Zeynalov Sərdar Bahadur oğlu (2 fevral, 1952, Bakı) — kimya elmləri doktoru, professor. Kimya Problemləri İnstitutunun Bioloji aktiv maddələr sektorunun müdiri.
Həyatı Sərdar Bahadur oğlu 2 fevral 1952-ci ildə Bakı şəhərində anadan olub. V.İ.Lenin adına Azerbaycan Müəllimlər İnstitutunu bitirib. Kimyaçıdır.
AMEA akad.M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Biomimetik kataliztorlar üçün üzvi liqadların sintezi" laboratoriyasının müdiri vəzifəsində çalışan Sərdar Bahadur oğlu Zeynalov 29.12.2021-ci ildə vəfat etmişdir.
Əsas elmi nailiyyətləri Alitsiklik sırasının sadə-mürəkkəb və gilcidil efirlərin alınma prosesi işlənmişdir. Onların alınma mexanizmi və kinetikası tədqiq edilmişdir. sintez edilmiş maddələr sintetik yağların aşkarlar, plastifikatorlar ətirli maddələr, lak boyalar və yapışqan kompoziya kimi istifadə olunmuşdur. Epixlorhidridlərin aromatik turşularla oksiturşularla, aminlərlə və aminoturşularla reaksiyasının mexanizmi və kinetikası tədqiq olunmuşdur. Bioaktiv maddələrin və maye kristalların xassələrinə malik olan çoxfunksional birləşmələr sintez edilmişdir.
AMEA Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda elmi fəaliyyətini davam etdirir.Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutuElmlər doktorlar ı
Əsərləri
203 elmi əsər və 2 monoqrafiyanın müəllifidir.
Kitabları: С.Б.Зейналов, Т.Н.Кязимова, С.К.Шарифова. Эпихлоргидрин. Изд-во "Элм", 2000. S.B.Zeynalov, S.Bağırzadə, Qasımova, İ.Ş.Hüseynov. Patent İxtira i 20080133. Aminturşuların aminlərinin alınma üsulu. И.Ш.Гусейнов, С.Б.Зейналов, С.К.Шарифова. О механизме реакции эпихлоргидрина с параамино- салициловой кислотой. Azərbaycan Texniki Universiteti, Elmi Əsərlər, Fundamental Elmlər, Bakı, 2007, №2, cild VI (22), s.79. И.Ш.Гусейнов, С.Б.Зейналов. Исследование антиокислительной активности эпоксиаминов и биологической активности 1,3-диаминопропанолов-2. Kimya Problemləri Jurnalı, Bakı, 2008, №1, с.65.
İstinadlar
Kateqoriya:Kimya elmləri doktorları Kateqoriya:Azərbaycan kimyaçıları Kateqoriya:Azərbaycanlı kimyaçılar Kateqoriya:Bakıda doğulanlar