İbrahim Topçubaşov (; ) — Azərbaycan görkəmli alimi, tibb elmləri doktoru, professor.

Həyatı İbrahim Topçubaşov 7 noyabr 1924-cü ildə Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Quba rayonunda və Maştağa rayon xəstəxanasında cərrah işləyib. 1958-ci ildən Azərbaycan Tibb İnstitutunda cərrahiyyə kafedrasında fəaliyyətə başlayıb. 1961-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

Fəaliyyəti Professor Topçubaşov təbabətin ən mühüm məsələlərinə həsr edilmiş yüzdən cox elmi əsərin müəllifidir. Onun əsərləri Çexoslovakiyada, Polşada, Bolqarıstanda, Türkiyədə, Yaponiyada çap edilib. Həssas qəlbli insan və qayğıkeş alim həm də bəstəkar kimi tanınıb. O, bir cox lirik mahnının müəllifidir.

Ailəsi İbrahim Topçubaşovun atası görkəmli akademik Mustafa Topçubaşov, anası isə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, rəssam Reyhan Topçubaşova olub. Ceyhun Topçubaşovun atasıdır.

Flora Kərimova ilə ailəli olub.

Filmoqrafiya Respublikamın adamları (film, 1964)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Topçubaşovlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycan cərrahları Kateqoriya:Azərbaycanlı cərrahlar Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycanlı bəstəkarlar Kateqoriya:Azərbaycan Tibb Universitetinin məzunları