Ümumdünya Sülh Şurasının Qızıl medalını almışdır. 1973-cü ildə isə "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı adına layiq görülmüşdür.
Yaradıcılığı
Əsərləri Şərəf məsələsi (1942); Dəniz qartalı (1944) John Llewellyn Rhys Mükafatına layiq görülüb 1945; Diplomat (romanda 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub) (1949 Bodley Head); Ovçu (1950); Sonuncu düym (1958); Son sürgün (1961); Torpaqda bir əsir (1962); Misirdə yaşamaq, Paul Strand ilə (1969); Əlvida Amerika (1979); Qırılan Yəhər (1982); Lilli Stubeckin gerçək hekayəsi (1984); Spit Macphee'nin gerçək hekayəsi (1986); Lola Mackellar'ın gerçək hekayəsi (1992); Dənizdən olan qız (2002); Kitty St Clairin qanadları (2006).
Filmoqrafiya Sonuncu qarış (film, 1958) /
Həmçinin bax Diplomat (roman)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Britaniya yazıçıları Kateqoriya:Avstraliya yazıçıları Kateqoriya:Avstraliya jurnalistləri Kateqoriya:2015-ci ildə vəfat edənlər Kateqoriya:"Lenin" mükafatı laureatları Kateqoriya:1918-ci ildə doğulanlar Kateqoriya:Britaniya jurnalistləri Kateqoriya:İngilis yazıçılar Kateqoriya:XX əsr Britaniya yazıçıları Kateqoriya:Britaniya sosialistləri