Reynaldo Qarqano (; ) — Uruqvay Şərq Respublikasının xarici işlər naziri (2005-2008).
Həyatı 26 iyul 1934-cü ildə Paysandu şəhərində anadan olmuşdur.Uruqvay Şərq Respublikasının Xarici İşlər Naziri Reynaldo Qarqano. mfa.gov.az
Siyasi fəaliyyəti 1956-cı ildə Uruqvay Sosialist Partiyasına daxil olmuşdur.
1964-1974-cü illərdə həmin partiyanın həftəlik dərgisi olan "El Sol"un baş redaktoru, 1970-1973-cü illərdə isə "El Oriental" qəzetinin baş redaktoru olmuşdur.
1974-1984-cü illərdə Latın Amerikası ölkələrində və İspaniyada mühacirətdə olmuş, bu müddətdə İspaniya Sosialist Fəhlə Partiyası ilə yaxından əməkdaşlıq etmişdir.
1984-cü ildən Uruqvay Senatının üzvü, 2001-ci ildən Uruqvay Sosialist Partiyasının sədri idi.
2005-ci il martın 1-də Uruqvay Şərq Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur. 3 mart 2008-ci ilədək bu vəzifədə olmuşdur.
Vəfatı Səhhətində yaranmış problemlər nəticəsində 5 fevral 2013-cü ildə Montevideo vəfat etmişdir. Parque del Recuerdo qəbiristanlığında dəfn edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Uruqvayda doğulanlar Kateqoriya:Uruqvay siyasətçiləri Kateqoriya:Montevideoda vəfat edənlər Kateqoriya:Uruqvay xarici işlər nazirləri Kateqoriya:XXI əsr siyasətçiləri