Finn Kidland () () — norveçli iqtisadçı. 2004-cü ildə Edvard Preskottla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Hazırda Kaliforniya Universitetində işləyir.

Həyatı Finn Kidland 1968-ci ildə Norveç İqtisadiyyat məktəbindən məzun olmuş və 1973-cü ildə Karnegi Mellon Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra Norveç İqtisadiyyat məktəbində köməkçi dosent olaraq işləməyə başlamışdı. 1978-ci ildən isə Karnegi Mellon Universitetində dosent olaraq işləməyə başladı. Finn Kidland həmin müddətdən etibarən ABŞ-də yaşayır.

Finn Kidland 1968-ci ildə Liv Kjellevoldla evlənmişdi. Cütlüyün dörd övladı oldu: oğulları Con Martin və Erik Tomas; qızları Kamilla və Keri. Finn Kidland daha sonra Tonya Skoller ilə evləndi.

Mükafatları 1973 — Aleksandr Henderson mükafatı, Karnegi Mellon. 1982–1983 — Con Staffer Milli Cəmiyyəti, Huver İnstitutu. 2004 — İqtisadiyyat üzrə Nobel mükafatı

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Finn Kidland haqqında Nobel mükafatı e-muzeyində məlumat Finn Kidland haqqında faktlar Finn Kidlandın şəkilləri Finn Kidlandın müsahibəsi Finn Kidlandın İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı

İstinadlar

Kateqoriya:Norveç iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Makroiqtisadçılar