Katarjina Skovronska ( tam adı Katarzyna Ewa Skowrońska-Dolata ) (d. 30 iyun 1983 - Varşava, Polşa) — Polyak voleybolçusu.
Karyerası
Onda voleybola maraq yeniyetmə olarkən, böyük qardaşının oyununu izləyərkən yaranmağa başlayıb. Karyerasına hücumçu kimi yerli klublardan olan Skra Varşavada başlayıb. 15 yaşı olanda Polşa Voleybol Federasiyasının İdman məktəbinə getməyə başlayıb və burda mövqeyini dəyişərək blokçu olaraq oynayıb. Onun ilk uğuru bu məktəbin tələbəsi olarkən 1999-cu ildə Cadet Avropa Çempionluğu və bir il ardından Yeniyetmələr arasında Avropa Çempionluğunu yaşaması olub. Millidə debüt etdiyi 2003-cü ildə Ankarada keçirilən Avropa Çempionatında finalda Türkiyə millisini məğlub edərək qitə çempionluğunu bayram edib. Yavaş-yavaş ulduzu parlamağa başlayan Kasya 2 il sonra yenidən Zaqrebdə keçirilən analoji yarışın birincisi olub. Bundan sonra 5 il İtaliyada müxtəlif üç klubda forma geyib. Bu illər ərzində 2007/08 mövsümündə Asistel Novara ilə Çempionlar Liqasının bürüncünü, Skavalini Pezaro komandası ilə isə İtaliya Superkuboku və İtaliya Çempionluğunu qeyd edib. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etsə də, Polşa millisi qrup mərhələsini adlaya bilməyib. 2010-cu ildə Türkiyənin Fənərbağça Acıbadem komandası ilə Çempionlar Liqası 3-cülüyü və Klublararası Dünya Çempionu adını qazanıb. 2011-13-cü illərdə Çin nəhəngi Quanqdonq Everqrande komandasında 2 il oynayıb. Burda Çin Çempionu adını və Asiya Klub Çempionatının qızıl medalını qazanıb. 2013-cü ildən Azərbaycanda Rabitə Bakı klubunda oynayır. Bir dəfə Azərbaycan Superliqasının qalibi və 2013/14 CEV Çempionlar Liqasının bürünc mükafatını qazanıb. 2006-cı ildən Yakub Dolata ilə evlidir.
Xüsusiyyətləri
Boy: 189 sm Çəki: 75 kq Mövqe: Hücumçu Blok yüksəkliyi: 302 sm Hücum yüksəkliyi: 317 sm Nömrə: 17
Oynadığı klublar
Tarix Ölkə Klub 1995-1998 Skra Warszawa 1998-2001 SMS PZPS Sosnowiec 2001-2003 AZS AWF Danter Poznań 2003-2005 Nafta-Gaz Piła 2005-2006 Vicenza Volley 2006-2008 Asystel Novara 2008-2010 Scavolini Pesaro 2010-2011 Fenerbahçe Acıbadem İstanbul 2011-2013 Guangdong Evergrande 2013-2015 Rabitə Bakı
Şəxsi nailiyyətləri
"Ən məhsuldar oyunçu", 2007, FIVB Dünya Kuboku "Ən məhsuldar oyunçu", 2008, CEV Çempionlar Liqası "Ən məhsuldar oyunçu", 2010, FIVB Klublararası Dünya Çempionatı "Ən dəyərli oyunçu", 2010, FIVB Klublararası Dünya Çempionatı "Ən məhsuldar oyunçu", 2012, Çin Çempionatı "Ən məhsuldar oyunçu", 2013, Çin Çempionatı "Ən məhsuldar oyunçu", 2014, Azərbaycan Çempionatı Kateqoriya:Fənərbaxça QVK voleybolçuları Kateqoriya:2015 Avropa Oyunlarında voleybolçular Kateqoriya:Rabitə Bakı VK voleybolçuları