Fallout 3 () — "Bethesda Game Studios" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan döyüş rol videooyunu. "Fallout" oyun seriyasındakı 3-cü əsas epizoddur (bütövlükdə 5). Bu, "Bethesda"nın franşizanın hüquqlarını "Interplay Entertainment"dən əldə etməsindən sonra tərtib olunmuş ilk "Fallout" buraxılışıdır. Oyun əvvəlki buraxılışlardakı ikiölçülü izometrik qrafika və növbə əsaslı döyüş əvəzinə üçölçülü qrafika və real zamanlı döyüşündən istifadə edir. Oyun 28 oktyabr 2008-ci ildə Şimali Amerikada, 31 oktyabr 2008-ci ildə Avropa və Avstraliyada, 4 dekabr 2008-ci ildə Yaponiyada "Microsoft Windows", "PlayStation 3" və "Xbox 360" platformaları üçün satışa çıxarılmışdır. Həmçinin, "Fallout 3" 11 noyabr 2015-ci ildə Fallout 3 "Xbox One" və sonrakı "Xbox Series X/S" üçün geriyə uyumlu olaraq buraxılmışdır.

Oyunun hadisələri ABŞ-nin Vaşinqton şəhərini, həmçinin Virciniya, Merilend və Pensilvaniya ştatlarının şəhərətrafı hissəsini əhatə edən "Paytaxt çöllüyü" () adlı regionda cərəyan edir. Oyunun əsas hekayəsi "Fallout 2"-nin hadisələrindən 36 il sonra və "Böyük müharibə"dən () 200 il sonra, yəni 2277-ci ildə baş verir. Buna baxmayaraq, "Fallout 3" əvvəlki oyunun birbaşa sikveli deyil. Oyunçu "Yalnız didərgin" () adlı bir personajı idarə edir. Oyunçu personaj 101 nömrəli sığınacaqda () böyümüş bir yeniyetmədir. "Yalnız didərgin" sığınacaqdan qaçmış atası Ceymsi axtarmaq məqsədilə oranı tərk edir və "Paytaxt çöllüyü"nə üz tutur. O, bu yolda özünü təmiz, kütləvi istehsal olunan, şüalanmamış içməli suyu yenidən reallığa çevirməyə çalışmaq uğrunda, həm də Polad qardaşlığı () və Anklav () arasındakı mübarizədə tapır.

"Fallout 3" tənqidçilər tərəfindən müsbət rəylər almışdır və bir sıra "İlin oyunu" mükafatlarını qazanmışdır. Müsbət fikirli tənqidçilər oyunun açıqfikirli geympleyini və çevik personaj tənzimləmə sistemini yüksək qiymətləndirmişdir. Bu, indiyə qədər hazırlanmış ən yaxşı videooyunlarından biri hesab olunur. "Fallout 3" videooyunu kommersiya baxımından "Bethesda"nın əvvəlki buraxılışı "The Elder Scrolls IV: Oblivion"dan daha uğurlu olmuşdur və ilk həftəsində demək olar ki, 5 milyon kopyası satılmışdır. "Bethesda" oyunun satışa çıxarılmasından sonra beş endirilə bilən məzmun buraxmışdır. Oyun satışa çıxarıldıqdan sonra Avstraliyada məzmununda narkotikdən istifadənin nümayiş etdirilməsi, oyunçu personajda alkoqolizm və narkotik maddələrə aludəçilik yaranması imkanına görə, Hindistanda isə mutasiyaya uğramış mal-qaranın hinduizmdəki brahmanın adını almasına görə qalmaqallara səbəb olmuşdur. "Fallout 3"dən sonra 2010-cu ildə "Obsidian Entertainment" tərəfindən istehsal olunmuş "Fallout: New Vegas" spin-off videooyunu, 2015-ci ildə isə "Fallout" seriyasındakı dördüncü əsas buraxılış olan "Fallout 4" satışa çıxarılmışdır.

Geympley

Personaj yaradıcılığı

Sağlamlıq, silah və geyim

V.Y.H.S.

Yoldaşlar

Süjet Qurma

Məzmun

Broken Steel sonluğu

İstehsal Interplay Entertainment

Bethesda Softworks

Musiqi və səs

Buraxılış Treylerlər

Kinofestival

Pərakəndə versiyalar

Endirilə bilən məzmun

Qəbul Tənqidçilərin mövqeyi

Satışlar

Mükafatlar və irsi

Texniki problemlər

Qalmaqal və fandom

Regional variantlar Narkotikə istinadlar

Hindistanda

Yaponiyada

Qeydlər

İstinadlar

Xarici keçidlər

Məlumat

3 Fallout 3 — seriyanın rəsmi Vikiyasında.

Treylerlər

Kateqoriya:Fallout oyunları Kateqoriya:Bethesda Game Studios oyunları Kateqoriya:Döyüş rol oyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:2008-ci ilin videooyunları Kateqoriya:Hadisələrin XXIII əsrdə cərəyan etdiyi videooyunlar Kateqoriya:Üçüncü şəxs atıcılar Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Alternativ sonluqlu videooyunlar Kateqoriya:Protaqonistlərin genderlərini seçmək imkanı yaradan videooyunlar Kateqoriya:Gamebryo oyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Musiqisi İnon Zur tərəfindən bəstələnən videooyunlar Kateqoriya:Windows videooyunları Kateqoriya:Videooyun sikvelləri