Rüfət Rauf oğlu Həsənov () — Azərbaycan kinorejissoru və ssenaristi,Azərbaycanlı rejissorlar festivallarda: [Tbilisidə keçirilən XIV Beynəlxalq film festivalında Azərbaycanın gənc rejissorları – Rüfət Həsənov və Elvin Adıgözəlin iştirakı haqqında] //Azərbaycan.- 2013.- 11 dekabr.- S. 8.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri olub. 23 sentyabr 2023-cü ildə tutduğu vəzifədən azad edilib. Avropa Film Akademiyasının üzvüdür.

Həyatı və təhsili Rüfət Həsənov 24 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Pensilvaniya ştatındakı Kvakertaun liseyində, 2003-cü ildə bitirib. 2005-2009-ci illərdə Men ştatındakı Beyts kollecindən teatr üzrə bakalavr dərəcəsini alıb. Beytsdə olarkən o, Uilyam Popun mühüm icma performans layihəsi olan "Qara Zavod"da iştirak edib. Həsənov Moskvada, 2012-ci ildə "Ssenari Müəllifləri və Kino Rejissorları üçün Ali Kurslar"da () kino və televiziya rejissorluğu üzrə təsviri sənət üzrə magistr dərəcəsi alıb.

Fəaliyyəti 2009-cu ildə Nyu-Yorkda Vice Mediaya (o zamanlar VBS.tv) qoşulub, redaksiya və istehsal sahəsində çalışıb. 2010-cu ildə Moskvaya köçüb və Dojd telekanalında tanıtım və interstitial məzmuna rəhbərlik edib. Həsənov daha sonra Berlinale Talents və EAVE Producers vörkşoplarında iştirak edib.

Rüfət Həsənov kinematoqrafiya sahəsində beynəlxalq diqqəti ilk dəfə 2013-cü ildə Elvin Adıgözəl ilə çəkdiyi "Buqələmun" tammetrajli bədii filmi ilə cəlb edib. Film, Lokarno Film Festivalında Qızıl Bəbir nominasiyası qazanıb.

O, Bakur Bakuradze, Natalya Merkulova və Aleksey Çupov kimi rejissorlarla əməkdaşlıq edərək yüksək səviyyəli layihələrdə işləyib. Onun ikinci filmi olan Daxildəki Ada (2020) Sarayevo kinofestivalında Ən Yaxşı Rejissor mükafatını qazanıb, Yeni İran Filmləri Festivalında () Beynəlxalq Münsiflər Heyəti Mükafatını alıb və Azərbaycanın 94-cü Akademiya Mükafatlarında Ən Yaxşı Beynəlxalq Bədii Film nominasiyası üzrə təqdimatı oldu.

2014-cü ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib. 2019-cu ildə o, Debüt Film Studiosun baş direktoru olub və burada istehsal, post-istehsal, distrübusiya və inkişaf etməkdə olan kinorejissorlar üçün maliyyəni dəstəkləyən film laboratoriyası olan InterAct layihəsini başladıb.

2020-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyində Kinematoqrafiya şöbəsinin (sonradan Audiovizual və İnteraktiv Media) müdiri vəzifəsinə təyin edilib, ARKA-nın (Azərbaycan Respublikası Kino Agentliyi) yaradılmasına nəzarət edib və 2022-ci ildən 2023-cü ilədək müvəqqəti icraçı direktor vəzifəsində çalışıb, həmçinin ölkənin ilk milli film komissiyası olan “Filming Azerbaijan”ı təsis edib.

2023-cü ildən Timur Bekmambetov tərəfindən təsis edilmiş Hollivud studiyası olan Bazelevs Companydə innovativ Screenlife formatı ilə məşğuldur. 2025-ci ildə Vaşinqtonda, Mərkəzi Asiya-Qafqaz İnstitutunun təqaüdünü qazanıb.

2008-ci ildən Men ştatındakı Rencli Leyks regional məktəbində qonaq təlimçi kimi başlayaraq, Litvada Yay Media Məktəbində seminarlara rəhbərlik edib (2015), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakıdakı YARAT Müasir İncəsənət Məkanında təlimlər verib.

Filmoqrafiya İlAdıRejissorSsenaristProdüsserMontajQeydlər2009Force MajeureQısa film2010O, Sortie! Sənədli film2012012Sənədli film2013Buqələmun2014My Grief is LightQısa film2017Yoxdu belə söhbət 2020Daxildəki Ada2025Thomas Goltz: An Oil OdysseySənədli filmTBASmall in Japan

Prodüsser kimi

Small in Japan (TBA) Thomas Goltz: An Oil Odyssey (2025) Two Days (2023) (adsız) Orizuru (2022) Quxuroba (2020) (adsız) Daxildəki Ada (2020) Yoxdu belə söhbət (2017) Şanxay, Bakı (2016) Kədərim (2015) Buqələmun (2013) 012 (2012) O, Sortie! (2010) Force Majeure (2009)

Montajçı kimi

Dative Case Problem (2026) (post-prodakşn) Red Color of the Second Planet (2024) (adsız) Heartbreath (2021) (adsız) Salt, Pepper to Taste (2019) It Means Love (2018) Sea of Tranquility (2017) Məhkəmə: Rusiya dövləti Oleq Sentsova qarşı (2017) A Lullaby for Yuki (2016) Sisters (2016) Şanxay, Bakı (2016) Fedor’s Journey Through Moscow at the Turn of the 21th-century (2015) Rodchenko’s Stairs (2015) Brother Dejan (2015) Anthill (2015) The Wound (2014) Tekbetek (2014) Defocusin (2013) İntim Yerlər (2013)"İntim Yerlər" imdb rəsmi"İntim Yerləri" Wikipedia Rusca Marina’s House (2012)

Mükafat və nominasiyalar

Mükafatlar

Ən Yaxşı Rejissor, Sarayevo kinofestivalı (Daxildəki Ada, 2020) Beynəlxalq Jüri Mükafatı, Festival Nouvelles Images Persanes, Vitré (Daxildəki Ada, 2020) Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu Yay kinofestivalı (O, Sortie!, 2010)

Rəsmi təqdimatlar

Ən yaxşı beynəlxalq film, 94-cü Akademiya Mükafatları (Daxildəki Ada, 2020)

Nominasiyalar və festival seçimləri Buqələmun (2013)

“İndiki zamanın rejissorları” müsabiqəsi üzrə “Qızıl leopard” nominasiyası, Lokarno Beynəlxalq Film Festivalı (İsveçrə) Müsabiqə proqramı, Kinoshock Beynəlxalq Film Festivalı (Rusiya) Müsabiqə proqramı, Avrasiya Beynəlxalq Film Festivalı (Qazaxıstan) “Sərhədsiz kino” proqramı, Molodist Kiyev Beynəlxalq Film Festivalı (Ukrayna) Müsabiqə proqramı, Pune Beynəlxalq Film Festivalı (Hindistan) Müsabiqə proqramı, Malatya Beynəlxalq Film Festivalı (Türkiyə) Müsabiqə proqramı, Tbilisi Beynəlxalq Film Festivalı (Gürcüstan) Debüt filmləri müsabiqəsi, Alov Ruhu Beynəlxalq Debüt Film Festivalı (Rusiya)

Daxildəki ada (2020)

Əsas müsabiqə proqramı, Sarayevo Film Festivalı (Bosniya və Herseqovina) Beynəlxalq Münsiflər Heyətinin mükafatı, Nouvelles Images Persanes Festivalı, Vitré (Fransa) Rəsmi seçim, Black Movie – Cenevrə Beynəlxalq Müstəqil Film Festivalı (İsveçrə) Müsabiqə proqramı, Bosfor Beynəlxalq Film Festivalı (Türkiyə) Rəsmi seçim, Moskva Premyerası Beynəlxalq Film Festivalı (Rusiya) Müsabiqə proqramı, Paliç Avropa Film Festivalı (Serbiya) Müsabiqə proqramı, Bridges – Şərqdən Qərbə Film Günləri (Belçika)

İstinadlar

Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Ssenaristlər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:Azərbaycan kinoprodüserləri