Peterhof (, — "Pyotr həyəti", 1944-cü ildən — 1997-ci ilə kimi — Petrodvorets) — Rusiya ərazisində yerləşən şəhər. Peterhof, Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Fin körfəzinin cənub sahilində yerləşir. Sankt-Peterburqun qərbində, dəmir yolu ilə 29 km məsafədə yerləşən böyük və əhəmiyyətli bir turizm, elm və təhsil mərkəzidir.

Şəhərdə "Yeni Peterhof", "Köhnə Peterhof" və Oktyabr DY-nun və Baltik xəttinin "Universitet" stansiyaları yerləşir. Fin körfəzinin əsas liman şəhərlərindən biridir. Əhali sayı — 73,2 min nəfərdir (2010-cu ilin siyahıyaalmasına görə).

Peterhofun əsası 1710-cu ildə, imperatorun şəhərdənkənar iqamətgahı kimi qoyulmuşdur. Şəhər statusu 1762-ci ildə verilmişdir. Şəhərdə dünya memarlığının ən məşhur abidəsi, XVIII–XIX əsrlərə aid "Peterhof" muzey-qoruq kompleksi yerləşir. 2005-ci ildən şəhər "Naukoqrad" (yəni elm mərkəzi) statusunu əldə etmişdi.

Fiziki və coğrafi xüsusiyyətlər

Relyef və geoloji quruluş Paleozoy dövründə, 300–400 milyon il öncə, bütün bu ərazilər dəniz ilə əhatə olunmuşdur. O dövrün çöküntüləri — qum, gil, lil və torf linzalı gillər qalın bir təbəqə ilə (200 metrdən artıq) qranit, gneys və diabazdan ibarət kristallik təməli əhatə edirlər. Müasir relyef qalın buz təbəqəsinin fəaliyyəti nəticəsində formalaşmışdır (sonuncu Valday buzlaşması 12 min il bundan öncə baş vermişdi). Buzlaqların çəkilməsindən sonra, Littorina dənizi formalaşmışdır. Həmin dənizin səviyyəsi, hazırkı Baltik dənizindən 7–9 metr daha yüksək idi. 4 min il öncə dəniz çəkilmiş və Fin körfəzinin sayaları (yəni nisbətən dayaz yerlər) adalara çevrilmişdir. Vadi göl-buzlaq və buzlaqdan sonrakı çöküntülərdən ibarətdir. Son 2,5 min il ərzində relyef demək olar ki, heç bir dəyişikliyə uğramamışdı.

Baltik-Ladoqa qlinti (uçurumu) Fin körfəzinin sahilindən cənub istiqamətinə pillələrlə 70–80 metr hündürlüyə qalxır və sahilyanı düzənlikdə üç terras formalaşdırır. Öz mənbəsini əhəng daşlı qlintlərdən götürən çoxsaylı kiçik çay və axınlar, həmin terrasları yararaq dənizə tökülürlər. Körfəzin sahili mailidir, burada bir neçə kiçik çimərlik də var. Aşağı terrasın eni sadəcə bir kilometrdir, üzərində yerləşən ikinci terrasdan isə onu 20 metrlik çıxıntı ayırır.

İqlim Peterhofda mülayim və rütubətli, dənizdən kəskin kontinentala keçən iqlim var. Şəhər üçün hava kütlələrinin tez-tez dəyişikliklər ilə xarakterizə olunur. Böyük nisbətdə siklon fəaliyyəti səbəbindən, şəhər üçün daha çox hava kütlələrin tez-tez dəyişikliyi xarakterizə edilir. Yayda daha çox qərb və şimal-qərb, qış aylarında isə qərb və cənub-qərb küləkləri üstünlük təşkil edir. Peterhofun iqlimi və hava temperaturu yaxınlıqda yerləşən Peterburqa demək olar ki identikdi.Даринский А. В. География Ленинграда. — Л.: Лениздат, 1982. — С. 21–29 Fin körfəzi dayaz olmasına baxmayaraq, şəhərin temperatur rejiminə bir qədər təsir göstərir. Yayda, xüsusilə də avqust-sentyabr aylarında orta temperatur Sankt-Peterburqa nisbətən bir qədər yüksəkdir (0,5–0,8°), qışda isə əksinə, nisbətən daha aşağıdır (0,5–0,6°). Həmçinin sahilyanı ərazidə güclü küləklər əsir.

Hava temperaturunun və yağıntının illik dərəcələri:

Torpaq, flora və fauna Şəhərin yaranmasından öncə, ərazi enliyarpaqlı ağac qarışıqlı iynəyarpaqlı meşələr (şam və ladin) və alçaq bataqlıqlar ilə əhatə olunmuşdur. Hazırda Fin körfəzinin dar sahil zolağında aşağı bataqlıqlar və ətrafındakı qara qızılağaclardan ibarət meşə sahəsi mühafizə olunmuşdu. Ərazidə orta gilli torpaqlar üstünlük təşkil edir. İntensiv təsərrüfat fəaliyyəti nəticəsində, təbii landşaft məhv edilərək, öz yerini mədəni landşafta vermişdi. İndi burada kənd təsərrüfatı torpaqları, eləcə də orta ağcaqovaq, ağcaqayın, söyüd və boz qızılağaclardan ibarət kiçik meşə sahələri üstünlük təşkil edir. XVIII–XIX əsrlərdə Peterhof şəhərində 819 hektar geniş park sahələri yaradılmışdır (Aşağı Park, Yuxarı park, Aleksandriya, Proletar, Kolonist, İngilis, Çayır, Sergiyevka və s.). Şəhərin ətrafında bəzən tülkü və kəkliklər aşkar olunur. Şəhərin özündə isə böyük sayda quşlar, sürünənlər və onurğasızlar məskunlaşıb.

Ekoloji vəziyyət Peterhof fəvvarələrini qidalandıran və onların bolsulu olmasını daim təmin edən gölməçələr çox pis vəziyyətdədir; belə ki, ətraf ərazilərdə tikilən kotteclərin zibilləri su kəmərləri boyunca çoxsaylı poliqonların yaranması səbəb olmuşdu. Yeni binaların tullantıları gölməçə və kanalların suyuna tökülür. Suyun tərkibində çirkləndiricilərin səviyyəsi normadan 10 dəfə artıqdır. Bu daha çox Şinkarka çayına aiddir, onun sahillərində yeni binalar inşa olunur və ona təmizlənməmiş çirkab kanalizasiya suları axıdılır.

Əhali Peterhof əhalisinin dinamikası: İl 1897 1939 1959 1970 1979 1992 1996 2003 2010 min nəfər 11,3 44 21,7 43,1 72,4 83,8 82,2 64,8 73,2

2002-ci ilin siyahıyaalınmasına əsasən, Peterhof şəhərində 64.791 nəfərin yaşadığı, o cümlədən kişilərin — 48% qadınların isə — 52% olduğu müəyyən edilmişdir. Şəhər əhalisinin çox hissəsi Sankt-Peterburqun müxtəlif müəssisə və təşkilatlarda çalışır. 2010-cu ilin Ümum Rusiya əhalinin siyahıyaalınmasına görə, Peterhof əhalisi 73.154 nəfər olmuşdur.

Tarix

Qəsəbənin yaranması Fin körfəzinin sahilində XVIII əsrin əvvəllərində qədər, Peterhof şəhərinin yerində iki fin kəndi: Kuusoya ( — şamlı közə) və Pohyayoki ( — şimal çayı) kəndləri, onlardan cənubda isə Popova dağının (Babiqon yüksəkli) üzərində — Papinhondo kəndi yerləşirdi.Топонимическая энциклопедия Санкт-Петербурга. СПб.: Информационно-издательское агентство ЛИК, 2002.

Peterhof ( — Pyotrun həyəti) ilk dəfə 1705-ci ildə I Pyotrun yerləşmə sənədlərində "yolüstü imarət" və Kotlin adasına keçid yolu kimi qeyd edilir. Bu imarət Sankt-Peterburqa aparan yolda, Fin körfəsinin cənub sahilində inşa edilmiş çoxsaylı saray-tipli yaşayış yerlərindən biri idi; 13 sentyabr 1705-ci ildə I Pyotrun jurnalında qeyd edilir:

1710-cu ildə I Pyotrun əmlakının tikintisi üzrə aktiv landşaft və memarlıq işlərinə başlanılmışdır. 1714-cü ildə böyük park ərazilərində Böyük Peterhof sarayının, Kaskadlı böyük qrotun, Monplezir və Aşağı parkın digər tikililərinin əsası qoyulmuşdu. Tədricən, iqamətgahın yerləşdiyi ərazinin yaxınlığında Kiçik Sloboda (Yuxarı Parkın cənub və cənub-şərqində) və Böyük Sloboda (Yuxarı parkın qərbində, müasir şəhər prospekti boyu yerləşən Köhnə Peterhof ərazisində) yaranmışdı. Həmin yerdə yerləşən Tacir limanına o zamanlar Kronştadt və Sankt-Peterburqdan gəmilər gəlirdi. 1721-ci ildə burada ilk su mişar dəyirmanı və kəsmə fabrikinin (hazırkı Petrodvorets saat zavodu) əsası qoyulmuşdur.

Peterhof fəvvarələrini su ilə təchiz etmək üçün ümumi uzunluğu 40 km olan xüsusi kəmərlər inşa edilmişdir. Onun yamaclarında düz 18 su saxlayan gölməçələr var; demək olar ki, 100 hektar ərazini əhatə edən bu gölməçələrdə 1,3 milyon kubmetrdən artıq su saxlanılır. Su kəməri hidravlik mühəndisi Vasili Tuvolkov tərəfindən 1720–1721 illərdə inşa edilmişdir. 9 avqust 1721-ci ildə isə təzyiqli su şirnaqları çalışmağa başladı. Onlar əlaqəli qablar prinsipi üzərində işləyirdilər. 1723-cü ilə saray və park ansamblının formalaşması əsasən başa çatdırılmışdır. O zamana qədər Aşağı Parkın əsas planlaşdırma elementləri formalaşmış, Böyük Saray və Monplezir sarayı inşa edilmiş və həmçinin fəvavrələrin su kəməri sistemi yaradılmışdır.

Başlanğıcda sarayın ətrafındakı qəsəbə xaotik şəkildə inşa edilmişdir, sakinlərinin əksəriyyətini təşkil edən dövlət kəndliləri isə ümumiyyətlə qazmalarda yaşayırdı. 1730-cu ildə məhz memar M. Zemtsovun sayəsində, Peterhof ilk dəfə olaraq dəqiq və aydın bir planlaşma əldə etmişdir. O, bir sıra binaları yenidən inşa etmiş və Peterhofda çalışan təhkimli kəndlilər üçün "Sənətkarlıq", saray işçiləri üçün isə "Kavaler" məhəllələrini yaratmışdı. 1747-ci ildən memar B. Rastrellinin rəhbərliyi altında sarayın yenidən qurulmasına başlanılmışdır. Saray binasının mərkəzi hissəsi böyüdülmüş, cənub tərəfdən isə, saray konfiqurasiyasına görə uzadılmış "P" hərfinə bənzədilmişdir. Bu cür kompozisiya onun orta hissəsinin iki qonşu üç mərtəbəli bina ilə birləşməsi nəticəsində yaranmışdır.Ленинград. Путеводитель. Л., Лениздат, 1977

Şəhər thumb|220px|Virgilius Eriksen. "Peterhofa yürüyüş" (İmperatriça II Yekaterinanın atlı portreti). 1762 1762-ci ildən Peterhof — Saray Administrasiyasının tabeliyində olan qəsəbə idi.

XVIII əsrin sonunda, memar Cakomo Kvarengi və bağ ustası Ceyms Meders tərəfindən tərtib olunmuş layihələrə əsasən, parkda İngilis sarayı və mənzərəli İngilis bağı yaradılmışdır.

Bax bu cür, 1794-cü ildə İ. Q. Georgi Peterhofu təsvir edirdi: . XVIII əsrin sonunda şəhərdə meşşanlara mə 1801-ci ildə isə Pravlenskoy küçəsi boyunca ilk daş binalardan ibarət ansambl formalaşmışdır. İşçilər ilə yanaşı, burada azad insanlar (yəni "adi insanlar") da məskunlaşmağa başlamışdı. 1824-cü ildə I Aleksandr memarlar Vasili Stasov, B. Gestoy və L. Ruska tərəfindən tərtib olunmuş "nümunəvi layihələr" əsasında "dövlət hesabına 58 ən çirkin binanın" inşası barədə əmr vermişdi. XIX əsrin sonu — XX əsrin əvvəllərində, şəhərdə atlı-qrenadörlərin leyb-qvardiyası, Ulan və Draqun alayı, eləcə də 148-ci Xəzər Piyada Alayı yerləşirdi. Peterhof yaxınlığında, 1828-ci ildən etibarən Sankt-Peterburqun hərbi-təlim məktəblərində təhsil alan şagirdlər üçün yay düşərgələri təşkil olunurdu.

1825-ci ildən bu torpaqların sahibi imperator I Nikolay olur, o taxta oturduqdan dərhal sonra mülkü həyat yoldaşı Aleksandra Feodorovnaya hədiyyə olaraq verir və bu ərazi onun şərəfinə "Aleksandriya" adlandırılır. 1826-cı ildən memar A. A. Menelas tərəfindən burada mənzərəli park salınır və ikimərtəbəli Kottec sarayı tikilməyə başlayır. 1830–1831-ci illərdə parkda Fermer sarayı, 1835-ci ildə isə memar K. Şinkelin layihəsi əsasında qotik Kapella tikilməyə başlayır.

1828–1830-cu illərdə Sankt-Peterburq prospektinin cənubunda yerləşən boş ərazilərdə Ulan alayının leyb-qvardiyaları üçün kompleks yaradılmışdır. 1830-cu ildə Peterhofun aparıcı memarı A. Şarleman idi; o 1837–1840-cı illərdə Yuxarı parkın önündə qotik üslublu binalardan ibarət kompleks və yanğın stansiyasını inşa etmişdir.

1826-cı ildə heyvanxana İngili parkının cənubuna köçürülür. Yaxınlıqda isə Yeger qəsəbəsi salınmışdır. 1840-cı ildə qəsəbə ərazisində memar İ. Şarleman tərəfindən hazırlanmış layihəyə uyğun olaraq, böyük hərbi xəstəxana inşa edilmişdir.

Eyni zamanda imperator I Nikolay Peterhofun qərbində yerləşən Narışkinlərin yay sarayını əldə edir və buranı qızı Mariya Nikolayevnaya və onun həyat yoldaşı Böyük hersoq Leyxtenberqə hədiyyə olaraq bağışlayır. Memar A. İ. Ştakenşneyder 1839–1842-ci illərdə burada klassisizm üslubunda Leyxtenberqlərin mülkünü inşa edir. Saray ilə yanaşı, Ştakenşneyder burada saray üçün xüsusi Mətbəx və Hofmeyster korpuslarını, 1845–1846-cı illərdə isə mərmərlə örtülmüş kapella binasını ucaldır. Sarayın ətrafında mənzərəli "Leyxtenberq parkı" salınmışdır.

I Nikolayın hakimiyyəti dövründə (1832-ci ildən — 1857-ci ilə kimi) memar A. Ştakenşneyder, mühəndis M. Pilsudski, bağban ustaları P. Erler və P. Arxipov tərəfindən Kolonist parkı yaradılmışdır. 1842–1844-cü illərdə Olqa gölünün adalarında Çariçin (İmperator I Nikolay buranı həyat yoldaşı Aleksandra Fyodorovnaya hədiyyə etmişdir) və Olqa pavilyonları yaranmışdır (pavilyon I Nikolayın qızı Olqa Nikolayevnanın şəxsi istifadəsi və istirahəti üçün inşa edilmişdir).

1836-cı ildə sürətlə böyüyən Kiçik slobodanın (yəni qəsəbənin) adı dəyişdirilərək, "Sankt-Peterburq forştadtı" qoyulmuşdu. 1850-ci ildə şəhərin aparıcı memarı, bundan öncə Verxnesad (Yuxarı bağ; 1847) malikanəsini və Freylin evlərini (1848) inşa etmiş Nikolay Benua təyin olunmuşdu. Onun inşa etdiyi sonrakı çoxsaylı tikililərdən — Saray hospitalı (1853), Poçt binası (1854), Dəmiryol vağzalının (1857) adı xüsusilə qeyd etmək lazımdır. thumb|Peterhof şəhərinin planı, M. V. Kozlovskayanın litoqrafiyası, 1915-ci il.