Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır.

Əhalisi Əhalisi 1665 nəfərdir.

Tanınmış şəxsləri Soltanağa Bayramov — Azərbaycanın Milli Qəhrəmanı.

İqtisadiyyatı Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır.Hallabonq bağlarının sahəsi 100 hektara çatdı. marja.az, 28.01.2019 Şürük kənd inzibati ərazi dairəsi sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Şürük kənd inzibati ərazi dairəsində şəhər İcra hakimiyyəti başçısının nümayəndəliyi, Şürük bələdiyyəsi,  1 tam orta məktəb, 2 ümumi orta məktəb 1 körpələr evi - uşaq bağçası, Regional Təlim Mərkəzi, Əkinçilik İnstitutunun Lənkəran dayaq məntəqəsi, Dövlət Maşın Sınaq Stansiyası, Türkəkəran kənd Mədədniyyət evi, 4 məscid, rəqəmsal tipli 1 elektron ATS, 1 poçt şöbəsi, 1 ambulator xəstəxana, 2 tibb məntəqəsi, “Avroaziya” şirniyyat evi, digər ictimai  iaşə və xidmət obyektləri fəaliyyət göstərir.

Din Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Həmçinin bax

Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri