Simvol () — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması.
Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir.
Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür.
Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.
Simvolik rəmzlər Göyərçin — sülh, əmin-amanlıq Şir — qüvvət, güc Canavar — acgözlük Tülkü — hiyləgərlik Durna — qəm, kədər, həsrət
Həmçinin bax Linqvistika Azərbaycanda simvol və ornamentlər
İstinadlar
Ədəbiyyat Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi. IX–XI siniflər üçün dərs vəsaiti. III nəşr. Bakı, "Maarif", 2002. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xarici keçidlər
Kateqoriya:Məcazlar Kateqoriya:informatika Kateqoriya:Simvolizm Kateqoriya:Simvollar Kateqoriya:Fəlsəfi anlayışlar