Əliyev Yaşar Məmmədəli oğlu () — nasir, tərcüməçi, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi(2010)

Həyatı Yaşar Əliyev 1963-cü il may ayının 3-də Bakının Əmircan kəndində anadan olub. Burada 226 №-li orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib (1981-1983). Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1983-1989). Eyni zamanda Bakının Nizami rayonunda Yeyinti ticarəti idarəsində komsomol katibi olub. Sonra "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti (1986-1989), Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi "Xəzər" jurnalında şöbə müdiri (1989-1991), Azərbaycan Dövlət Teleradio Yayımı Komitəsində redaktor (1991-1992), Suraxanı rayon İcra hakimiyyətində şöbə müdiri (1992-1993), Əzizbəyov rayon İcra hakimiyyəti başçısının müavini (1993-1995) vəzifələrində işləyib. 1995-ci ildən "525-ci qəzet"in, 2005-ci ildən isə "Xəzər" jurnalının redaktorudur.

Bütün bu illər ərzində dövri mətbuatda hekayə və məqalələrlə çıxış edib. İlk mətbu hekayələri -"Canavar" və "Oğul" 1987-ci ildə "Ulduz" jurnalında çıxıb. Xuan Rulfonun "Pedro Paramo" romanını, Matilda Urrutianın "Pablo Neruda ilə birlikdə yaşanan ömür" adlı xatiratlar toplusunu Azərbaycan dilinə çevirib. Hekayələri bir sıra xarici dillərə tərcümə olunub. Ssenarisi əsasında "Divar" - eyniadlı film çəkilib.

Şair Ramiz Rövşənin qardaşıdır.

Mükafatları 21 iyul 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb

Əsərləri Yeddi (hekayələr). Bakı: Yeni Nəşrlər Evi, 1998, 104 səh.

Tərcümələri Xuan Rulfo. Pedro Paramo (roman). "Xəzər", N4, 2004, səh 30-75. Matilde Urrutia. Pablo Nerudayla yaşanan ömür. "Xəzər", N1, N2, N3, N4, 2006.

Filmoqrafiya Divar (film, 1991) (ssenari müəllifi)

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:525-ci qəzetin jurnalistləri Kateqoriya:Xəzər Rayon İcra Hakimiyyətinin başçılarının müavinləri Kateqoriya:Azərbaycanın kişi jurnalistləri