Nahanni Milli Parkı — Kanadada yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmişdir.

Haqqında Nahanni Milli Parkının sahəsi 476.560 ha olub əl dəyməmiş çay, kanyon və mağaralardan ibarətdir. Milli parkda 4 nadir quş növü yaşayır: Pereqrin Şahini, Qızıl qartal, Keçəl qartal və Truba Qu quşları. Park Kanadanın şimal-qərb bölgəsində olub ildə təxminən 5000 ziyarətçisi var.

Parkın ortasından Cənubi Nahanni çayı axır. Çay Birinci, İkinci, Üçüncü və Dördüncü deyə adlandırılan, 1000 metr dərinliyindəki 4 böyük kanyonun içindən keçir. Nahanni adı Kanadanın ilk yerli xalqı olan Dene xalqının dilində "Nahak xalqının çayı" deməkdir. 500 metr yüksəkliyindəki Virciniya şəlalələri Nahanni Milli Parkındadır.

Nahanni Milli Parkı 1978-ci ildə 24-cü üzv kimi YUNESKO-nun Dünya irsi siyahısına düşmüşdür.

İstinadlar

Kateqoriya:Kanada milli parkları Kateqoriya:1976-cı ildə yaradılmış qoruq əraziləri Kateqoriya:1972-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Lənətlər Kateqoriya:Kanadadakı ümumdünya irsi