Vasadze Akaki Alekseyeviç (; ) — sovet gürcü aktyoru, teatr rejissoru və pedaqoqu, SSRİ xalq artisti (1936), üç dəfə "Stalin" mükafatı (1942, 1946, 1951) laureatı.

Həyatı 1899-cu il iyulun 25-də Kutaisidə, indiki Gürcüstan ərazisində anadan olmuşdur. 1909–1918-ci illərdə Kutaisi zadəgan gimnaziyasında təhsil almışdır.

1917–1918-ci illərdə Kutaisi teatrında rəssam-dekorator kimi çalışmış və ilk dəfə səhnəyə də burada çıxmışdır. 1918–1920-ci illərdə Q. Cabadari adına Tbilisi dram studiyasında, eyni zamanda Tiflis Universitetinin tarix fakültəsində təhsil almışdır.

1920–1921-ci illərdə Tbilisi Dövlət Dram Teatrının aktyoru olmuşdur. 1921-ci ilin yanvar–mart aylarında Batumidə, Aspindzada batalyonun əsgəri olmuş, həmin ilin mart–avqust aylarında isə Batumi şəhər teatrında aktyor kimi fəaliyyət göstərmişdir.

1921–1958-ci illərdə Şota Rustaveli adına Gürcü Dövlət Akademik Teatrının aktyoru olmuşdur (Tiflis). Bu teatrda 1935–1942-ci illərdə bədii hissə müdiri, 1938–1942-ci illərdə teatr direktoru, 1948–1955-ci illərdə isə baş rejissor vəzifələrində çalışmışdır.

1934–1936-cı illərdə X. Nuradilov adına Çeçen Dövlət Dram Teatrında (Qroznı) çalışan çeçen artistləri qrupuna rəhbərlik etmişdir. 1958–1969-cu illərdə Lado Mesxişvili adına Gürcü Teatrının (Kutaisi) bədii rəhbəri olmuşdur. 1969–1978-ci illərdə isə Rustaveli adına Dövlət Akademik Teatrında aktyor və rejissor kimi fəaliyyətini davam etdirmişdir.

1923-cü ildən etibarən filmlərdə çəkilməyə başlamışdır. 1924–1939-cu illərdə Ş. Rustaveli adına Tiflis Dram Teatrı studiyasında rejissor-pedaqoq, 1939–1948-ci illərdə isə Ş. Rustaveli adına Tiflis Teatr İnstitutunda pedaqoq kimi çalışmışdır. 1947-ci ildən aktyor sənəti kafedrasının professoru olmuşdur.

1939-cu ildən ÜİK(b)P üzvü olmuşdur. Gürcüstan SSR Ali Sovetinin 1–4-cü çağırış deputatı seçilmişdir.

A. A. Vasadze 3 aprel 1978-ci ildə Tiflisdə vəfat etmişdir. O, yazıçıların, ictimai xadimlərin və alimlərin dəfn olunduğu Didube panteonunda dəfn edilmişdir.

İstinadlar

Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr teatr rejissorları