İlham Əlisəftər oğlu Əliyev () — Azərbaycan Milli Məclisinin IV və V çağırış deputatı (2010–2020).
Həyatı və fəaliyyəti İlham Əliyev 1967-ci il aprelin 26-da anadan olub. Bakı Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir.
Azərbaycan Milli Məclisinin IV və V çağırış deputatı seçilmişdir.
Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olmuşdur.
Ailəsi Ailəlidir, üç övladı var. AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.
Həbs edilməsi İlham Əliyev karantin qaydaları pozuntularına yol verərək toy məclisi təşkil etdiyinə görə Abşeron Rayon Məhkəməsinin 22 avqust 2020-ci il tarixli Qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 15 gün inzibati həbs cəzası almışdır.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri