Luis Alberto Suarez Diaz () — Amerikanın "İnter Mayami" klubunda hücumçu kimi çıxış edən uruqvaylı professional futbolçu.
Klub karyerası
Nasyonal Peşəkar futbolçu kimi karyerasını Uruqvayda Nasyonal FK klubunda başlayıb. 2005–2006-cı il mövsümündə Uruqvay çempionluğunu qazanıb. Bu klubda 27 oyunda meydana çıxıb və 10 qol vurub.
Groningen 1 iyul 2006 tarixində, Groningen Suarezin azad agent olaraq transfer etdi. Suárez, 2006–07 mövsümündə 29 matça çıxdı və 10 qol vurdu. Groningen forması ilə ilk matçına 20 avqust 2006-cı ildə, Feyenoord matçında forma geydi. Maç 3–0 qalibiyyət ilə nəticələndi. Groningen adına ilk qolu isə 1 oktyabr 2006 tarixində, Vitesse qarşısında 2 qol vuraraq qeyd etdi. Maç 4–3 qalibiyyət ilə nəticələndi. 21 yanvar 2007 tarixində, yenidən Vitesse ilə qarşılaşılan matçda Suárez 2 qol vuraraq müvəffəqiyyətli bir performans ortaya qoydu. Buna baxmayaraq matç 3–2 məğlubiyyət ilə nəticələndi.
Ayaks Amsterdam 9 avqust 2007 tarixində, Ayaks Amsterdam Suarezi Groningen'dən 7.5 Milyon Avro qarşılığında transfer etdi. Suárez, 2007–08 mövsümündə 33 matça çıxdı və 17 qol qeyd etdi. Ayaks forması ilə ilk matçına 19 avqust 2007-ci ildə, Graafschap matçında geydi. Ayaks adına ilk qolunu də bu matçda qeyd etdi. Maç 8–1 Ayaksınqalibiyyəti ilə nəticələndi. 16 mart 2008 tarixində, Suárez karierinin və Ajax forması altında ki ilk hat-trick'ini Willem qarşısında etdi. Maç 4–1 Ajax qalibiyyəti ilə nəticələndi. KNVB Kubokunda Suárez ilk matçına 26 sentyabr 2007 tarixində, Kozakken Boys qarşısında çıxdı. Maç 2–1 Ayaksın qalibiyyəti ilə nəticələndi. Suarezin KNVB Kubokunda ki ilk qolunu 16 yanvar 2008 tarixində Breda'ya qarşı 2 qol vuraraq qeyd etdi. Suárez, 2008–07 mövsümündə 31 matça çıxdı və 22 qol qeyd etdi. 12 aprel 2009 tarixində, Ajax forması altında və karierinin 2.hat-trick 'ini Willem'e qarşı etdi. Maç 7–0 Ajax qalibiyyəti ilə nəticələndi. UEFA Avropa Kubokunda Suárez ilk matçına 18 sentyabr 2008 tarixində, Borac Cacan qarşısında çıxdı. Suárez UEFA Avropa Kubokunu ilk qolunu də bu matçda qeyd etdi. Maç 4–1 qalibiyyət ilə nəticələndi. Suárez, 2009–10 mövsümündə 13 matça çıxdı və 7 qol qeyd etdi. Waalwijk və Venlo matçlarında da hat-trick etmə sayını 4-ə yüksəltdi. Venlo və Roda matçlarında 4 qol vuraraq müvəffəqiyyətli performansını davam etdirdi. 23 dekabr 2009 tarixində, KNVB Kubokunda Wezep ilə qarşı-qarşıya gələn Suárez 6 qol qeyd etdi və matç 14–1 qalibiyyət ilə nəticələndi.
İnter Mayami 22 dekabr 2023-cü ildə "İnter Mayami" Suarezin 2024-cü il mövsümündə klubun heyətində yer alacağını rəsmi olaraq elan etdi. 27 noyabr 2024-cü ildə klub onunla bir illik müqavilə daha imzalayıb və onun müqavilə müddəti 2025-ci ilə qədər artırılıb.
Milli komanda karyerası Uruqvay milli futbol komandasında indiyə qədər ən çox qol vuran futbolçudur. Uruqvay yığmasında 91 oyunda meydana daxil olan Luis Suarez 47 qol vurub.
2 sentyabr 2024-cü ildə Suarez 2026 Dünya Kubokunun seçmə mərhələsi üçün 5 sentyabrda Paraqvaya qarşı keçiriləcək oyundan sonra milli komandadakı karyerasını bitirəcəyini açıqlayıb.
İstinadlar
Kateqoriya:Atletiko Madrid FK futbolçuları Kateqoriya:Uruqvay futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Piçiçi mükafatı qalibləri Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Liverpul FK futbolçuları Kateqoriya:Ayaks AFK futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Uruqvayın kişi futbolçuları Kateqoriya:İnter Mayami FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Birinci Diviziya/Premyer Liqa bombardirləri Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Uruqvay Primera Divizyonu futbolçuları Kateqoriya:2019 Kopa Amerika futbolçuları Kateqoriya:2021 Kopa Amerika futbolçuları Kateqoriya:Kopa Amerikanın qalib futbolçuları Kateqoriya:2013 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:2011 Kopa Amerika futbolçuları Kateqoriya:Kopa Amerika Sentenario futbolçuları Kateqoriya:Uruqvay milli futbol komandasının oyunçuları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İdmanda zorakılıq Kateqoriya:Qroningen FK futbolçuları Kateqoriya:Nasyonal FK futbolçuları Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular