Müjdat Gəzən () — Türkiyə kino və televiziya aktyoru, şair. 2007-ci ilin noyabr ayından bəri UNICEF Türkiyə Yaxşı Niyyət Səfiridir.
Həyatı
Uşaqlıq illəri Müjdat Gəzən 29 oktyabr 1943-cü ildə İstanbul şəhərində anadan olub. Sənət həyatına uşaqlıq illərində başlayan Gəzən ilk dəfə 1953-cü ildə Hırka-i Şərif İbtidai Məktəbində səhnəyə çıxaraq ilk pyesində rol aldı. Həmin il Doğan Qardaş uşaq jurnalında şeirləri dərc olundu. Elə bu illərdə İstanbul Radiosunun Uşaq Klubunda mikrofonla tanış oldu. 1956–1957-ci illərdə müxtəlif həvəskar teatr kollektivlərində çıxış etdi və 1960-cı ildə İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarında peşəkar fəaliyyətə başladı. Həmin il Vefa Liseyini bitirdi. 1961-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Bölməsinə daxil oldu. 1962-ci ildə isə ilk filmini çəkdi.
Karyerası Gəzən 1963-cü ildə ilk özəl teatr fəaliyyətini həyata keçirdi. Münir Özqul və Muammer Karaca Teatrlarına daxil oldu. 1963–1964-cü illərdə sənət jurnallarında şeirləri dərc edildi. 1964–1966-cı illər arasında hərbi xidmət keçdi və bu dövrdə pyes yazmaq üzrə ilk cəhdlərini etdi. 1966-cı ildə Ulvi Uraz Teatrına qatıldı. 1967-ci ildə dostları ilə birlikdə Xalq Oyuncuları teatr kollektivini yaratdı. 1968-ci ildə ilk dəfə özəl teatrını açdı və həmin mövsüm İstanbul Teatrında da çalışdı. 1970-ci ildə səhnə fəaliyyəti ilə yanaşı kino və televiziya sahələrində də çalışdı. Qəzet və jurnallarda yazılarla çıxış etdi. 1975-ci ildə ilk kitabı nəşr olundu. 1999-cu ilədək 28 kitabı çap edilmişdir. Bundan əlavə, ibtidai siniflər üçün Türk dili dərsliklərində də yazıları yer almışdır.[mənbə göstərilməlidir] 1982-ci ildə bir nəşriyyat yaratdı. Elə həmin il yazıçı dostu Kandemir Konduk ilə birlikdə Güldürü Üretim Merkezini qurdu və böyük qəzetlərdə yumor səhifəsinə rəhbərlik etdi. 1982-ci ildən öz məktəbi olan MSM-ni açanadək İstanbul Bələdiyyə Konservatoriyasında, daha sonra isə İstanbul Universiteti Dövlət Konservatoriyasında Türk Teatrı müəllimi kimi fəaliyyət göstərdi. 1983-cü ildə Çizgilərlə Nazım Hikmet adlı kitabına görə kitabın karikaturaçısı Savaş Dinçel ilə birlikdə həbs edilərək Sağmalcılar Həbsxanasına göndərildi . 1991-ci ildə MSM-ni təsis etdi. 1992-ci ildə MSM Meşəsini yaratdı. 1995-ci ildə Hamlet Efendi adlı pyesi mükafata layiq görüldü və Dövlət Teatrlarında səhnələşdirildi. 1996–1998-ci illərdə Cumhuriyet qəzetində yazılar yazdı. 1997-ci ildə Dövlət Teatrlarında tamaşa quruluşu verdi. Həmin il Babam adlı pyesi ilə mükafat aldı. 1998-ci ildə ilk dəfə öz adını daşıyan teatrını qurdu. Təxminən yüz filmə, əlli pyesə və minindən artıq radio və televiziya skeçinə çəkildi; bunların bir qismini yazdı və rejissorluğunu etdi. Sənətçi 15 yanvar 2023-cü ildə CRR Konsert Salonunda çoxsaylı sənət və siyasət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə sənət fəaliyyətinin 70 illiyini qeyd etdi. Gezen həmin tədbirdə səhnə fəaliyyətinə vida etdiyini açıqladı.
Müjdat Gəzən həmçinin şairdir. O, "Şiirim Geldi Bırakın Beni" adlı, 74 şeirdən ibarət bir alboma sahibdir. Albomda özünün yanında Savaş Dincəl, Mustafa Alabora, Perran Qutman, Əli Poyrazoğlu, Rutkay Əziz, Sunay Akın kimi sənətçilər də iştirak etmişdir.
Müjdat Gəzən bu günlərdə 70 il davam edən səhnə fəaliyyətinə vida etmişdir . O, Cümhuriyyət qəzetində "Köşe Atışı" adlı bölmədə yazılar yazır.
Teatr oyunları xxxx: Axmaq: Müjdat Gəzən — Müjdat Gəzən Teatrı 1977: Kloun: Müjdat Gəzən — İstanbul Şəhər Teatrı 1978: Vətən və ya Məmləkət: Sadıq Şəndil\Müzəffər İzgü\Umur Buqay — Müjdat Gəzən Teatrı 1987: Artist Məktəbi: Müjdat Gəzən\Qandəmir Qonduq — Şan Teatrı 1996: Hamlet Əfəndi: Müjdat Gəzən — Bursa Dövlət Teatrı 1996: Dəli Ərin Hiyləgər Arvadı: Haldun Taner — Trabzan Dövlət Teatrı 1998: Hababam Sinfi: Rüfət İlqaz — Yayla Sənət Mərkəzi 1999: Yeddi Həyat Yoldaşlı Hürmüz: Sadıq Şəndil — Yayla Sənət Mərkəzi 2006: Hamlet: Vilyam Şekspir — Müjdat Gəzən Teatrı 2007: Sinif Bunadı: Müjdat Gəzən — Müjdat Gəzən Teatrı 2010: Mustafam Kamalım: Tuncər Cücənoğlu — Müjdat Gəzən Teatrı 2012: 1881: Müjdat Gəzən — Müjdat Gəzən Teatrı 2023: QırQıriyə Müjdat Gəzən — Səhnə Tozu Teatrı
Filmoqrafiya Kino İlİstehsalRolQeydlər1963Yeddi əri olan Hürmüz1966Dənizçilər gəlir1967Zilli NəzifəAlparslan1968Yandırılacaq KitabSamiQədərDurəli QaravəliEşkiya Halil (Haydut)Faruq1968Qaranlıq Yollar — Eşqlə Sev Kinlə Vur1969Erkək FatmaArtist ƏhmədYaşamaq Haqqımdırqonaq aktyorBərduşMüjdat1970Cəfər BəyVur Patlasın Çal OynasınEşrəfpaşalıQara Gözlüm Orxan1971Sürgündən GəlirəmMistikMistikUşaq ilə KatibUşaqTək deyilikGülüm ƏliAtəş ParçasıKlounHasrətGəvəzəÇılqın Bakirələr1972Eşq səbətiYuxular Gerçək OlsaRıza/Çapraz1974Aman Nə QırqırÇətinPalavracılarToto NuriOyaq QardaşlarErkan1975Adamını tapHüsnüHababam BuraxılışBitirimeleviziya UşağıHüsnüÇəhrayı PanterMuttalip/Panter ZəkiAxmaq ÇempionMuttalip/Wang ÇuQara YəminNəcib Təkcə səsləndirilməsi1976Sürücü MəhmətSürücü MəhmətMəhəllədə Şənlik Var1978ÇarəsizMəhmət1979Gül HəsənErol1981Dəlilər KoğuşuPsikopat Qız ƏliBizim KüçəDilavərQırqıriyeDarbukacı BaryamQırQıriyədə Şənlik Var1982GörgüsüzlərMurad1983Qırqıriyədə Cümbüş VarBayram/Prens Əfruz Çatalcı1984Gülümsəyən DünyaMahmudÇalsın SazlarMahmud/Ərcan ŞənsoyBizimkilər — Of Of ƏminəBayramQırqıriyədə Böyük SeçimBayram1986KobayKobayBu Muxtar Başqa MuxtarHəlimBəkçiBəkçi MurtazaGüldürmə MəniMəhmətBəlalı QayınanaKərimQaynanam TətildəBəlalı Qayınana filminin davamı əsasındadır1987Yoldaşımın ArvadıGüvən ÖzgürQəhrəman HamamçıBütün Quşlar VəfasızFələkdən Bir GünAbbasHomotiQəzetçi Əli1992Səni Sevirəm Roza2002Papatya ilə QarabibərCümbüşçü MahmudƏbdülhəmid DüşərkənQaragöz oynayanı2006Bir Ehtimal Daha VarKənan2007Hicran KüçəsiŞadi2008Kirayəlik Otaq20097 Həyat Yoldaşlı HürmüzKadıSuluboyaSavaş Dinçəl səsləndirməsi2010Məmləkətdə Demokratiya VarBaradanSəssizlərin Səsi2014Yapışıq QardaşlarQız atası2015Diktator Adolf Hitlerin Həyatının Əsrarəngiz CəhətləriMuammer Çətindaş
Televiziya İlİstehsalRolQeydlər1989Qərib bir cinayətMithatTV filmiGüzel Bir Gün İçinBaşlayarsan? Başlayaq?1990Bir milyarda bir uşaqTV serial1992Gerçək Niyazi1993Baryam, Darbuka ÇalayanBaryam1995ƏzmiƏzmi2001OğruSırrı2003Oldu, ŞəkərimTV filmiDəlisiylə Keçən GecəHəyat bilgisiHalukTV serial, 33 seriya2004Daşı sıxsam, suyunu çıxararamTV filmiCənnət MəhəlləsiYunusTV serial2007Şöhrət məktəbi2012İbrəti AiləmMuhsin
Kitabları 1974: Eşeğin Karnındaki Elmas — Milliyet Yayınları 1975: Kuzucuk — Can Yayınları 1976: İkibuçuk Lira İçin — Cem Yayınları 1977: Çizgilerle Nâzım Hikmet — Cem Yayınları 1982: Aptal Hamdi Avustralya'da — Miyatro Yayınları 1982: Aptal Hamdi Bizi Güldürüyor — Miyatro Yayınları 1982: Aptal Hamdi Zor Durumda — Miyatro Yayınları 1982: Meddah — Miyatro Yayınları 1982: Gırgıriye — Miyatro Yayınları 1982: Müjdat Gezen'den Fıkralar — Yeni Asır Yayınları 1982: Bir Bulut Olsam — Miyatro Yayınları 1982: Ustalarım — Miyatro Yayınları 1982: Uçurtma — Miyatro Yayınları 1982: Evde Karagöz — Miyatro Yayınları 1986: Komikler Ağlamaz — Bilgi Yayınları 1987: Acayip Şiirler Antikalojisi — Cem Yayınları 1997: Bisiklet Geldi Pompa Yok — Milliyet Yayınları 1999: Sak Üstünde Damdağan — Can Yayınları 2000: Ç. Arkadaşım Aziz Nesin — Milliyet Yayınları 2000: Türk Tiyatrosu Kitabı — Msm Yayınları 2001: Salak Oğlum — Mitos Boyut Yayınları 2001: Yuvarlak — ("Sandor Amalyel" takma adıyla) — Milliyet 2001: Oyuncunun El Kitabı — Msm Yayınları 2001: Şiirim Geldi, Bırakın Beni — Bu Yayınları 2002: Hamlet Efendi — Mitos Boyut Yayınları 2002: İstanbul Müzikali — Mitos Boyut Yayınları 2002: Babam — Mitos Boyut Yayınları 2002: Hamlet (Sadeleştirme) — 2002 Msm Yayınları 2002: Oyunculuk Eğitimi — Bu Yayınları 2003: Çocuk Adam — Bilgi Karınca Yayınları 2003: Adalet Pantolonun Kemeridir — Msm Yayınları 2003: Galiba Ben Sanatçıyım — Can Yayınları 2003: Artiz Mektebi – (Kandemir Konduk ile) — Mitos Boyut Yayınları 2004: Meşhur Yeni Kapı Cinayeti — Remzi Kitabevi 2004: Beyoğlu Beyoğlu – (Kandemir Konduk ve Güm ekibiyle) — Msm Yayınları 2006: Ağlama Palyaço Makyajın Bozulur — (Halit Kıvanç ile) — Kültür Yayınları 2007: Oyunculuğun Felsefesi — Msm Yayınları 2008: Sınıf Bunadı — Msm Yayınları 2008: Kamp (Oyun) — Msm Yayınları 2009: Yapabilirsin — Msm Yayınları 2010: İnsan Neden Oyuncu Olmak İster? — Msm Yayınları 2010: Arkadaşım Maske — Nesin Yayınları 2010: Büyüyünce Ne Olucan? — Msm Yayınları 2010: Fıkracı — Msm Yayınları 2012: Aptal — Msm Yayınları 2012: 1881 — Msm Yayınları 2013: Olmasaydı — Msm Yayınları 2013: Sultan 1. Şaban — Msm Yayınları xxxx: Ben Çocukken 2021: Çocukluğumu Bindirdim Tramvaya O Gitti Ben Kaldım Yaya — Kırmızı Kedi Yayınları
Şəxsi həyatı İki dəfə evlənmiş Müjdat Gəzənin 1970-ci ildə ilk evliliyindən Elif Gəzən adlı bir qızı dünyaya gəlib. O, Seha Okuşun xalasıdır
Mükafatları 2006: 1-ci Kamal Sunal Mədəniyyət və İncəsənət Mükafatı — Təhsilə Töhfə Mükafatı 2008: 3-cü Kamal Sunal Mədəniyyət və İncəsənət Mükafatı — Ən Yaxşı İncəsənət Müəllimi 2009: 4-cü Kamal Sunal Mədəniyyət və İncəsənət Mükafatı — Ən Yaxşı Teatr Rejissoru 2010: 5-ci Kamal Sunal Mədəniyyət və İncəsənət Mükafatı — 50-ci İl Xüsusi Mükafatı 2011: 15-ci Afifə Teatr Mükafatları — Möhsün Ərtoğrul Xüsusi Mükafatı 2011: Uludağ Üniversiteti 8-ci Media Mukafatı — Teatr Şərəf Mükafatı 2017: 1-ci Üstün Akmən Teatr Mükafatları — Əmək mükafatı 2018: Teatr Tənqidçiləri Birliyi Mükafatları — Şərəf Mükafatı 2021: ADD İlin Atatürkçüsü Mükafatı (mədəniyyət və incəsənət sahəsində) 2022: 29-cu Adana Altın Koza Film Festivali — Ömürlük Şərəf Mükafatı
Həmçinin bax Müjdat Gəzən İncəsənət Mərkəzi Konservatoriyası, Teatr Bölməsi
İstinadlar
Xarici keçidlər Müjdat Gezen Sanat Merkezi Cihangir Müjdat Gezen Tiyatrosu
Müjdat Gezen
Müjdat Gezen, 1984 BBC Türkçe "Yakında Türkiye’de Her Şey Normal Ayarlarına Dönecek" Müjdat Gezen Buyrun Benim'de , 10 Aralık 2021
Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyə teatr aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları