Vikinqlər () — Maykl Hörst tərəfindən «History Channel» üçün yaradılan tarixi dram serialı. İrlandiya Respublikası ərazisində çəkilən teleserialın premyerası 3 mart 2013-cü ildə Kanadada keçirilmişdir.

Serial əfsanəvi Raqnar Lodbrok və onun ailəsinin, övladlarının həyatından, qədim dövrdəki vikinqlərin həyat tərzindən bəhs edir. Raqnar, qorxmaz bir döyüşçü olmaqla yanaşı, tanrılarla bağlı olan Skandinaviya adət-ənənələrini təcəssüm etdirir. O, adi bir kəndçidən yarllığa yüksəlir və İngiltərəyə uğurlu basqınlar təşkil edir. Raqnar yoldaşlarının və ailəsinin dəstəyi ilə Skandinaviya kralı olur. Raqnarın ölümündən sonrakı mövsümlər onun övladlarının həyatları barədədir. Onların hekayələri İngiltərədə, Skandinaviyada və Aralıq dənizində cərəyan edir. Serial 793-cü ildə vikinqlər dövrünün başlanğıcı ilə başlayır.

17 mart 2016-cı il tarixində History Channel Vikinqlərin 20 epizodluq beşinci mövsümunun 29 fevral 2017-ci ildə nümayiş etdiriləcəyini açıqlamışdır. Daha sonra beşinci sezon nümayiş olunub. 12 sentyabr 2017-ci ildə serialın 20 epizodluq altıncı mövsümünün hazırlandığı açıqlanmışdır.

Süjet

Serial əfsanəvi Raqnar Lodbrok, həyat yoldaşları Lagerta, Kraka Aslauq Siqurdsdatter, oğulları Byörn, Halfdan Hvitserk, Siqurd Raqnarsson, Ubbe Raqnarsson və Sümüksüz İvarın həyatından; qədim dövrlərdəki vikinqlərin həyat tərzindən bəhs edir. Serialın hazırlanmasında Əhməd ibn Fədlanın əsərlərindən, Raqnarın övladları saqası (Ragnarssona þáttr), tarixçi Sakson Qrammatikin «Danların əməlləri» əsərindən, anqlo-sakson salnamələrindən istifadə olunmuşdur.

Mövsümlər MövsümSeriya sayıYayımlanma tarixi193 mart - 28 aprel 201321027 fevral - 1 may 201431019 fevral 2015 - 23 aprel 201542018 fevral 2016 - 1 fevral 201752029 noyabr 2017 - 30 yanvar 20196204 dekabr 2019 - 30 dekabr 2020

Rollarda Travis Fimmel - Raqnar Lodbrok rolunda. Ketrin Vinnik - Lagerta rolunda. Klayv Stenden - Rollo rolunda. Cessalin Gilsig - Siggi rolunda (qraf Haraldssonun həyat yoldaşı). Qustav Skarsqord - Floki rolunda. Corc Blaqden - anqlo-sakson keşiş Atelstan rolunda. Aleksandr Lüdviq və Natan O'Tol - Byörn rolunda. Qabriel Birn - Qraf Haraldsson. Donal Loq - Danimarka kralı I Horik Laynas Rouç - Kral Egbert rolunda. Beynəlxalq yayım

7 Mart 2013 tarixində Vikinqlər, ABŞda və Kanadada History kanalında yayımlanmağa başlamışdır. Vikinqlər, İngiltərədə təkcə Amazon.comda mövcuddur.

Ölkə Kanal Yayımlandığı tarix SBS One 8 avqust 2013 History 3 mart 2013 DR3 dekabr 2013 Canal+ 10 iyun 2013 History TV18 31 mart 2014 RTÉ Two 26 yanvar 2014 LoveFilm 24 may 2013Dalğa TV 6 yanvar 2018

Qeydlər

İstinadlar

Xarici keçidlər

– «History Canada» saytında.

Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:Dram teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Tarixi teleseriallar Kateqoriya:Skandinav mifologiyasına əsaslanan filmlər Kateqoriya:MGM Television teleserialları