"Odlu cəng arabaları" () — rejissor Hyu Hadson tərəfindən 1981-ci ildə çəkilmiş Britaniya tarixi dramı. Bu film Parisdə keçirilmiş 1924 Yay Olimpiya Oyunlarında iştirak etmiş iki idmançının: tanrı yolunda çalışan dindar şotland sprinteri Erik Liddel, digəri isə İngiltərə yəhudisi Harold Abrahams haqqındadır. Bu film Kann kinofestivalında (1981) 2 mükafat, 4 nominasiyada Oskar mükafatı (Ən yaxşı film, 1982), 3 BAFTA mükafatı (1982) və digər mükafatlar qazanmışdır. Film, həmçinin məşhur yunan bəstəkarı Vangelisin sonradan dünya hit-paradında birinci yerləri bölüşəcək instrumental musiqisi ilə də yaddaşlarda qalmışdır.
Filmin başlığı ingilis şairi Uilyam Bleykin "Yerusəlim" himnindəki "Mənə odlu cəng arabalarını gətirin" sətrindən ilhamlanaraq verilmişdir.Dans, Peter E. Christians in the Movies: A Century of Saints and Sinners. Rowman & Littlefield, 2009. p. 223. Həmin himni filmin sonlarında eşidə bilərik. Həqiqətdə isə "odlu cəng arabaları" ifadəsi İncilin Çarlıqların dördüncü kitabından (2:11 və 6:17) götürülmüşdür.
Süjeti
1919-cu ildə Kembric Universitetinə daxil olan Harold Abrahams (Ben Kross) oxuduğu təhsil müəssisəsində antisemitizmlə qarşılaşsa da, lakin Qilbert və Sallivan klubunda iştirak etməkdən zövq alırdı. O, Kembricdə Triniti Böyük Kortunu saat əqrəbinin düz 12:00-u vurması ilə qaçaraq finişi vaxtında keçən yeganə şəxsə çevrilir. Abrahams məğlubedilməz qələbələr seriyasını bir sıra milli qaçış yarışlarında davam etdirir. Qaçışa köklənməsinə baxmayaraq, o, Qilbert və Sallivan klubunda Sibil adlı qıza aşiq olur.
Erik Liddel isə Çində şotland missionerləri ailəsində dünyaya göz açsa da Şotlandiyada yaşayırdı. Onun mömin bacısı Cenniyə Erikin rəqabətli qaçış yarışlarında iştirak planları xoş gəlmirdi. Lakin Erik Çinə missioner kimi yollanmazdan əvvəl qaçışı Tanrı yolunda çalışmaq kimi qəbul edirdi. Erik Liddel v ə Abrahams ilk dəfə qaçış yarışlarında iştirak edəndə bir-birlərinə qarşı yarışırlar. Abrahams məğlubiyyətə görə məyus olur. Bunu görən vaxtilə onu çalışdıran peşəkar məşqçi Sem Massabini ona texnikasını yaxşılatmaqda kömək etməsini təklif edir. Bu Kembric kolleci masterlərinin tənqidinə səbəb olur. Onlar bildirirlər ki, peşəkar məşqçidən istifadə eləmək centlemenliyə yaraşan deyildir. Abrahamsın bu əndişəni rədd etməsi ilə o antisemit və sinfi mənfi rəylərin təfsirinə çevrilir.
Erik Liddel bir dəfə qaçışla bağlı yarış səbəbindən təsadüfən kilsə ibadətini gedə bilmir. Buna görə bacısı Cenni onu qınayır və Tanrını artıq unutması ilə ittiham eləyir. Erik isə ona sonunda Çinə missioner kimi qayıdacağını bildiyini xatırladır və qaçarkən özünü Tanrı tərəfindən ilhamlanmış insan kimi hiss etdiyini bildirir. Qaçışı buraxmasını Tanrı qarşısında vicdansızlıq kimi dəyərləndirdiyini bildirir. O, həmçinin bacısına bu sözləri söyləyir: "Mən Tanrının məni hansı məqsəd üçün yaratdığını bilirəm. Lakin eyni zamanda o, məni sürətli yaradıb. Mən qaçanda Tanrının zövq almasını hiss eləyirəm".
Bu iki idmançı bir neçə illər ərzində olan yarışlar və hazırlıqlardan sonra Böyük Britaniyanı 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında təmsil etməli olurlar. Həmin heyət tərkibinə Abrahams Kembricdəki dostları lord Endrü Lindsey, Obri Monteq və Henri Stallard da var idi. Onların gəldiyi gəmi Parisə yaxınlaşdıqda Liddel xəbərlərdən öyrənir ki, onun iştirak edəcəyi 100 metr məsafə üzrə qaçış yarışları bazar günü olacaqdır. O, Uels şahzadəsi və Britaniya Olimpiya komitəsi tərəfdən olan təzyiqlərə baxmayaraq, yarışda iştirakdan imtina edir. Buna səbəb onun xristian inanclarının Şabat günü bunu etməyi qadağan etməsi idi. Ümid ancaq Liddelin komanda yoldaşı olan və 400 metrlik maneələrlə qaçışda gümüş medal qazanmış Lindseyə qalırdı. Lindsey Çərşənbə axşamı baş tutacaq 400 metrlik yarışda onun yerinə Liddelin iştirak etməsini təklif edir. Liddel isə bununla razılaşır. Onun dini inanclarının milli qürurun qarşısını kəsməsi dünya başlıqlarında yer almağa başlayır. Liddel Parisdə yerləşən şotland kilsəsində həmin bazar günü öz ibadətini eləyir və ibadətini bu sözlərlə bitirir:
Abrahams 200 metrlik məsafə üzrə qaçışda ABŞ idmançılarına məğlub olur. O, 100 metrlik məsafənin onun medal qazanması üçün sonuncu şans olduğunu anlayır. O bu məsafədə yarışır və qalib gəlir. Onun məşqçisi Sem Mussabini uzun illər ərzində çalışqanlığın qızıl medalla nəticələndiyi bildirir. İndi Abrahams öz həyatını qura və onun qaçmasına etinasız yanaşan sevgilisi Sibilla ilə münasibətləri yenidən bərpa edə bilərdi. Yarışlara qədər amerikalı məşqçi öz idmançılarına Liddelin 400 metrlik məsafə üzrə qaçışda daha az şansının olmasını qeyd edir. Lakin amerikalı sprinterlərdən Cekson Şolz adlı birisi Liddelə dəstək olmasını bildirir. Liddel favorit sayılan amerikalı sprinterləri məğlub edərək qızıl medala sahib olur.
Britaniya yığması evə zəfərlə qayıdır. Film bitəndən sonra, ekranda Abrahamsın Sibillə evlənməsi, Britaniya yüngül atletika Federasiyasında dövlət xadimi kimi çalışması haqda yazılar peyda olur. Liddel isə Çinə missionerliyə yollanır. 1945-ci ildə yaponlar tərəfindən işğal olunmuş Çində onun ölümünü bütün Şotlandiya matəm içərisində qeyd etmişdir.
Rollarda Rollarda Ad Rol Qeyd Ben Kross Harold Abrahams İen Çarlson Erik Liddel Naycel Hevers lord Endrü Lindsey Nikolas Farrel Obri Montekki Elis Kriqe Sibil Qordon İem Holm Sem Mussabini Bred Devis amerikalı sprinter Cekson Şolç Denis Kristofer amerikalı sprinter Çarli Peddok
Tarixi dəqiqliyi Xarakterlər 200px|thumbnail|right|Abrahams (soldakı) və Lindsey (sağdakı) Triniti Böyük Kortunda
Filmdə Abrahamsın digər 3 Olimpiya idmançısı: Henri Stallard, Obri Montekki və Endru Lindseylə Kembricə birlikdə gəlməsi təsvir olunmuşdur. Abrahams və Stallard həqiqətən də tələbə olmuş və 1924-cü ildə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmişlər. Olimpiya oyunlarının mükafatçısı olan Montekki isə Kembricin yox, Oksford Universitetinin məzunu olmuşdur.Aubrey Montague biography at SportsReference.com Obri Montekki Oksfordda və Olimpiya Oyunlarda olduğu zaman hər həftə anasına məktub göndərirmiş. Film həmin məktublar əsasında çəkilmişdir.
Lindsey obrazı Britaniya yüngül atletikasında çox vacib rol oynamış Lord Börliyə istinadən yaradılmışdır. Börlinin Kembricdə oxumasına baxmayaraq, o Abrahamsla eyni vaxtda təhsil almamışdır. Belə ki, Abrahams 1919-1923-cü illərdə, lord Börli isə 1923-1927-ci illərdə Kembricdə təhsil almışdır. 1924-cü il Olimpiya Oyunlarında qızıl medal sahibi olmuş Lou Duqlasın filmdə iştirak etməkdən imtina etməsi uydurulmuş Lendsi obrazının yaranmasına səbəb olmuşdur.Chapman, pp. 275, 295. Filmin bir başqa səhnəsində Kembricdəki gündüz saat 12:00-da bitən Triniti Böyük Kort qaçış yarışı işıqlandırılmışdır. Burada Abrahamsın tarixdə ilk dəfə bir ilkə imza atması göstərilir. Əslində isə Abrahams heç vaxt bu yarış üçün cəhd göstərməmişdir. Bu göstəriciyə 1927-ci ildə təkcə lord Börli nail olmuşdur. Filmdə isə lord Börliyə əsaslanaraq yaradılan Lindsey obrazının isə bu qaçışda Abrahamsı stimullaşdırması və ondan 1 dəqiqə gec finiş xəttini keçməsi göstərilmişdir.
Abrahamsın gəlininin D'Oyly Carte opera truppasında oxuyan soprano Sibil Qordon adlı birisinin olması yalnışdır. Əslində, Abrahams 1936-cı ildə D'Oyly Carte opera truppasında oxuyan soprano Sibil Everslə evlənmişdir. 1934-cü ilə qədər isə onlar heç vaxt bir-birilərilə rastlaşmamışlar.Ryan (2012), p. 188. Filmdə Sibilin Qilbert və Sallivanın birgə müəllifi olduğu "Mikado" komik operasında Yum-Yum rolunu oynaması göstərilmişdir. Lakin nə Sibil Qordon, nə də Sibil Evers bu rolu oynamışdır. Sibil Evers yalnız Peep-Bonu oxuması ilə yaddaşlarda qalmışdır. Harold Abrahamsın Qilbert və Sallivana vurğunluğu filmdə olduğu kimi həqiqətdir.Stone, David. Sybil Gordon at the Who Was Who in the D'Oyly Carte Opera Company website, 11 July 2002. Retrieved 8 November 2009Stone, David. Sybil Evers at the Who Was Who in the D'Oyly Carte Opera Company website, 28 January 2002. Retrieved 8 November 2009 although Evers was known for her charm in singing Peep-Bo, one of the two other "little maids from school". Harold Abrahams' love of and heavy involvement with Gilbert and Sallivan, as depicted in the film, is factual.Hugh Hudson's commentary to the 2005 Chariots of Fire DVD
Liddelin bacısı isə filmdə göstərildiyindən bir neçə yaş cavan olmuşdur. Onun Eriki qınaması yalnışdır, çünki o, daima öz qardaşını idman karyerasında dəstəkləmişdir. Cenni Liddel filmin çəkilişində əməkdaşlıq etmiş və Erikin Parisdə şotland kilsəsində ibadəti zamanı qısa kameoda göstərilmişdir.Ramsey, Russell W. A Lady – A Peacemaker . Boston: Branden Publishing Company, 1988.
1924-cü il Olimpiya Oyunları
Filmdə 1924cü il Olimpiya Oyunlarında baş vermiş bir sıra sərbəstliklər işıqlandırılmışdır. Onlardan biri Liddelin bazar günü qaçmaqdan imtina etməsi idi. O, Parisə yollanacaq gəmiyə minəndə 100 metr məsafə üzrə yarışların Şabat günündə baş tutacağını əvvəldən bilmirdi. Əslində isə yarışların keçirilmə vaxt qrafiki bir neçə ay əvvəl ictimaiyyətə açıqlanmışdır.Murray, Feg. "DID YOU KNOW THAT ..." . Los Angeles Times. 24 June 1924. Full headline reads, "Did You Know That Famous Scotch Sprinter Will Not Run In The Olympic 100 Metres Because The Trials Are Run On Sunday". Liddelə Uels şahzadəsi, Britaniya Olimpiya komitəsi tərəfindən edilən təzyiqlərə baxmayaraq, onun bu məsafə üzrə qaçışlarda iştirak etməkdən imtina etməsi bütün dünya başlıqlarında işıqlandırılmışdır. Buna baxmayaraq, Parisə çatmayana qədər yarışların vaxtının dəyişdirilməsinə icazə vardı. Liddel həmin ayları 400 metr məsafəni öyrənməklə keçirmişdir. Onun 400 m məsafədə qalib olması həqiqətən də gözlənilməz olmuşdur.
Filmdə Lindseyin 400 m maneələrlə qaçışda medal qazanması və 400 m-lik növbəti qaçışda öz yerini Liddelə verməsi göstərilmişdir. Əslində isə Lindsey obrazının prototipi olmuş lord Börli 110 m-lik maneələrlə qaçışdan uzaqlaşdırılmış (O, 1928-ci ildə Amsterdamda keçirilən Olimpiya Oyunlarında 400 m məsafədə qalib olmuşdur) və adı 400 m məsafədə yarışan idmançılar siyahısına salınmamışdır.
Filmdə Abrahamsın 100 və ardınca 200 m-lik məsafədə Olimpiya Oyunlarında iştirakı göstərilir. Əslində Abrahams 100 m məsafə üzrə qaçışlarda qalib olsa da, 200 m məsafə qaçışda sonuncu olmuşdur. Həmin məsafədə isə Cekson Şolç qalib olmuşdur. Filmdə isə birinci olaraq, Abrahamsın 200 m-lik məsafədə uduzması, məşqçisi Sem Mussabininin onu danlaması və sonra 100 m məsafə üzrə qalib olması göstərilmişdir.
Erik Liddel həqiqətdə 200 m məsafə üzrə qaçışda yarışmış, Paddok və Şolzdan sonra üçüncü yeri tutmuşdur. Bu Abrahams və Liddelin eyni məsafədə yarışdıqları yeganə yarış olmuşdur. Filmdə onların İngiltərə Həvəskar Atletika Assosiasiyasının 1923-cü ildə təşkil etdiyi yarışda Liddelin Abrahamsı stimullaşdırmaq üçün saxta qələbəsi göstərilmişdir.
Abrahams həmçinin estafet komanda tərkibində 4 x 100 açılış qaçısında gümüş medal qazanmışdır. Lakin bu filmdə göstərilməmişdir. Obri Montekki isə filmdə də göstərildiyi kimi 6-cı yeri tutmuşdur.
Olimpiadada şəxs qeyri-dəqiqlikləri
Filmdə 100 m məsafə üzrə qaçışda bürünc mükafatçı "Tom Uotson" adlı bir obrazdır. Real medalçı isə Yeni Zenlandiyadan olan Artur Porrit olmuşdur. O, sadəcə filmdə adının çəkilməməsini bildirmişdir. Onun istəyi filmin prodüserləri tərəfindən qəbul edilmişdir. Uotson obrazının Yeni Zenlandiya milli yığma komanda tərkibinə Oksford Universitetindən seçilməsi Porritin həyatında olduğu kimidir. Porritdən savayı, 100 m məsafə üzrə yarışacaq idmançıların şəxsiyyəti Uels şahzadəsi tərəfindən yoxlanılarkən hamının şəxsiyyəti düz çıxmışdır.
Filmdə Cekson Şolzun Liddelə 400 m məsafə üzrə final qaçışından əvvəl Bibliyadan onu ilhamlandıran sözlər olan zərf verməsi göstərilmişdir. Həmin zərfin içərisində yazılmışdır: "Yaxşı kitabda da deyildiyi kimi, kim məni qiymətləndirirsə, mən onu qiymətləndirəcəm. Uğurlar".The quoted passage is First Samuel 2:30.