Mürəbbe (ərəbcə: dördlük) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması.
Mürəbbe 4 misra olmaqla 5-7 bənddən ibarət olur. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 3 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyə quruluşu aaaa, bbba, vvva və s. şəklindədir. Bəndlərin son misrası nəqərat şəklində olur.
Müasir ədəbiyyatda mürəbbenin ifadə imkanları qismən dəyişmişdir.
Məhəmməd Füzulinin "Gözüm, canım, əfəndim sevdigim, dövlətli sultanım!" nəqəratli mürəbbesi məşhurdur.
Mürəbbedə hər bəndin axırıncı misraları təkrar da ola bilər. Məsələn "Leyli və Məcnun" poemasında Qeysin — Məcnunun dilindən verilən Mürəbbedə hər bəndin axırında "Qanı, ey zalım, bizimlə əhd-peyman etdiyin?" misrası təkrar olunur.
Həmçinin bax Müsəbbe Müsəddəs Sonet
İstinadlar
Ədəbiyyat Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.129 Ədəbiyyat (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait), Bakı, TQDK, 2010. səh. 621
Xarici keçidlər MÜRƏBBE - Səsli şeir (Məhəmməd Füzuli) — YouTube saytı
Kateqoriya:Lirik növün janrları