Əbu Osman Əmr ibn Bəhr ibn Məhbub əl-Cahiz əl-Kinani (; ) — Şərqi Afrika əsilli bərbər yazıçısı və alimi.James E. Lindsay, Daily Life in the Medieval Islamic World (2005), p. 72. İslamda rasional cərəyan olan Mötəzilik və ədəbiyyatın ədəb cərəyanının nümayəndəsi. Abbasilərin sarayında xidmət edib. Öz dövrünün ən savadlı insanlarından biri kimi məşhurdur.
Həyatı Bəsrədə doğulduğu güman edilir. Gözləri parıltılı olduğu üçün ləqəbi "Cahiz"dir. Kiçik yaşların etibarən elm öyrənmişdir. Hicri 255-ci ilin Məhərrəm ayında (yanvar 869) Bəsrədə vəfat etmişdir.
Fəaliyyəti 100 çox traktatın və antologiyanın müəllifidir: yumoristik novellalar toplusu Xəsislər barədə kitab; natiqlik və stilistika üzrə Dəlillər haqqında kitab; tarixi-siyasi Ərəblər və məvalilər haqda kitab və Ərəblər və farslar haqqında kitab;-Джахиз — Большая советская энциклопедия thumb|right|250px| Cahizin Heyvanlar haqqında kitabından bir səhifə Kitab əl-Hayavan ("Heyvanlar kitabı") 350-den çox heyvan növünü şeir, lətifə və atalar sözləri ilə təsvir edən ensiklopedik əsər, kitabda təbii mühitin heyvanlar üzərindəki təsirindən danışır və bir təkamül haqqında nəzəriyyə yaratmışdı. Mühitin bir heyvanın yaşaması üçün təsirlərini incələmişdir. Bu kitabda Cahiz tarixdə ilk dəfə qida zəncirini təsvir etmişdir.Frank N. Egerton, "A History of the Ecological Sciences, Part 6: Arabic Language Science — Origins and Zoological", Bulletin of the Ecological Society of America, April 2002: 142–146 Ətraf mühitin determinizmi tərəfdarı olan Cahiz, ətraf mühitin toplumun irqi və etnik xüsusiyətlərinin formalaşmasına təsiri barədə də danışmışdı. Fəzailül-Ətrak (Türklərin fəzilətləri). Türklərin İran dünyasının şimal şərqinə erkən gəlişinin tərəfdarlarıFrye, Sayılı, s.206; Şəmsəddin Günaltay. Abbas oğulları imparatorluğunun kuruluş və yüksəlişində Türklərin rolü.-"Belleten". Vol.6. Ankara, 1942, s.178–179 bu prosesin sübutu kimi Cahizin yazdığı həmin bu Risalə fi mənakib əl-ətrak va'ammat cunud əl-xilafə adlı türklərin fəzilətləri haqqında traktatını misal gətirirlər. Cahiz türklərin o dövrdə bir qədər mənfi obrazını və onlara qarşı bu münasibəti yumşaltmaq istəyirdi, onlara layıqli yer vermək, onları Xilafətdə ərəblərlə farsların arasında "üçüncü qüvvə" etmək istəyirdi. Cahiz öz məqsədini təlif əl-külub və ittifaq əl-əsbab ("ürəkləri barışdırmaq" və "əlaqələri bərkitmək") kimi təsvir edir. Öz traktatının bir yerində o türkləri və xorasanlıları, mahiyətinə görə, eyni xalq hesab edir, eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar.Мусульманский мир 950–1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981. Birinci bölmə K. E. Bosfort Barbarların hücumları: Türklərin müsəlman aləmində zühuru səh. 22
Cahiz xüsusilə ədəb janrına çox güclü təsir etmişdir.
İstinadlar
Kateqoriya:Ərəb yazıçılar Kateqoriya:Mötəzilə Kateqoriya:Bəsrədə doğulanlar Kateqoriya:Bəsrədə vəfat edənlər Kateqoriya:Zooloqlar Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:IX əsr şairləri Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:IX əsr ərəbləri