İzlənilən () — baş rolda Kristofer Lambertin oynadığı döyüş filmi.
Məzmun Yaponiyaya iş görüşməsi keçirən amerikalı biznesmen Pol Rasin yapon qız Kirana ilə tanış olur. Gecəni otel otağında bir yerdə keçirdikdən sonra, qız Rasinin getməsini istəyir. Rasin otağı tərk etsə də, liftdə olanda otağın açarının özündə olduğunu görür və qaytarmaq üçün Kirananın yanına dönür. Otağa daxil olarkən Kirananın 3 nindzanın əhatəsində olduğunu görür. Kirananın öldürmək üçün göndərilən nindzaların başçısı Kindzö qızın son arzusu ilə maskasını çıxarıb üzünü göstərir. Olaya müdaxilə edən Rasin nindzaların zəhərli surikeni ilə yaralanır. Kirinanın isə başı kəsilir.
Uğurlu cərahiyyə əməliyyatı nəticəsində Rasin sağ qalır. Onun cərrahı isə məşhur samuray Takedaya müraciət edərək, Rasini yaralayan surikenin şəklini göstərir. Cənab və xanım Takedalar xəstəni ziyarət edirlər. Onlar Rasinə Makato klanına aid nindzalar tərəfindən yaralandığını izah edirlər. Həmçinin bildirirlər ki, Kendzönün üzünü klan xaricində heç kəs görmədiyindən Rasinin həyatı təhlükədədir.
Rasin əvvəlcə onlara inanmasa da, onu öldürmək üçün xəstəxanaya gələn nindzalardan qurtulduqdan sonra Takedalarla əlaqə saxlayır. Dəmir yolu stansiyasında Takedalarla görüşən Rasin onların himayəsi altında qatarla yola düşür. Qatarda nindzalar tərəfindən onu öldürməyə daha bir cəhd edilir. Amma Takeda həyat yoldaşının köməyi ilə onları məhv edir.
Məlum olur ki, Takeda samuray nəslinin Makato nindza klanı ilə öz hesabı olduğu üçün Rasin birincilər tərəfindən himayəyə götürülmüşdür. Rasin Takedanın döyüş sənəti məktəbi olan adasına gətirilir. 3 həftə ərzində Rasin Takeda üçün qılınc hazırlayan dəmirçi ilə birgə vaxt keçirir, döyüş sənəti və yapon dili ilə bağlı primitiv biliklər əldə edir.
Rasini ələ keçirmək üçün Kindzö və adamları Takedanın adasına gəlir. Beləliklə, samuraylar və nindzalar arasında qanlı və sonuncu döyüş başlayır.
Rollarda Kristofer Lambert — Pol Rasin Con Loun — Kindzö Coan Çen — Kirina Yosio Harada — sensey Takedo Yoko Simada — Mieko Takedo
Xarici keçidlər
Kateqoriya:1995-ci ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Nindzalar haqqında filmlər Kateqoriya:ABŞ-nin döyüş incəsənət filmləri Kateqoriya:1995-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Qeyri-yapon mədəniyyətində Yaponiya Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:İngilis dilində döyüş filmləri