Qabil Allahverdi oğlu İmamverdiyev () — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976).
Həyatı və fəaliyyəti Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir.
AYB Ağsaqqallar Şurasının sədri olmuşdur.
Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 27 aprel 1976Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1976-cı il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il tarixli Qərarı — anl.az saytı "Əmək igidliyinə görə" medalı Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 1980 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984 "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 10 sentyabr 1992 "Q. A. İmamverdiyevə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 1992-ci il tarixli, 183 nömrəli Fərmanı "Şöhrət" ordeni — 15 avqust 1996Q. A. İmamverdiyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları.- Bakı, 1996.- № 3.- S.25. Ədəbiyyat Fondunun "Rəsul Rza" mükafatı — 1998 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "İstiqlal" ordeni — 11 avqust 2006
Filmoqrafiya Qabil (film, 2001)
Kitabları Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb", 2004. Mənim mavi Xəzərim, 1959 Ömrüm boyu, 1962 Nəsimi, I–III kitab, 1980 Ömrün həbləri, 1989 İlahi qisməti, 2001 Dostlarım, tanışlarım, 2002 Seçilmiş əsərləri — I cild. Bakı, "Şərq-Qərb", 2016 (90 illiyinə) Seçilmiş əsərləri — II cild. Bakı, "Şərq-Qərb", 2016 (90 illiyinə) Əsərlər (7 cildlik külliyyat, 2017)
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:XXI əsr Azərbaycan şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:"Rəsul Rza" mükafatı laureatları