Aleksandriya () — Peterburqun ətrafında yerləşən Peterhof şəhərinin saray-park ansamblıdır. Bura 1830-cu ildən - 1917-ci ilə qədər Rusiya imperatorlarının iqamətgahlarından biri idi (İmperator Əlahəzrətinin yay sarayı). Tarix XVIII əsr Aleksandriyanın yerləşdiyi torpaq sahəsi I Pyotrdan bağ evləri üçün torpaq əldə etmiş dörd mülkiyyətçiyə məxsus idi. Tarixi məlumatlara əsasən, bu sahələr katib Aleksandr Yakovlevə, qvardiya-leytenantı Danila Çevkinə, general-feldseyxmayster Yakob Brüs və Pyotr Moşkova məxsus idi. Sahiblər 1725-ci ilə qədər dəyişmişdir.

Bəzi məlumatlara görə, 1725-1726-cı illərdə bu torpaqlar Aleksandr Daniloviç Menşikov əldə etmiş və burada Monkuraj (Mənim cəsarətim) adlı sarayın tikintisinə başlamışdır. Buna baxmayaraq, sarayın tikinti işləri tamamlanmamışdı. Pyotrun ən yaxın favoritinin rüsvayçılığından sonra, həmin bu torpaqlar onun siyasi əleyhdarları olan knyaz Dolqorukilərə sövq edilmişdir. Yeni sahiblər ərazinin abadlaşdırılmasından az maraqlanırdılar və bu səbəbdən də xalq arasında buralar "Dolqorukovun boş əraziləri" adlandırılmışdır. 1733-cü ildə bu ərazi imperatriça Anna İoannovnanın mülkiyyətinə çevrilir. Tezliklə burada "Yaqdpark" adı ilə tanınan ovçuluq parkı yaradılır və buraya çox sayda maral, camış, çöl donuzu, dovşan və hətta pələnglər gətirilir. Parkın yuxarı hissəsində heyvanlar üçün yeger slobodası və küzələr, aşağı hissədə isə "Tempel" adlı taxta pavilyonu inşa edilir. Həmin bu pavilyondan imperatriça əvvəlcə sərbəst buraxılan, daha sonra isə saray itləri tərəfindən təqib olunan heyvanlara atəş açırdı.

XVIII əsrin 70-ci illərində yay imperator iqamətgahı qismində Tsarskoye Selo seçilir və Aleksandriyanın ovçuluq sahəsi tənəzzülə uğrayır. Heyvanlardan yalnız kiçik sayda marallar qorunub saxlanılmış və onların bir çoxu əhilləşdirilmişdir. Ərazi "Maral heyvanxanası" adı ilə tanınmağa başlamışdır. Ərazinin bir hissəsi Draqun alayının leyb-qvardiyası üçün otlaq və meyvə bağları kimi istifadə edilmişdir. XVIII əsrin sonunda Menşikov sarayından yalnız xarabalıqlar qalmışdır, "Tempel" pavilyonu isə tezliklə sökülmüşdü. XIX əsr right|thumb|200px|Üzərini sarayın emblemi bəzəyən Aleksandriyanın rəsmi bayrağı. 1825-ci ildən bu torpaqların sahibi imperator I Nikolay olur, o taxta oturduqdan dərhal sonra mülkü həyat yoldaşı Aleksandra Feodorovnaya hədiyyə olaraq verir və bu ərazi onun şərəfinə "Aleksandriya" adlandırılır. Bunun ardından, 1826-cı ildə çar yeni əmr imzalayır: "Menşikovun xarabalıqlarının yerləşdiyi ərazidə bütün təsərrüfat müəssisələri və park da daxil olmaqla, kotiç adlanan kiçik kənd evi inşa edilsin". Həmin ildən parkın abadlaşdırılmasına və kottec adlandırılacaq ingilis üslubunda yay sarayın tikintisinə başlanılmışdır. Tikinti işlərinə memar Adam Menelas başçılıq edirdi.

Sarayın tikintisi 1829-cu ilə qədər davam etmişdir. Eyvan və terraslarla bəzədilmiş qotik üslublu saray, üç bölgülü fasadı olan kiçik iki mərtəbəli bina təəssüratı yaradır. Kottec sarayının fasadında Aleksandriyanın Ağ gül çələnginin içərisindən keçən siyirməqılınc və qalxan emblemi yerləşdirilmişdir. Bu romantik cəngavər gerbi şair Vasili Jukovski tərəfindən yaradılmışdır və Alexandriyanın demək olar ki, bütün binalarında aşkar olunur.

İqamətgahın idillik xarakterini daha da vurğulamaq üçün, memar A.Menelas 1829-1831-ci illərdə Kottecin yaxınlığında "Ferma" adlanan təsərrüfat, çobanlar üçün otaqlar, mətbəx və anbarlar inşa etmişdir. Sonrakı illərdə, düz 1859-cu ilə qədər ferma binası Ştakenşneyder tərəfindən dəfələrlə dəyişikliyə uğramış və 1855-ci ildə imperator titulu əldə etmiş II Aleksandrın yay sarayı üçün uyğunlaşdırılmışdır.

Eyni zamanda, kottec sarayının tikinti işlərinin gedişi ilə birgə daha autentik olan mənzərə-romantik parkın formalaşması da Onun yaradılmasında bağ ustası Peter Erler özünün 20 il əməyini sərf etmişdir.

Aleksandriyanın ən orijinal və maraqlı binaların biri əlbəttə ki, qotik Kapelladır, bu Aleksandr Nevski şərəfinə inşa olunmuş kral ailəsinin ev kilsəsidir.

Aleksandriyanın sonuncu böyük həcmli saray tikililərindən biri, dördmərtəbəli Aşağı və ya II Nikolayın Yeni sarayıdır. Dahi memar A. Tomişko tərəfindən "İtaliya memarlığı" üslubunda inşa olunmuş saray, parkın şimal-şərq küncündə, yəni dəniz sahilində yerləşdiyindən, məhz "daça" adı ilə tanınmışdır.

II Nikolayın daçası böyük siyasi əhəmiyyətə malik bir sıra hadisələri şahidi olmuşdu. Belə ki, burada Birinci Dünya müharibəsinə Rusiyanın da daxil olmasını təsdiqləyən manifest imzalanmışdır. Aşağı daçada imperator II Nikolay və həyat yoldaşı Aleksandra Feodorovna özlərinin ilk yay istirahətini birgə keçirmişdilər. Və burada da 30 iyul 1904-cü ildə onların yeganə oğlu Aleksey anadan olmuşdu.

Sovet dövrü 1920-1930-cu illərdə Aleksandriya muzey kompleksinə çevrilməyə başladı. 1932-ci ildə Kapella Alexandriya park kompleksinin tarix muzeyinə verilmişdi. Elə həmin il, Fermer sarayının yaxınlığındakı çəmənlikdə bir abidə - massiv postament üzərində piramidal qranit obelisk ucaldılmışdır. Obeliskə əlavə edilmiş mərmər xatirə lövhəsinin üzərində "İş insanları - Peterhof qurucuları" yazısı həkk edilmişdi. Hal-hazırda həmin lövhə obeliskdən çıxardılıb.

1929-cu ildə Kottecin yaxınlığında yerləşən parkda, qeyri-adi muzey açılmışdır: II Nikolaya məxsus və onun sonuncu yaşayış yeri sayılan qatarın iki vaqonu Peterhof muzeyinin işçiləri tərəfindən Dəmir Yolu Xalq Komissarlığından əldə olunaraq, həmin parkda yerləşdirilmişdi. Həmin vaqonların birində sonuncu rus çarı öz taxtından imtina etməsini təsdiqləyən fərman imzalamışdır. Məişət mühitini tam şəkildə qoruyub saxlamış vaqonlarda və onların mühafizəsi məqsədiylə tikilmiş xüsusi odada "İmperialist müharibəsi və çar rejiminin süqutu" adlı böyük bir sərgi açılmışdır. Tikanlı məftil və dirəklərdən hazırlanmış və hasarla əhatə olunmuş bu ərazidə vaqonlar düz 1950-ci ilə qədər saxlanılırdı; mühafizə olunmamasına baxmayaraq, ziyarətçilər tərəfindən buralar maraqla tədqiq olunurdu.

II Nikolayın vaqonları yaxınlığında bir başqa "dəmiryolu" abidəsi - I Nikolayın dövründə Sankt-Peterburq və Moskva şəhərləri arasında istismara verilmiş ilk qatarın vaqonları yerləşirdi.

1926-cı ildə Fermer sarayının birinci mərtəbəsində tarix-məişət muzeyi, ikincisində isə Leninqrad Şəhər Şurasının istirahət bazası açılmışdır. Altı il sonra, muzey naməlum səbəblərdən bağlanılmışdı. Həmin ildə də Aşağı daçada yerləşən muzey bağlanılır, onun binası isə NKVD-nin istirahət və əyləncə mərkəzinə çevrilir.

Böyük Vətən Müharibəsi zamanı Fermer sarayı güclü dağıntıya məruz qalmışdı; onun dekorativ tərtibatı məhv olunur və müharibədən sonra bura Petrodvorets Saat Zavodunun yataqxanasına çevrilmişdir.

Müharibə zamanı saray və park ansamblının digər obyektlərinə də çox böyük zərər dəymişdi. Tikililər içərisində ən az zərər Kottecə dəymişdir - hələ müharibədən bir iki gün öncə eksponatların əksəriyyəti saraydan evakuasiya edilmişdi (ekspozisiyada nümayiş olunan 2500 əşyadan 1980-i xilas edilmişdi).

Müharibə zamanı, park hərbi əməliyyatların keçirildiyi bir məkana çevrilmişdi (Peterhof desantı). Bu zaman sarayın daxili bəzək işləmələrinə çox böyük ziyan dəymişdi. Saray binası dağılmasa da, bütün onun mebelləri məhv edilmiş, yapma naxışlı ornamentlər və oyma palıd pannolar isə əhəmiyyətli dərəcədə dağıntıya məruz qalmışdı.

Aşağı daça binası da top atəşi və bombalanmaya məruz qalaraq güclü dağılmışdı. 60-cı illərin əvvəlində daça "avariyalı bina" olaraq qiymətləndirilmiş və ətrafda gəzən çoxsaylı ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə sökülmüşdü.

1978-ci ildə, Leninqrad şəhərinin "Restavratorlar" birliyindən olan rəssamlar, heykəltəraşlar, marmərcilər və bir çox ixtisaslar üzrə ustalar, memar Benuanın rəhbərliyi altında Kottec sarayının bərpasını tamamlamışdılar.

Müasir dövr Fermer sarayının restavrasiyası demək olar ki, Sankt-Peterburqun 300 illik yubileyi ərəfəsinə başa çatdırılsa da, 22 dekabr 2005-ci ildə baş vermiş yanğın sarayı ciddi şəkildə zədələmişdir. Bərpa işləri yenidən başladılmışdı. Həmçinin bir neçə ildir ki, "Peterhof" Dövlət Muzeyinin elmi tədqiqatçıları sarayın gələcək ekspozisiyası üçün II Aleksandrın dövrünə aid müxtəlif əşyaları eləcə də imperatora aid şəxsi əşyaları əldə edirlər. 2006-cı ildə Fermer sarayının bərpa işlərini davam etmiş və parallel olaraq Aşağı daçanın bərpası üçün layihə tərtib edilmişdir. Kottec ziyarət üçün həmişə açıqdır. 2006-cı ildə, daha bir bərpa işlərindən sonra Qotik kapella kilsə tərəfindən təqdis olunaraq yenidən açılmışdı.

2006-cı ilin sentyabr ayında qotik kapella binasında imperator III Aleksandrın həyat yoldaşı Mariya Feodorovnanın (doğumunda şahzadə Daqmara) vida mərasimi təşkil olunmuşdu.

2008-ci ilin iyun ayının sonunda yenidən bərpa edilmiş "Xaraba körpü" adlanan tarixi abidə, çoxsaylı ziyarətçilərin ixtiyarına verilmişdi. Bir il sonra isə, saray-park ansamblının ayrılmaz hissəsi sayılan Fermer sarayı da təntənəli şəkildə açılmışdı.

Aleksandriya saray-park ansamblının görməli yerləri Peyzaj parkı Aleksandriya (Peyzaj) parkı Peterhof saray kompleksinin Aşağı parkından şərqdə yerləşir və Heyvanlı, Nikolay və ondan Dəniz darvazallarını kəsən daş divar vasitəsiylə ayrılır, digər tərəfdən isə Znamenka malikanəsi ilə sərhədlənir, onun cənub sərhəddi isə Fin körfəzi sahilindəki Peterburq-Oranienbaum (Lomonosov) şossesinə kimi gedib çıxır. Parkın sahəsi 115 hektardır. Dənizkənarı Aleksandriya landşaft parkı iki terrasda - aşağı (sahilyanı) və yuxarı terrasda yerləşir. Burada Kottec, Fermer sarayı və Kapella kimi ansamblın əsas memarlıq strukturları inşa edilmişdir. + Peyzaj parkı center|150px center|150px center|150px center|150px center|150px center|135px Fermer sarayının bağçası Tozağacı talası Fin körfəzinə açılan mənzərə Parkın mərkəzindən keçən kiçik kanal Sıx meşəlik Böyük daş körpünün xarabalıqları

Park ərazisinin relyefi müxtəlif səfalı təbiət landşaftlarını təsvir etməyə imkan yaradır. Burada növbə ilə təpələr talaları, mail yamaclar dərin yarğanları, geniş kölgəli xiyabanlar isə dolama dar yolları əvəz edir. Aleksandriya landşaftına xüsusi özəlliyi parkın bir çox nöqtəsindən görünən dəniz bəxş edir.

Alexandriyanın fərqləndirici xüsusiyyətlərindən biri, yaşıllıqların müxtəlifliyidir. Burada palıd və cökə, tozağacı və ağcaqayın, qovaq və göyrüş kimi müxtəlif ağaclarla rastlaşmaq olar. Burada həm də nadir və ekzotik ağac və kol bitkiləri çox əkilib. Açıq yaşıl sahələr, ağacların və kolların qrupları ilə növbələşir. Bu illər ərzində, Aleksandriya parkı köşk, heykəl və karaulka kimi müxtəlif dekorativ elementlər ilə zənginləşdirilmiş və onların hamısında qotik memarlıq elementləri istifadə olunmuşdur. Belə ki, Kottecin yaxınlığında hündür arxalıqları olan "Qotik divanlar" yerləşirdi. Onun yerində hazırda yaşıl rənglə boyanmış ajur, metallik köşk görmək olar.

Parkdakı romantik əfval-ruhiyyəni dərin uçurum üzərindən salınmış körpü qalıqları daha da vurğulayır. Müharibədən sonra, körpü qalıqlarından yalnız şərq söykənəcəyi və pudoss daşından nəhəng güldanlarla bəzədilmiş iki postament salamat qalmışdı. Körpünün məhz bu cür adlandırılmasının əsas səbəbi isə, tikinti zamanı Menşikov sarayı xarabalıqlarının yaxınlıqda aşkar olunması idi.

Kompozisiya həlli, topoqrafiyanın mahir istifadəsinə və bitkilərin nizamla klassifikasiyasına görə, Aleksandriya park-mənzərə üslubunun gözəl nümunəsi və XIX əsrin rus landşaft memarlığının ən görkəmli abidələrindən biridir.

Parkın kompozisiyasının mərkəzində Nikola xiyabanı durur ki, onu düz xətt üzrə qərbdən şərqə doğru kəsir - daş divarda yerləşən eyni adlı darvazadan Böyük gölməçəyə kimi, burada isə həmin xətt gölməçəni kəsərək parkın şərq sərhəddinə çatır. Nikola xiyabanı parkı şimal və cənub hissələrə - sahilyanı və dağlıq əraziyə bölür. Aleksandriyanın qalan digər yolları mənzərə park tikintisinə xarakterik olan dolama formasındadır.

Kottec