Nəsib Cəfər oğlu Quliyev () — Tibb elmləri doktoru, professor. K. Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun sabiq direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti.
Həyatı Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub. 1965-ci ildə kənd 8 illik məktəbini, 1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, əvvəlcə həkim-ordinator, kiçik elmi işçi vəzifəsində işləmişdir.1977-ci ildə aspiranturaya daxil olaraq 1981-ci ildə Moskvada namizədlik və 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1992-ci ildən professor və ATU Uşaq Xəstəlikləri kafedrasının müdiri seçilib. 1994-cü ildən hal-hazıra qədər Səhiyyə Nazirliyi K. Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsində işləyir. Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. 2007-ci ildə Türk Dünyası Pediatriya Birliyinin prezidenti seçilib.
Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 5 nəfər elmlər namizədi və 1 nəfər elmlər doktoru müdafiə etmişdir.
Ailəlidir, 3 övladı var.
Ölümü 24 aprel 2024-cü ildə Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə intihar edib. Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.
İstinadlar
Xarici keçidlər Professor Nəsib Quliyev Mərkəzi Asiya ölkələri Neonatoloqlar Şurasının baş katibi seçilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssisləri
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Göyçədə doğulanlar