Sədrəddin Mirzə Qacar — hərbi xadim.
Haqqında Azərbaycan Qacarlar sülaləsindən olan Sədrəddin Mirzə Qacar Şahzadə Əmir Kazım Qacarın nəvəsi Azərbaycan SSR xalq artisti Sürəyya Qacarın atasıdır. O, Orenburqda hərbi məktəb bitirmişdir. Uşaq yaşlarından musiqiyə həvəs göstərən Sədrəddin Mirzə yaxşı skripka şalmış, sonralar musiqi müsabiqəsində qızıl medala layiq görülmüşdür. Hərbi xidmətini Sədrəddin Mirzə Qacar Vladivostokda kecirmişdi. Rusiyada baş verən Fevral inqilabından sonra (1917) Tiflisdə, daha sonra Gəncədə yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra milli ordu sıralarında xidmətə başlamış, 1919-cu ilin sonlarınadək Bakı qəzasının hərbi rəisi, həmin vaxtdan isə hərbi nazirliyin dəftərxana rəisi olmuşdur. Aprel inqilabından sonra (1920) Sədrəddin Mirzə bolşeviklər tərəfindən həbs edilərək Arxangelskə sürgün olunmuş, bir ildən sonra isə Ryazan şəhərində güllələnmişdir.
Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Sədrəddin Mirzəni Azərbaycanın istiqlal şəhidi adlandırıb.
Mənbə Azərbaycan Xalq Cumhuriyyəti. II cild. Bakı,2005
Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Bəhməni ailəsi Kateqoriya:Şuşa hərbçiləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:RSFSR-də güllələnənlər