Ağaxan Minaxan oğlu Abdullayev () — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (1998).
Həyatı Ağaxan Abdullayev 6 fevral 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur.
1958–1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil almışdır.
1969–1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində Nəriman Əliyevin sinifində təhsil almışdır.
1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur.
1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır.
1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.
Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən Ağaxan Abdullayev 25 dekabr 2016-cı ildə 66 yaşında, Bakıda vəfat etmişdir. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılmışdır.
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 3 fevral 1993 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998 "Humay" milli mükafatı — 2002 "Şöhrət" ordeni — 3 fevral 2010 "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2015
2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.
Filmoqrafiya Ver sözə ehya ki... (film, 1989) Dağıdılmış körpülər (film, 1996) Abşeron lövhələri (film, 2004) (qısametrajlı sənədli film) Küçələrə su səpmişəm (film, 2004) Ağaxan (film, 2006) Bakı bağları. Nardaran (film, 2007) Biz qayıdacağıq (film, 2007) Biz qayıdacağıq (veriliş, 2007) Muğam (veriliş, 2007) Əslində Ağaxan Abdullayev (2005)
İstinadlar
Xarici keçidlər Xanəndə Ağaxan Abdullayevin doğum günüdür
Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycanda xərçəng xəstəliyindən ölənlər Kateqoriya:SSRİ kişi müğənniləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Xanəndələr