Həyat, sən nə qəribəsən — 2013–2016-cı illərdə yayımlanan serial. Serial "Xəzər" televiziyasının xüsusi layihəsi olaraq ərsəyə gəlib. Çəkilişlərinin əsas hissəsi AAAF Parkda aparılırdı.
Məzmun Serial uşaqlıqda ata-anası öldürülmüş yetim bir qızın həyatından bəhs edir. Serialın qəhrəmanı Həyat əmisinin himayəsində yaşayır. Günlərin birində varlı ailənin oğlu Sadiqlə rastlaşır. Xalası qızına nişanlı olsa da, qəlbi boş, tənha Sadiq ona vurulur.
Həyat rolunun ifaçısı, Gənclər Teatrının aktrisası Asya Atakişiyevadır. Onun personajı səmimidir, mərddir, mayası yaxşılıqdan yoğurulub, pislik nədir bilmir, alnının təri ilə çörəyini qazanır. Gördüyü ən kiçik haqsızlığa belə dözə bilmir, ürəyindən qara qanlar axır, o, bütün varlığı ilə daim böyüdüyü mühitlə, ədalətsiz düzənlə ziddiyyət içindədir. Keçmişin ağrılı-acılı günləri tez-tez onun yaddaşında oyanır, onu rahat buraxmır, addımbaaddım təqib edir. Ancaq o, başa düşür ki, möhkəm olmalı, dözməli, hər cür çətinliyə mətanətlə sinə gərməlidir və sair və ilaxır.
Asya Atakişiyevanın tərəf-müqabili Sadiq rolunun ifaçısı Tural Baxış Həyatın başqa birisinə nişanlı olduğunu biləndə üzündə insan əzabının son həddi görünür. Serialın quruluşçu rejissoru, Türkiyənin təcrübəli rejissorlarından sayılan, uzun müddət TRT-1 və STV kanalında quruluş verdiyi serialları ilə tanınan Naci Çelik Berksoy, Serialın rejissoru isə "Aramızda qalsın" serialı ilə tanınan gənc rejissor Ramin Nəbiyevdir.
Serialın baş prodüseri, həkim obrazının ifaçısı Şahin Yusifovdur.
Serialın ssenaristi Valeh Əhmədov, əsas rollarda isə — Asya Atakişiyeva, Tural Baxış, Zülfiyyə Qurbanova və Ruslan İsmayılovdur. Gənc aktyor Elsevər Mehdizadə serialda "Nofəl" obrazına çəkilir
Rollarda Aktyor (Aktrisa) Rol Haqqında Asya Atakişiyeva Həyat Kazımbəyli Aydın və Sevdanın qızıdır. Uşaqlıqda ata-anası öldürülmüşdür. Tural Baxış Sadiq Ziyadxanlı Rafiq və Elmiranın oğludur. Nəzrin və Həsrətin qardaşıdır. 528.bölümdə əslində Sadiq Ziyadxanlının Rafiq və Elmira tərəfindən övladlığa götürüldüyü ortaya çıxmışdır. Suğra Bağırzadə Ülviyyə Xanlarova Kamandarın həyat yoldaşıdır. Tunar və Səbinənin anasıdır. Tamillanın bacısıdır. Banunun xalasıdır. Elvin Ağayev Həsrət Ziyadxanlı Rafiq və Sevincin oğludur. Sadiq və Nəzrinin qardaşıdır. Anası ölənə kimi anasıyla yaşayırdı. Atasını tanımırdı. Atasının Rafiq Ziyadxanlı olduğunu öyrəndi. Həyat ilə nişanlıdır. Daha sonra Sadiq ilə barışıb. Cavad ilə Həyata kömək edir. Zülfiyyə Qurbanova Ağca Kazımbəyli Həyatın əmisi qızıdır. Xalidə və Hikmətin qızıdır. Höküməni öldürüb. Sadiq ilə evlidir. Ləman ilə yola getmir. Həyat və Həyat Cəfərzadə ilə düşmən idi. 558.bölümdə Həyat Cəfərzadə ilə birgə əmisi qızı Həyat Kazımbəylini döydü. Daha sonra 559.bölümdə Ağca Həyat ilə barışmışdır. Ailəsinə törətdiyi bütün günahlarını boynuna aldı. Peşman oldu. 560.bölümdə Ağca Cavid ilə evləndi. Oğlu oldu. İliyindən Həyata verdilər. Həyat sağaldı. Aysel Nəsirzadə Ləman Restoranda piano çalır. Nəzrinin rəfiqəsidir. Rafiq ilə evlidir. Keçmişdə Araz ilə sevgili olublar. Ağca ilə yola getmir. Daha sonra Rafiqi tərk edib. Arazı sevir. Həyat ilə dostdur. Elsevər Mehdizadə Nofəl Mehdiyev Gizli Polisdir. Camal Rəis tərəfindən Rafiqin yanına yerləşdirilmişdir. Fidanın həyat yoldaşıdır. İltifatın atasıdır. Nəzrinin keçmiş həyat yoldaşıdır. İzaməddin Bağırov Rasim Kazımbəyli Abdullahın oğludur. Aydın və Hikmətin qardaşıdır. Həyat, Araz və Ağcanın əmisidir. Firuzənin həyat yoldaşıdır. Rəşad, Cavid və Fidanın atasıdır. Çoxlu içki içir. 175.bölümdə Firuzəni döyüb lal etmişdir. 177.bölümdə gecə evdəkiləri, evini yandırmaq istəyirdi. Qumarda Fidanı Teymura uduzub. 202.bölümdə Rəşad tərəfindən bıçaqlanıb. Sonrasında hər şeyə görə peşman olub. Daha sonra siqareti də, içkini də atdı. Təvəkkül Əhmədov Abdullah Kazımbəyli Aydın, Hikmət və Rasimin atasıdır. Həyat, Araz, Ağca, Rəşad, Cavid və Fidanın babasıdır. İlqar Musayev Rəşad Kazımbəyli Camal Rəisin polisidir. Komissardır. Rasim və Firuzənin oğludur. Cavid və Fidanın qardaşıdır. Nofəl, İltifat və Altayın dostudur. Xəyaləni sevir. Daha sonra Xəyalə ilə evlənib. Güşvər Şərifova Firuzə Kazımbəyli Rasimin həyat yoldaşıdır. Rəşad, Cavid və Fidanın anasıdır. Namiqin bibisidir. Fuad tərəfindən bıçaqlanıb. Mətanət Atakişiyeva Dünya Zəkizadə Nazimin bacısıdır. Murad, Fuad və Xəyalənin bibisidir. Ramizin həyat yoldaşıdır. Aydan və Gülşənin anasıdır. Daha sonra Rəşada göz dikib. Sonra 507.bölümdə tibb bacısına Xəyaləni öldürtmüşdür. Qaçarkən Banu Mütəllibova onu tutmuşdur. Xəyaləni qəsdən öldürtdüyünə görə 540.bölümdə 15 il cəza olaraq həbsxanaya girmişdir. 560.bölümdə həbsxanada Murad və Gülşənin nişanladığını görüb. Nigar Məmmədova Gülşən Ramiz və Dünyanın qızıdır. Aydanın bacısıdır. Əvvəl Teymur ilə sevgili olub. 442.bölümdə Nofəl Teymuru vurmaq istəyərkən Gülşən özünü güllənin qabağına verdi. Sonra Teymurdan ayrılıb. 560.bölümdə anası Dünyanın qaldığı həbsxanada Muradla nişanladı. Elnur Hüseynov Cavid Kazımbəyli Rasim və Firuzənin oğludur. Rəşad və Fidanın qardaşıdır. 144.bölümdə Ağca ilə nişanlayacağı gün Cavid nişanlamaq istəmədi. Sonra 147.bölümdə Ağcanın Sadiqi sevdiyini öyrənib. 560.bölümdə Ağca ilə evlənib. Bunu da 1.sezonda istəyirmiş. Oğlu oldu. İliyindən Həyata verdilər. Həyat sağaldı. Şahin Nəsirov Cavad Rafiq və Hökümənin dayısıdır. Sürəyyanın qardaşıdır. Həyat yoldaşı Telman tərəfindən öldürülüb. Araz tərəfindən bıçaqlanıb. Həsrət ilə Həyata kömək edir. Şirzad Pirallahı Altay Qasımov Camal Rəisin polisidir. Çox təcrübəli döyüşçüdür. Rəşad, İltifat və Nofəlin dostudur. Kamandarın qardaşıdır. Teymur, Fəridə, Tunar və Səbinənin əmisidir. Əvvəl Şəbnəmi sevirdi. İndi Aydanı sevir. Daha sonra Şəbnəmin və Aydanın Kamandar tərəfindən öldürüldüyünü öyrəndi. 555.bölümdə Aydanın qəbrində Kamandarı silahla vurdu. Kamandarı vurduğuna görə özünü tutdurmuşdur. Elşən Talıbov Araz Kazımbəyli Aydın və Sevdanın oğludur. Həyatın qardaşıdır. Telman tərəfindən qaçırılıb. Cavadı bıçaqlayıb. Ata-anasını qəzada itirdiyini zənnedirdi. Uşaq evində böyüyüb. 2 il dəlixanada yatıb. Sonra çıxıb. Abdullahı qocalar evindən öz evinə gətirib. Ləman ilə keçmişdə sevgili olublar. Ağcanı sevir. Sonra Ağcanın kim olduğunu öyrənib. Ləmanı sevir. Ruslan İsmayılov Fuad Zəkizadə Nazim və Məlahatin oğludur. Murad və Xəyalənin qardaşıdır. Fəridənin keçmiş yoldaşıdır. Sevdanın atasıdır. 178.bölümdə Ülkəri maşınla vurub. 247.bölümdə Rəşadı bıçaqlamışdır. 266.bölümdə Fidan tərəfindən silahla vurulmuşdur. 474.bölümdə Firuzəni bıçaqlamışdı. 521.bölümdə Fuad Teymuru vurmuşdu. 522.bölümdə Teymur və Fəridənin bacı qardaş olduğunu öyrəndi. Biləndən sonra Teymuru vurduğuna görə peşman oldu. Teymurla barışdı. 556.bölümdə Sevdanı gördü. Sevda Fuad və Fəridənin qızıdır. Həyatı anası zənnedirdi. Uşaq evində yaşayıb. 177.bölümdə Sevda Fəridə ilə xaricə getmişdir. 556.bölümdə təkrar ortaya çıxdı. Atası Fuadı gördü. 559.bölümdə Ülviyyə tərəfindən silahla vurulub. Sonra Sevda sağaldı.ÜmidXəyalə və Bəhruzun oğludur. Bəhruz gedəndən sonra Rəşad ona atalıq edib.SəbinəRəşad və Xəyalənin qızıdır. 506.bölümdə anadan olub. Xəyalə öləndən sonra Rəşad onu başqasına satdı. Onlar da Ülviyyəyə satdılar. 556.bölümdə təkrar Rasimin evinə qayıtdı. 557.bölümdə isə Ülviyyə onu yenidən götürdü. 560.bölümdə isə yenə Rəşadda oldu.İltifat MehdiyevNofəl və Fidanın oğludur. 560.bölümdə anadan olub. Onun adı Atası Nofəlin özü kimi polis olan dostu İltifatın şərəfinə qoyulub. Çünki 560.bölümdə Mütəllim Nofəli öldürmək istəyərkən İltifat özünü güllənin qabağına atıb və ölüb.Cavid və Ağcanın oğludur. 560.bölümdə anadan olub. Həyata onun iliyi verilmişdir. Həyat sağaldı. Vüsal Mustafayev Murad Zəkizadə Nazim və Məlahatin oğludur. Fuad və Xəyalənin qardaşıdır. Nəzrinin keçmiş həyat yoldaşıdır. 229.bölümdə Rəşad tərəfindən bıçaqlanıb. İndi Gülşəni sevir. Sonra Gülşənin əslində Teymuru sevdiyini öyrəndi. 560.bölümdə bibisi Dünyanın qaldığı həbsxanada Gülşənlə nişanladı. Həcər Ağayeva Fəridə Quliyeva Kamandarın qızıdır. Fuadın keçmiş yoldaşıdır. Sevdanın anasıdır. Zülfiyyə Məmmədova Fidan Kazımbəyli Rasim və Firuzənin qızıdır. Rəşad və Cavidin bacısıdır. Nofəlin həyat yoldaşıdır. İltifatın anasıdır. 222.bölümdə Nofəl tərəfindən silahla vurulub. 262.bölümdə Nofəli vurmuşdur. 266.bölümdə Fuadı vurmuşdur. Sonra Xanın adamları tərəfindən silahla vuruldu. 383.bölümdə dayısı gilə getmişdir. 507.bölümdə ortaya çıxmışdır. 548.bölümdə Nofəllə evlənib.Xalidə QuliyevaTamilla MütəllibovaÜlviyyənin bacısıdır. Banunun anasıdır. 531.bölümdə ortaya çıxmışdır. 532.bölümdə bacısı Ülviyyəni görüb. 541.bölümdə Kamandara Fəridənin öz qızı olduğunu deyib. 542.bölümdə qızı Banunu görüb. 553.bölümdə Səbinənin Fəridə tərəfindən öldürüldüyünü öyrəndi. 556.bölümdə Ülviyyəyə dedi. Könül Əbilova Banu Mütəllibova Tamillanın qızıdır. Yeni gələn polisdir. 537.bölümdə ortaya çıxımışdır. Dünya qaçmaq istəyərkən onu tutmuşdur. Sonra onu polis şöbəsinə gətirmişdir. Rəşad Dünyaya şillə vuracakkən Banu imkan verməmişdir. Sonra Banu hərşeyi öyrənib. 542.bölümdə anası və xalası Ülviyyəni gördü. Banu özü kimi polis olan Rəşadı sevir. 556.bölümdə Rəşadın qızını öz evinə apardı. Daha sonra Rəşad Banu ilə edəcəyi toyu pozdu. 560.bölümdə isə Rəşad Banuya yenidən evlilik təklifi etmişdir. Banu da təklifi qəbul etmişdir.
Çıxan Rollar