Robert Prosineçki (; ) — yarımmüdafiəçi mövqeyində oynamış Yuqoslaviya və Xorvatiya futbolçusu və məşqçi. Yuqoslaviya və Xorvatiya milli futbol komandalarında çıxış edib. 2014-cü ilin dekabr ayında Azərbaycan yığmasının baş məşqçisi təyin olunmuşdur. Burada 3 il işlədikdən sonra, o, Azərbaycan Futbol Federasiyası ilə müqaviləsini uzatmadı."Robert Prosineçki millimzdən getdi " İnterAz
Klub karyerası Prosineçki Almaniya Federativ Respublikasında əslən Yuqoslaviyadan olan ailədə anadan olmuşdur, amma uşağ ikən doğma vətəninə geri dönmüşdür. Karyerasını Dinamo Zaqrebdə başlamışdı. Sonra isə Srvena Zvezda komandasına keçmişdi və ən böyük uğurlarını bu komanda ilə qazanmışdır. O, bir dəfə 1991-ci ilin Çempion Klublar Kubokunu, 3 dəfə Yuqoslaviya çempionluğunu (1988,1990,1991) və bir dəfə də ölkə kubokunu qazanmışdır.
Həmçinin o müxtəlif illərdə "Real Madrid", "Real Oviedo", "Barselona", "Sevilya", "Hravtski Draqovolyats", "Standard Lyej", "Portsmut", "Olimpiya Lyublyana" və "Zaqreb" klublarında çıxış etmişdir.
Futbolçu karyerasını 2004-cu ildə bitirmişdi.
Milli komanda karyerası Prosineçki Yuqoslaviya millisinin heyətində 15 oyuna 4 qol vurmuşdu. Həm də o, Xorvatiya millisində 49 oyun keçirtmişdir və 10 qol vurmuşdur. 1987-ci ildə Yuqoslaviya millisinin heyətində Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatının qalibi olmuş və turnirin ən yaxşı oyunçusu seçilmişdi.
1990-cı ilin dünya çempionatının iştirakçısı olan Robert bu turnirdə 3 oyun keçirtmişdi və BƏƏ millisi ilə oyunda 1 qol vurmuşdu. 10 iyun "San Siro" stadionunda keçirilən Mundialın qrup mərhələsinin ilk oyunu Almaniya millisinə qarşı olmuşdur, Prosineçki həmən oyunda 35 dəqiqə oynamışdlr. BƏƏ-nin millisinə qarşı ikinci oyununda 15 dəqiqə oynadı və 90-cı dəqiqədə qol vura bildi. . 1/4 finalda rəqib Argentina millisi idi, meydanda 120 dəqiqə keçirən Prosineçki oyunsonrası penaltini müvəfəqiyyətlə yerinə yetirmişdir.
1996-cı il Avropa çempionatında Prosineçki 224 dəqiqə oynayaraq 3 oyun keçirtdi və 1 sarı vərəqə qazandı. Xorvatiya yığması qrup mərhələsinin ilk matçında Türkiyə yığması ilə görüşdü, Prosineçki 90 dəqiqə oynamışdır. İkinci matçda Xorvatiya yığması Danimarka millisi ilə qarşılaşmışdır, Prosineçki 88 dəqiqə oynadı və 1 sarı vərəqə qazandı. Üçüncü oyun Portuqaliya yığmasına qarşı olmuşdur, Prosineçki o oyunda 46 dəqiqə oynadı.
1998-cı il dünya çempionatında Prosineçki meydanda 304 dəqiqə keçirərək 5 oyunda iştirak etdi və 2 qol vura bildi. Qrup mərhələsinin ilk oyununda Yamayka yığmasına qarşı oynayan Prosineçki meydanda 90 dəqiqə keçirdi və 53-cü dəqiqədə qol vurdu. İkinci görüşdə Yaponiya yığmasına qarşı oynadı, meydanda 65 dəqiqə keçirtdi. Argentina millisinə qarşı üçüncü oyunda, meydanda 68 dəqiqə ola bildi. Prosineçki 1/2 finalda Fransa yığmasına qarşı oynadı, meydançada 3 dəqiqə keçirtdi. 3-cü yer uğrunda Hollandiya yığmasına qarşı qarşılaşmada meydanda 78 dəqiqə keçirərək 13-cü dəqiqədə qol vurdu. Bununla da, Dünya Çempionatlarında iki müxtəlif milli komandalarda (Xorvatiya və Yuqoslaviya) qol vurmağı bacaran ilk və yeganə oyunçu oldu.
2002-cı il dünya çempionatında Robert Prosineçki Meksika yığmasına qarşı 1 oyunda iştirak etdi və 45 dəqiqə oynadı.
Xorvatiya millisi ilə o 1996-cı ilin Avropa çempionatında, 1998 və 2002-ci ilin Dünya Çempionatlarında iştirak etmişdi. 1998-ci ildə Dünya Çempionatının bürünc medalını qazanmışdır.
Məşqçilik karyerası 2006-cı ildən 2010-cu ilə qədər Xorvatiya millisinin məşqçilər qərargahında işləyirdi. 2010-cu ildə o, "Srvena Zvezda"nın baş məşqçi postuna təyin olundu. 2014-cü ilin 3 dekabrında isə o, Azərbaycan milli futbol komandasının baş məşqçisi postunu aldı. Burada 3 illik fəaliyyətindən sonra 2017-ci ildə postunu tərk etdi.
2025-ci il dekabr ayından Qırğızıstan milli komandasının baş məşqçisidir.
Uğurları
Komanda şəkilində
Srvena Zvezda Yuqoslaviya çempionu: 1987/88, 1989/90, 1990/91 Yuqoslaviya ölkə kubokunun sahibi: 1989/90 Çempion Klublar Kubokunun sahibi:1990-91
Real Madrid İspaniya Kral Kubokunun sahibi: 1992/93 İspaniya Superkubokunun sahibi: 1993
Dinamo Zaqreb Xorvatiya çempionu: 1997/98, 1998/99, 1999/00 Xorvatiya kubokunun sahibi: 1997/98 Xorvatiya Superkubokunun sahibi: 1998
Olimpiya Lyublyana Sloveniya kubokunun sahibi: 2001/02
Yuqoslaviya milli futbol komandası U-20 dünya çempionatını qalibi: 1987 Gənclər komandaları arasında 1990 Avropa Çempionatının gümüş mükafatçısı
Şəxsi U-20 Dünya Çempionatının ən yaxşı oyunçusu: 1987 Dünya Çempionatının ən yaxşı gənc oyunçusu: 1990 Yuqoslaviyada ilin futbolçusu: 1990 Bravo mükafatının sahibi: 1991 Xorvatiyada ilin futbolçusu: 1990,1997
İstinadlar
Kateqoriya:Yuqoslaviya futbolçuları Kateqoriya:Xorvatiya futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının məşqçiləri Kateqoriya:Portsmut FK futbolçuları Kateqoriya:Legioner Xorvatiya futbolçuları Kateqoriya:Sevilya FK futbolçuları Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Hrvatski Draqovolyats FK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Xorvatiyanın kişi futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:Serbiyanın kişi futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1990 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:UEFA Avro 1996 futbolçuları Kateqoriya:Yuqoslaviya milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanda legioner Xorvatiya idmançıları Kateqoriya:Dənizlispor baş məşqçiləri Kateqoriya:Srvena Zvezda FK futbolçuları Kateqoriya:Yuqoslaviya Birinci Liqası futbolçuları Kateqoriya:Dinamo Zaqreb FK futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular