Tofiq Heydərov () — Azərbaycanı təmsil edən ağır atlet, "AAAF İnşaat MMC"-nin təsisçisi, "Zirvə" Beynəlxalq İdman Klunun prezidentidir.
Həyatı Tofiq Mirhəsən oğlu Heydərov 1972-ci il iyulun 16-da Lənkəran şəhərində anadan olub. 1980-ci ildə Lənkəran şəhərində əvvəllər yəhudi sineqoqu olmuş binada ağır atletika ilə məşğul olmağa başlayıb. 1988-ci ildə SSRİ idman ustası adını alıb. 1990–1995-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda ali təhsil alıb. 16 iyul 1992-ci ildə Lənkəran şəhər Bədən tərbiyəsi və idman Komitəsinin sədri təyin edilib.
Ailəlidir, beş qızı var.
Karyerası Tofiq Heydərov 1990-cı ildə yeniyetmələrdən ibarət SSRİ yığmasının heyətində Macarıstanın Sezsard şəhərində baş tutan Dostluq Oyunlarında mübarizə apardı və üç qızıl medala sahib olub.
Tofiq Heydərov 1992-ci ildə müstəqil Azərbaycanı İranın Təbriz şəhərində baş tutan Asiya Çempionatında təmsil edib. 1996-cı ildə isə o, Norveçin Stavanger şəhərində baş tutan Avropa Çempionatında beşinci pillənin sahibi olub və olimpiya lisenziyası əldə edib.
Tofiq Heydərov Azərbaycanı 1996-cı ildə Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil etdi. Tofiq Heydərov birdən qaldırma mərhələsində birinci cəhdində 150.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 160.0 kiloqramlıq ştanqı qaldırmağa çalışsa da, bu cəhdi uğursuz oldu. Sonuncu cəhdində isə Tofiq Heydərov 162.5 kiloqramlıq ştanq sifariş verdi və bu səfər də ştanqın öhdəsindən gələ bilmədi. Bununla da Tofiq Heydərov birdən qaldırmada 150.0 kq nəticə göstərdi. Təkanla qaldırmada onun birinci sifarişi 180.0 kiloqramlıq ştanq oldu. Həmin ştanqın öhdəsindən gələn Tofiq Heydərov, növbəti cəhdində 190.0 kiloqramlıq ştanq sifariş verdi. Bu səfər onun cəhdi uğursuz oldu. Sonuncu cəhdində də həmin ştanqın öhdəsindən gələ bilməyən Tofiq Heydərov, təkanla qaldırmada 180.0 kq nəticə göstərdi. Bununla da Tofiq Heydərov ümumi nəticədə 330.0 kq nəticə göstərdi və 20 idmançı sırasında 11-ci pillənin sahibi oldu.
Dəfələrlə Azərbaycan Çempionatının qalibi olan Tofiq Heydərov 2001-ci ildə idmala vidalaşdı.
İdmandan sonra Tofiq Heydərov 2010-cu ildə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postuna təyin edilib. 2011-ci ildə öz xahişi ilə vəzifəsindən istefa verib.
2001-ci ildə "AAAF İnşaat MMC"-ni təsis edib. 2006-cı ilin noyabrında rəsmi fəaliyyətə başlayan "Zirvə" İdman Klubunun təsisçisi və prezidentidir.
Nəticələri İlTurnirEv sahibiBirdən qaldırmaTəkanla qaldırmaÜmumiYerNəticəNəticə1994Dünya Çempionatı Türkiyə142.5150.0155.0150.0175.0—175.0325.0201996Avropa Çempionatı Norveç145.0145.0152.5152.5182.5187.5187.5182.5335.05Olimpiya Oyunları ABŞ150.0160.0162.5150.0180.0190.0190.0180.0330.0111997Avropa Çempionatı Xorvatiya160.0160.0160.0———1998Avropa Çempionatı Almaniya157.5157.5157.5157.5185.0192.5197.5197.5350.014Dünya Çempionatı Finlandiya155.0160.0160.0155.0185.0195.0195.0185.0340.0151999Avropa Çempionatı İspaniya150.0150.0152.5150.0180.0180.0180.0——2001Dünya Çempionatı Türkiyə150.0155.0160.0160.0180.0190.0190.0190.0340.016
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi ağır atletləri Kateqoriya:Azərbaycanın olimpiya ağır atletləri Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimləri Kateqoriya:Azərbaycan iş adamları