Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın iztirabları təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan “O, xor görüldü” səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin “Haleluya” xoru ilə başa çatan “Tanrının triumfu” hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur.
Məsih oratoriyası
Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...”
Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur:
Struktur və qavram
Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur. İstifadə olunmuş əsas mənbə Əhdi-Ətiq kitablarıdır. İsanın doğulması hadisəsi oratoriyada peyğəmbər Yesayanın (libretto üçün daha çox qəbul edilən mənbə olaraq) sözlərinə əsasən təsvir edilir. Bu səhnədə yalnız Çobanların müjdələnməsi səhnəsində Lukanın İncilinə istinad edilmişdir. Çobanlar və quzu səhnəsi oratoriyanın bir çox səhələrində görünür, məsələn: “O öz sürüsünü çoban kimi bəsləməlidir” ariyasında (yeganə uzun hissədir ki, İsanın yerdəki işlərindən danışırlır), İkinci hissənin açılışında (“Tanrının quzusuna nəzər yetir”), “Hamımız çobana bənzəyirik” xorunda və əsərin bağlanış xorunda (“Quzuya layiq”). Bəzən müxtlif Bibliya kitablarından olan məlumatlar bir səhnədə birləşdirilib, lakin əksərən birinci səhnədə - Xristian inancının elanı, ardıcıl üç hissə, reçitativ, ariya, xor - olduğu kimi, müxtəlif ardıcıl hissələr rabitəli mətn vasitəsiylə birləşdirilir.
Musiqi
Hendel Londonda Məsih oratoriyasını yazdığı zaman, artıq sevilən italyan dilli operaların müəllifi kimi məşhur idi, həmçinin ingilis dilli dini mətnlər əsasında 1713-cü ildə yazılmış "Utrext Te Deum və Yubilate” əsərinin və bir neçə oratoriyanın müəllifi idi. Məsih oratoriyasını da yazarkən o, eyni musiqi texnikasından istifadə etmişdir və bu texnika solo və xor ifasının növbələşməsinə əsaslanır. Çox az səhnələr duet və ya solo və xorun kombinasiyası şəklində yazılmışdır. Sololar tipik reçitativ və ariya kombinasiyasıdır. Ariyalar hava və ya nəğmə adlandırılır, onlardan bəziləri da capo formasına malikdir, lakin bəzən birinci hissə orta hissə arasında təkrarlanaraq maraqlı kontrast yaradır. Hendel, mətni çatdırmaq üçün formatdan azad istifadənin müxtəlif yollarını tapır. Reçitativ (Rec.) şəklində qeyd edilmiş üç “secco” hissəsi yalnız basso continuo ilə müşayiət olunur. "Accompagnato" (Acc.) şəklində qeyd edilmiş reçitativlər isə əlavə simli alətlər vasitəsiylə müşayiət olunur. Hendel həm solo, həm də xor hissələrdə dörd səsli sistemdən istifadə edir - soprano (S), alto (A), tenor (T) və bass (B). Yalnız bir yerdə xor aşağı və yuxarı olmaqla iki hissəyə bölünür və burada SATB başqa yolla qurulur. Orkestrın not düzümü sadədir: qoboylar, simlilər və basso continuo klavesin, violançel, viola və faqot. İki truba və litavr ikinci hissənin bağlanış xoru olan “Haleluya”da olduğu kimi, bəzi hissələrdə yüksəsk səs vurğularını qeyd etmək üçün istifadə edilir. Tanrının nitqini və Haleluya xorunda “Krallar Kralı”nın sözlərini qeyd etmək üçün Hendel uzun təkrarlanan notlarda cantus firmus istifadə edir.
Ümumi qeydlər
Aşağıdakı cədvəldə əsərin hissələri nömrələrlə göstərilmişdir. Məsihin hissələrinin nömrələnməsi üçün iki əsas sistem vardır: 1959-cu ilə aid tarixi Novello nəşri (əvvəlki nəşrlərə əsasən hazırlanmış 53 hissəli) və Hallische Händel-Ausgabe tərkibinə daxil olan Barenreiter nəşri. Müxtəlif hissələrdəki qısa reçitativlər nəzərə alınmasa, ümumilikdə əsər 47 hissədən ibarətdir. Aşağıdakı cədvəldə Novello nömrələri (Nov) birinci göstərilmişdir və hər hissənin qeydlər hissəsində individual Bärenreiter (Bär) nömrəsi də göstərilmişdir.
Qoboy və az halda trubaların istifadə olunduğu hissələrdə bass və ya simli açarın göstərilməsi ümumi mətnə təsir etmir. Açarların inkişafı və müxtəlif tempolar hər hissənin qeydlərində individual olaraq göstərilir. Hissələrin adları oriinal italyan dilində göstərilmişdir. Reçitativ və xor səhnə xüsusiyyətləri vurğulanmışdır.
İkinci hissənin mövzusu Nov Bär Başlıq / İlk cümlə Forma Tempo qeydi Alət Vaxt Açar Mənbə 22 19 Budur Tanrının quzusu Xor Largo Qoboy G minor 23 20 O xor görüldü Nəğmə, Alto Largo E-flat major 24 21 Əlbəttə, o bizim kədərimizi öz üzərinə götürdü Xor Largo e staccato Qoboy F minor 25 22 Və onun yaraları ilə biz şəfa tapdıq. Xor Alla breve, moderato Qoboy F minor 26 23 Biz hamımız quzu kimiyik Xor Allegro moderato Qoboy F major İtalyan 27 24 Hamı Onu görürdü, ələ salmaq üçün gülürdülər Accompagnato, Tenor Larghetto B-flat minor 28 25 O, Tanrının xilaskarlığına inandı Xor Allegro Qoboy C minor 29 26 Sənin iradın onun ürəyini qırdı Accompagnato, Tenor Largo müxtəlif 30 27 Baxın və görün Arioso, Tenor Largo e piano e minor 31 28 O, canlıların aləmindən ayrıldı Accompagnato, Tenor b minor 32 29 Lakin onun ruhu cəhənnəmə göndərilmədi Nəğmə, Tenor Andante larghetto A major 33 30 Başınızı qaldırın Xor SSA ATB A tempo ordinario Qoboy F major 34 Mələklərdən hansına Tanrı buyurdu Reçitativ, Tenor D minor 35 31 Qoy Tanrının bütün mələkləri Ona ibadət etsin Xor Allegro Qoboy D major 36 32 Sən yüksəklərə qalxacaqsan Nğəmə, Alto Allegro larghetto D minor 37 33 Rəbb söz verdi Xor Andante allegro Qoboy B-flat major 38 34 Onun ayaqları necə də gözəldir Duet, Altos Xor Andante Qoboy G minor 39 35 Onların səsi bütün torpaqlara yayıldı Arioso, Tenor / Xor Andante larghetto E-flat major 40 36 Nə üçün millətlər hiddətlə bu qədər çırpınır Nəğmə, Bass Allegro C major 41 37 Gəlin bağları qıraq Xor Allegro e staccato Qoboy 3/4 C major 42 Göylərdə yaşayan reçitatov, Tenor A major 43 38 Dəmir əsa ilə onları sındırmağı buyurdu Nəğmə, Tenor Andante 3/4 A minor 44 39 Haleluya Xor Allegro tr ti qob. D major
İkinci hissənin bölmələri Səhnə 1
Birinci səhnə oratoriyanın ən uzun səhnəsidir və Cennens tərəfindən yazılmış “İsanın iztirabları: qamçılanma və çarmıxda əzab” sözləri İsanın iztirablarını əks etdirir. Oratoriyanın ən uzun bölməsi olan alto üçün yazılmış “O, xor görüldü” də bu səhnədə ifa edilir. II hissə yeganə hissədir ki, xorun ifası ilə başlayır və əsasən xorun ifası ilə davam etdirilir. Blok qeyd edir ki, əsərdə İsanın iztirabları, İsanın doğulmasını xüsusi qeyd edən müasir qərb xristianlığından fərqlənir. 22 Budur Tanrının quzusu
Açılış xoru olan “Budur Tanrının quzusu” G minor Fransız üverturası kimi başlayır və Kristofer Hoqvud qeyd edir ki, bu açar “tragik hisslər” aşılayır. Tanrı quzusunu təqdim etmək üçün continuo oktavaya düşür, skripkalar isə oktavaya qalxır. Üç kiçik instrumental ifadan sonra səslər, İohann 1:29-da təqdim edilən, daha sonra isə Yesaya 53-də təkrarlanan, Vəftizçi İohannın şəhadətini səsləndirirlər. Alt başlayır, sonra hər yarım ölçüdən bir soprano, bass və nəhayət tenor səs qoşulur. Yüksək bşlanğıcdan sonra melodiya nöqtə ritminə düşür, lakin sonradan təkrarən yüksələrək sanki “dünyanın günahlarını öz üzərinə götürür”. Melodiya “O sürüsünü otaracaq” hissəsinin başlanğıcı ilə oxşarlıq təşkil etsə də, nöqtəli ritm və başlanğıc oktavasına görə bir qədər sürətlənir.
23 right|thumb|180px|Böyül Lukas Karnax - Kədərlərin adamı, İncəsənət tarixi muzeyi, Vyana. O xor görüldü
Yesaya öz nəğmələrində acı çəkən quldan bəhs edir, onun dördüncü nəğməsi isə “Kədərlərin adamı” adlanır: “O xor görüldü, insanlar tərəfindən rədd edildi, kədərlərin adamı, və qəmlə tanış idi.” (Yesya 53:3) Yesaya nəğmələrində qeyd edir ki, “Məsih öz xalqı adından qurban rolunu oynayacaq.” Hendel, davamiyyət baxımından oratoriyanın ən uzun hissəsinə alto solo vasitəsiylə həqir səslənmə verir. Bu, iki fərqli əhval-ruhiyyəni əks etdirən, birinci hissədə E flat major, yarıdan etibarən isə C minor üzərində qurulan da capo ariyadır. Vokal xətti dörd səsin "he was" ifası ilə başlayır, sonra başqa bir səs "despi-sed" əlavə edir və ifanı ah çəkirmiş kimi tamamlayır. Dördlüyün siqnalı musiqişünas Rudolf Steqliç tərəfindən oratoriyanın bağlayıcı motivi kimi dəyərləndirilir. Hendel başlanğıc mətnini kəkələyirmiş kimi hissələrə bölür, "He was despised, – despised and rejected, – rejected of men, ... – despi-sed – rejected", sözlər uzadılaraq, qırıq-qırıq tələffüz olunur. Skripkaların kədərli motivi və ifanın exosu musiqinin əhvalı ilə üst-üstə düşür. Hoqvud müşayiətçi keçidləri “Məsihin yalnızlığı” kimi şərh edir. Orta bölmə də, həmçinin, dramatik əhval daşıyır, lakin, burada alətlər, nöqtəli ritmə uyğun olaraq səslənir və üçüncü nəğmədəki (Yesaya 50:6) - "He gave his back – to the smiters – ... and His cheeks – to them – that plucked off the hair. – He hid – not his face – from shame – and spitting." – sözlərini bəzəyir.
24
Əlbəttə, o bizim kədərimizi öz üzərinə götürdü
Nöqtəli ritmin yenidən qayıtmasından sonra, xorun səsləri F minor üzərində qurulmuş və Yesayanın mətninin davamı olan "Surely, He hath borne our grieves and carried our sorrows" sözlərini ifa edir. Xor Yesaya 53:5-in davamını ifa edir və ifa "the chastisement of our peace was upon him" sözləri ilə tamamlanır.
25
Və onun yaraları ilə biz şəfa tapdıq
Eyni açar üzərində "And with His stripes we are healed" fuqası davam edir. Mövzu, Motsartın Rekviyemin “Kyrie” hissəsində istifadə etdiyi beş ardıcıl uzun notun sıralanması ilə başlayır. Xarakterik yüksələn dördüncü hissə kontrsubyekt açır. “Healed” (şəfa tapdıq) sözü həm uzun melizmalarda, həm də uzun notlarda səslənir.
26
Biz hamımız quzu kimiyik
Yesayanın "All we like sheep, have gone astray" mətni üzərində davam edərkən, sürətli xor F-major üzərində qurulur və qeyri-nizami şəkildə bass və irəli sıçramalar səsləndirilir. Bütün səslər birlikdə "All we like sheep" ifadəsini təkrar edirlər, daha sonra isə müxtəlif istiqamətlərdən iki səs ayrılaraq eyni vaxta "have gone astray" deyə ifa edirlər və bu zaman heca şəklində son on bir not səslənir. Mətnin növbəti hissəsi olan "we have turned" sürətli koloraturalı, lakin istiqamətsiz musiqi ilə müşayiət edilir. Xromatik gərginliyə malik gözlənilməz dramatik adagio "and the Lord hath laid on Him the iniquity of us all" sözləri ilə hissəni bitirir. Meyers ilk baxışdan yersiz görünən xor haqqında deyir: “Hendelin məşhur xorunun əsas utanc verici məqamı onun kefli dərəcəsində şən səslənməsidir.” Bölmə iki sopranonun duetinə ("Nò, di voi non vo' fidarmi" (HWV 189, iyul 1741)) əsaslanır.
27
Hamı Onu görürdü, ələ salmaq üçün gülürdülər
"All they that see Him, laugh Him to scorn" ifadəsi 22-ci Psalmdan (Psalmlar 22:7) götürülmüşdür, burada İsanın çarmıx üzərində olduğu zaman dediyi və Mark və Matfeyin İncilində qeyd edilmiş ifadələr səsləndirilir. Mətn yenidən nöqtəli ritm üzərində qurulmuş qısa tenor accompagnato ilə müşayiət edilir. "Laugh Him to scorn" və "shoot out their lips" ifadələrindən sonra simlilərin kəskin ifası başlayır. Hoqvud qeyd edir ki, B flat minor açarı “uzaq və barbar” adlandırılır.
28
O, Tanrının xilaskarlığına inandı
C minor fuqanın müşayiəti ilə xor "He trusted in God, that He would deliver Him, if He delight in Him” ifadəsini səsləndirir. Conatan Kitis qeyd edir ki, Hendelin burada təsvir etdiyi rişxəndli, hədələyici sıx kütləni Baxın “Əziyyətlər”i ilə müqayisə etmək olar.
29